120 milyon insan kor qalacaq
2050-ci ilə kimi dünyada tam kor insanların sayı 3 dəfə artaraq 120 milyona çatacaq.
Bu barədə Global Health məlumat yayıb. Saytın yazdığına görə, hər 5 ildə görmə qabiliyyəti korluq dərəcəsinə kimi zəifləyənlərin sayı 2 dəfə artır. Gələcəyin ən böyük problemlərindən biri sayılan görmə qabiliyyətinin itirilməsi ilk olaraq planetin ən kasıb, üçüncü dərəcəli ölkələrində yayılacaq.
118 ölkədə aparılan statistik araşdırmalar göstərir ki, Cənubi Asiya və Afrikada daha çox insan bu xəstəlikdən əziyyət çəkir. Hazırda 250 milyon insan pis və həddən artıq pis görmə ilə yaşayır. 2050-ci ildə bu rəqəm 550 milyon olacaq.
Araşdırmalar göstəriri ki, görmə problemi ilə doğulan uşaqların da sayı kəskin artmaqdadır.
Alimlər deyir ki, hər kəsin xərçəngin müalicəsini tapmağa səfərbər olduğu bir vaxtda bu kimi həssas məqam diqqətdən kənarda qalır. Görmənin itirilməsi, azalması və zəif görən insanların artmasının səbəbləri isə olduqca dərindir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi