3 uşaq atası su içməkdən öldü - FOTO

3 uşaq atası su içməkdən öldü - FOTO3 uşaq atası çoxlu su içdiyinə görə vəfat edib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hadisə İrlandiyanın Dublin şəhərində baş verib.
İrlandiyanın Dublin şəhərində üç uşaq atası Şon ODonnell çoxlu su içdikdən sonra vəfat edib.
Məhkəmədə açıqlanıb ki, 59 yaşlı ODonnell xəstəxanada adi bir prosedurdan sonra bol su içməsi tövsiyə edildikdən az sonra "su zəhərlənməsi"ndən həyatını itirib. Tibbi dildə bu vəziyyət hiponatremiya adlanır və eyni xəstəlik Brus Linin də ölüm səbəbi kimi göstərilir.
3 uşaq atası su içməkdən öldü - FOTOMütəxəssislər xəbərdarlıq edirlər ki, qısa müddətdə çox su içmək bədəndə natrium səviyyəsinin təhlükəli dərəcədə düşməsinə səbəb olur. Natrium suyun toxumalarda tənzimlənməsinə kömək edir və səviyyə çox aşağı düşəndə su hüceyrələrdə toplanaraq onların şişməsinə səbəb olur. Beyində bu proses xüsusilə təhlükəlidir, çünki orqan kəllə daxilində genişlənə bilmir.
Mütəxəssislər bildirirlər ki, bir saat ərzində 1,4 litr (təxminən altı stəkan) su içmək belə bu vəziyyəti yarada bilər. Araşdırmalara görə, hiponatremiya diaqnozu qoyulan xəstələrin dörddə biri həyatını itirir.
Hadisə St. Vincent Universitet Xəstəxanasında baş verib. Şon ODonnell planlaşdırılmış əməliyyatdan sonra su içməyə təşviq edilib, amma içdiyi miqdar nəzarətdə saxlanılmayıb. O, həmin gün saat 7-də beyində şişkinlik, qıcolma və ürək tutmasından dünyasını dəyişib. Xəstəxana öz məsuliyyətini etiraf edib və ailəsinə 35 min avro təzminat ödəyib.
Hiponatremiyaya səbəb olan su miqdarı insandan asılı olaraq dəyişir. ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi saatda 1,4 litrdən çox su içməməyi tövsiyə edir. Vurğulanır ki, bu məhdudiyyət təkcə suya yox, bütün mayelərə aiddir. Xüsusilə böyrək çatışmazlığı olan şəxslər risk altındadır, çünki onların bədəni artıq mayeni tez çıxara bilmir.
Oxşar hallar idmançılar arasında da qeydə alınıb. 2007-ci ildə London Marafonunda 22 yaşlı idmançı Devid Rocers çoxlu su içdiyi üçün həyatını itirib. 2003-cü ildə isə ABŞ-da iki uşaq anası Eşli Summers 20 dəqiqədə iki litr su içdikdən sonra ölüb. Hətta Bruce Lee-nin də ölüm səbəbinin su zəhərlənməsi olduğu irəli sürülür.
Britaniyanın Səhiyyə Xidməti (NHS) gündə altı-səkkiz stəkan (təxminən iki litr) maye içməyi məsləhət görür. Hiponatremiyanın əlamətləri arasında ürəkbulanma, yorğunluq, əzələ zəifliyi, əsəbilik, baş ağrısı və qıcolmalar var. Xəstəliyin müalicəsi adətən natrium məhlulu olan damar içi (IV) maye və ya dərman vasitəsilə aparılır.
İslam
Milli.Az

Xəbərlər     Baxılıb: 1521   Tarix: 30 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

reseptler maskalar gozel gorunmek ariqlama arıqlama vasitələri köynək modelləri mətbəx qaydaları kosmetika atalar sozu mikayıl abdullayev aysel ana haqqinda bayati xanım az