2014-cü il üçün ulduz falı

2014-cü il üçün ulduz falıQOÇ (21.03 - 19.04) Yanvarda öz emosiyalarınızı tənzimləyə bilərsiniz. İşdə sizə qarşı provakasiya edilə bilər. Fevralda yenilik etməyə çalışın. İl boyu, xüsusilə fevral, mart və aprel aylarında özünüzü təsdiq etmək üçün mübarizə aparın. Pul cəhətdən isə bəxtiniz gətirəcək.

BUĞA (20.04 - 20.05) Fevral ayında qarşıya qoyduğunuz məqsədə çatmaq üçün böyük işlər görməlisiniz. Fevral ayının sonunda sizə edilən sifarış uğurlu alına bilər. Apreldə intriqalarda iştirak etməkdən çəkinin. Mayda böyük alver etməyin. İyunda qazancınız çox olacaq. Bütün il boyu gəliriniz yaxşı olacaq.

ƏKİZLƏR (21.05 - 21.06) Fevral sizin aydır. Vacib müqavilələr bağlamağın vaxtıdır. Sizin peşəkarlığınız və nüfuzunuz getdikcə artacaq. Ailə biznesiniz üçün də yaxşı məqamdır. Avtomobil almaq üçün ən yaxşı ay avqustdur. Oktyabr ayı ciddi sərmayələrin və böyük biznes layihələrinin həyata keçməsi ayıdır.

XƏRÇƏNG (22.06 - 22.07) Biznesmenlər üçün uğurlu ildir. Yanvarda ciddi işlərə başlamayın. Fevralda xaricilərlə biznes açmağın məqamıdır. Martın axırında xərclərlə bağlı ehtiyatlı olun. İlin birinci yarısında yaxşı işləməyiniz mükafatlandırılacaq. İyuladək yeni ev almağın məqamıdır.

ŞİR (23.07 - 22.08) Yanvar və fevral aylarında karyeranızda şübhəli anlar yarana bilər. Mart ayında gəliriniz artacaq. Bu il həyatınızı dəyişdirməkdən çəkinməyin. İyunda müqavilə bağlamağın vaxtıdır. Biznesmenlər üçün mart, oktyabr və dekabr ayları uğurlu aylar olacaq. Yeni ildə ezamiyyətə getmək sizə uğur gətirəcək.

QIZ (23.08 - 22.09) 2014-cü ildə sizi iş yerində rəhbərliklə problem gözləyir. İlin ikinci yarısında işləriniz stabil olacaq. Ümumiyyətə, bu il sizin üçün heç də asan keçməyəcək.

TƏRƏZİ (23.09 - 22.10) Yanvarda yeni işə başlamayın. Fevralda işlərinizdə yenilik olacaq. Bu il yaradıcı insanlar üçün uğurlu olacaq. May ayında pul baxımdan bəxtiniz gətirəcək. Mart ayında tərəfdaşlarınızla bəxtiniz gətirməyəcək. İyunda sizi yaxşı perspektivlər gösləyir. Ümumiyyətlə, bu il sizə düşərli olacaq.

ƏQRƏB (23.10 – 21.11) Yanvarın birinci on günü qısa müddətli layihələr üçün yetərli vaxtdır. Martın birinci və ikinci ongünlüyündə özünüzü yaradıcı işə həsr edə bilərsiniz. İl, ümumiyyətlə, sizə ciddi sınaqlar bəxş edəcək. Borcların verilmə məqamı yetişib. Ən çətin aylar may, noyabr hesab edilir. Ən xoşbəxt aylar isə yanvar və sentyabrdır.

OXATAN (22.11 - 21.12) Tərəfdaşlıq baxımından il sizin üçün uğurlu olacaq. İyul ayında böyük alış-veriş etmək və müqavilələr imzalamaq olmaz. Sizi aldada bilərlər. Bu il sizin üçün sərmayə əldə etmək, layihə hazırlamaq, tikinti işlərilə məşğul olmaq ili kimi yadda qalacaq.

OĞLAQ (22.12 - 19.01) İl sizin üçün heç də asan olmayacaq. Yanvar ayı peşəkarlıq baxımından uğurlu olacaq. May ayında maaşların qalxması gözlənilir. Sentyabr ayı alış-veriş və uzaq səfərlər üçün yaxşı aydır.

DOLÇA (20.01 - 18.02) Yanvarın ilk yarısında ehtiyatlı olun və hər hansı bir qərar verməyə tələsməyin. Yanvar və fevralın ikinci yarısında biznes açmaq üçün yaxşı məqamdır. Mayda maaşınız qalxacaq. Sentyabr ayında uzaq səfərə getməyin, ancaq alış-veriş etməyin yaxşı məqamıdır. Ümumiyyətlə, il sizə düşərli olacaq.

BALIQLAR (19.02 - 20.03) Yanvar biznesmenlər üçün uğurlu aydır. Mart ayında provakasiyalardan özünüzü qoruyun. Mart və aprel aylarında sərfəli müqavilələr imzalayacaqsınız. Bu il sizin üçün maddi baxımdan artım ili kimi yadda qalacaq. Yaradıcı insanlar üçün iyul ayı düşərli olacaq.

Maraqlı     Baxılıb: 4906   Tarix: 29 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

turlar.az

gozel gorunmek geyim necə seçməli toy makiyajlari zeytunun hazirlanmasi şorbalar dil haqqinda atalar sozu hakişta kosmetika brusell bakteriyası öpüşme baldiz qadin saglamlig zehmet ve zinet