15 dəqiqəlik gündəlik fiziki aktivlik həyat davamiyyətini üç il artıra bilər

15 dəqiqəlik gündəlik fiziki aktivlik həyat davamiyyətini üç il artıra bilərAlimlər qeyd edirlər ki, ömrün uzadılması üçün əsas və eyni zamanda, əlçatan üsullardan biri fiziki fəaliyyətdir. Gündə 15 dəqiqə müntəzəm olaraq fiziki fəaliyyətlə məşğul olmaq tövsiyə edilir.
Fiziki məşqlərin və hərəkətin yaşlanma prosesini yavaşlataraq insanların həyatını uzada biləcəyini sübut edən dəlillər varmı? Bəli, onlar mövcuddur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, AARP Təşkilatının (Amerika pensiyaçılar Assosiasiyası) müraciət etdiyi Harvard Universitetinin araşdırması göstərdi ki, "15 dəqiqəlik gündəlik fiziki aktiv fəaliyyət həyat davamiyyətini üç il artıra bilər".
Alimlər səkkiz illik araşdırmanın nəticələrinə əsaslanaraq belə bir həcmdə fiziki aktivliyin ölümün bütün səbəblərdən 14 faiz azalmasına gətirdiyini bildirirlər.
"Hərəkət etmək üçün gündəlik səylər sağlamlıq üçün faydanın əldə edilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Fiziki məşqlər, infarkt, ürək çatışmazlığı, periferik arteriya xəstəliyi və aritmiyalara qarşı həssaslığı azaldır. Siz nəyinki özünüzü daha yaxşı hiss edirsiniz, həm də daha yaxşı işləyirsiniz". Bunu alınan nəticələri şərh edərək, kardioloq Daniel Forman deyib.
Ekspertin sözlərinə görə, fiziki məşqlərdən danışarkən, alimlər, həmçinin, qeyri-idman formatda fəaliyyəti də nəzərdə tuturlar. Beləliklə, daha çox istədiyiniz fəaliyyət növünü seçib onunla məşğul ola bilərsiniz. Gündəlik məşq kimi sayıla bilən tədbirlərin siyahısı: sürətli yerimə, rəqs, üzgüçülük, velosiped sürmə, tennis oynamaq, çəmən biçən maşınla işləmək, rolik sürmək, qaçış, iplə tullanma, oturub durmalar, maşın yumaq, pilləkənlərlə qalxmaq və s.
Maraqlıdır ki, Avropa Kardioloqlar Cəmiyyətinin araşdırmaları gündəlik 15 dəqiqəlik fiziki fəaliyyətin ömrün uzanmasında faydanı da nümayiş etdirib. Doktor Devid Hupinin rəhbərlik etdiyi mütəxəssislər qrupu belə nəticəyə gəldilər ki, "hər gün ən azından 15 dəqiqə fiziki məşqlə məşğul olan insanlarda ölüm riski 22 faiz az olub".
Bu nəticə, 1011 nəfərdən ibarət bir qrupun (12 il müşahidə olunurdu) və (orta hesabla) 60 yaşında olan 122 417 nəfərdən ibarət digər qrupun (10 il boyunca müşahidə olunurdu) müşahidələrinin nəticələri ilə təsdiq olunur. Müşahidələrin nəticələri göstərir ki, yaşlı insanlar nə qədər fiziki fəaliyyətlə daha çox məşğul olurlarsa, sağlamlıqları üçün də bir o qədər yaxşıdır. Alimlər hesab edirlər ki, "müntəzəm fiziki aktivlik bütövlükdə sağlamlığa hər cür müalicədən daha yaxşı təsir edir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1492   Tarix: 15 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

gözəllik məhsulları qaşların formalari toy makiyaji sekilleri qadin tumani gün vurmanın əlamətləri xina ucun bayatilar əl işlərinin hazırlanması kosmetika arıqla terezi uşaq şeirləri lakonizm vetene aid bayati