22 il sonra arvadının başqası ilə sevişdiyini, uşaqlarının ondan olmadığını öyrənib görün nə etdi - Bakıda DƏHŞƏT

22 il sonra arvadının başqası ilə sevişdiyini, uşaqlarının ondan olmadığını öyrənib görün nə etdi - Bakıda DƏHŞƏTQısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Nazim Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xanim.az xəbər verir ki, Nazim Ağayev arvadı Mehriban Ağayevanın başqa şəxslə görüşüb və gizli həyat tərzi keçirməsindən şübhələnib. Bununla bağlı ər-arvadın arasında əvvəllər dəfələrlə mübahisələri olub.
Qısqanclıq
Sonuncu dəfə mübahisə edən Nazim Ağayev arvadını qəsdən öldürmək, sonra isə özünə xəsarət yetirərək intihar etmək qərarına gəlib.
Bu məqsədlə Nazim Ağayev hadisədən bir neçə gün əvvəl yazdığı müxtəlif məzmunlu, o cümlədən "Bizi bir qəbirə qoyun, xahiş edirəm, mən onu sevirəm, heç olmasa bu xahişi yerinə yetirin. Oğul, yaxşı oğul. Məni bağışla, məcburam, bu, namus məsələsidir. Aslan içəridən ailəmizi dağıtdı", - kimi, həmçinin ona məxsus pul vəsaitlərinin miqdarı və yerini özündə əks etdirən yazı olan vərəqləri tərtib edib.
Qətl
Nazim Ağayev daha sonra 17 iyul 2015-ci il tarixdə saat 23 radələrində yaşadığı Binəqədi rayonu, Azadlıq prospekti, məhəllə 3023 ev 1 ünvanında övladlarının evdə olmamasından istifadə edərək öz niyyətini həyata keçirmək üçün mətbəxdən bıçaq götürüb. O, bıçaqla bir dəfə arvadını vuraraq öldürüb.
Nazim Ağayev arvadını öldürdükdən sonra özünü intihar məqsədilə özünə də xəsarət yetirib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Nazim Ağayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilib. Onun barəsində başlanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Oğluma dedim ki, mənə oxşamırsan"
Məhkəmədə ifadə verən Nazim Ağayev bildirib ki, hadisədən bir gün əvvəl evdə 20-22 yaşlı oğlanlarına baxıb və oğlanlarının ona oxşamamasını deyib: "Oğluma dedim ki, Hikmət, sən mənə oxşamırsan, səni DNK analizinə aparacağam. Ertəsi gün ailə üzvlərimə bayramla əlaqədar Quba rayonuna getməyi, bir neçə gün orada qalmağı təklif etdim. Mehribanla Nazim bir maşında, oğlanlarım Aslanla Hikmət isə digər maşına əyləşdilər. Biz yola düşərkən qəfil yağış yağmağa başladı. Aslan rayonda dolu düşəcəyini dedi və Qubaya getməkdən imtina etdi. Bu səbəbdən Qubaya yox, istirahət etmək üçün Novxanıya yollandıq".
"Arvadım dedi ki, bıçağı ürəyinə soxacam"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, günorta saatlarında Aslanla Hikmət şəhərə qayıdıblar: "Uşaqlar getdikdən sonra Mehriban məndən doğurdanmı Hikməti analizə aparmaq istədiyimi soruşdu. Ona nəinki Hikməti, hətta Aslanı da aparacağını söylədim. Arvadıma dedim ki, şəkər xəstəsiyəm, övladlarıma artıqlaması ilə qayğı göstərirəm, amma onların heç birində mənə qarşı ata məhəbbəti yoxdur. Novxanıdan qayıtdıqdan sonra gecə divanda uzanarkən qəflətən qarın nahiyəmdə ağrı hiss etdim. Mehribanın əlində bıçaq vardı. Əvvəlcə qorxaraq müqavimət göstərmədim. Sonra mətbəxə keçdim, əlimə bıçaq götürərək dəhlizə gəldim. Mehribana dedim ki, dəlisən, məni niyə bıçaqla vurursan? Mehriban bildirdi ki, bıçağı ürəyinə soxacağam".
"Dedi ki, Aslan və Hikmət sənin oğlun deyil"
Nazim Ağayev qeyd edib ki, Mehribana həbs olunacağını deyib: "Arvadım uşaqların bu barədə heç kimə deməyəcəklərini söylədi. Bıçaq əlimdə qapıya tərəf getmək istədikdə qarşımı kəsdi, geriyə mətbəxə qayıtdıqda ayağım ilişdi, başım tumbaya dəydi. Mehriban dedi ki, qoymaram uşaqları analizə aparasan, ölməmişdən əvvəl bil, Aslan və Hikmət sənin oğlun deyil. Sonra bıçaqla sinə nahiyəmə zərbə endirdi. Bıçaq sinəmdə qaldı. Özümü qorumaq üçün mən də onu vurdum. Mehriban yıxıldı, bıçağı tulladı. Sonradan özüm də yıxıldım, ayılanda gördüm ki, xəstəxanadayam".
11 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nazim Ağayev apelyasiya şikayəti verib.
Nazim Ağayev cəzasının yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Apelyasiya şikayəti hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə araşdırıb. Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırıb və sonda qərar elan edib.
Qərara görə, Nazim Ağayevin şikayəti təmin edilməyib.
Publika.az

Xəbərlər     Baxılıb: 3976   Tarix: 18 iyul 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

toy makiyajlari yemek reseptleri toy gecesi prezervativ toyuqlar haqqinda fitnes klubu kokteyl paltarlari kosmetika qz eviyçun hakışta novruz bayrami hakisda novruza aid haxisdalar kahfe fali