30 yaşdan sonra yaranan xallara DİQQƏT - Ölümcül xəstəlik işarəsi ola bilər

30 yaşdan sonra yaranan xallara DİQQƏT - Ölümcül xəstəlik işarəsi ola bilərDəriyə rəng verən melanin adlı hüceyrələrin müəyyən sahələrdə kəskinləşməsi nəticəsində əmələ gələn xallar doğuşdan etibarən az sayda yaranmağa başlasa da, illər sonra arta bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər 30 yaşdan sonra yaranan xallara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayır.
Müxtəlif hormonal dəyişiklillər səbəbilə ərgənlik, hamiləlik kimi dövrlərdə xalların sayı və həcmləri artır. Xüsusilə, 20 mm-dən böyük xalların daha böyük risk daşıdığı, hətta xərçəngin xəbərçisi olduğu bildirilir.
Dermotoloq Onur Çapkanın sözlərinə görə, 30 yaşdan sonra yaranan xallar xərçəng riski daşıyır: "Genetik meylli zəmində müqavimət görməyən kəskin Günəş şüaları xalların sayın artırır. Rəng, həcm və forma dəyişikliyi bu səbəbdən yaranır. Lakin bu dəyişiklik illər ərzində, yavaş-yavaş olur. Ona görə də normal qəbul edilir. əsas diqqət edilməsi vacib olan son bir neçə ay ərzində əmələ gələn və ya sürətlə dəyişən xallardır. Rəng və forma simmetriyası olmayan, sürətlə forma dəyişən və ya qabarıqlaşan qaşıntı, qabıqlanma, qanama əmələ gətirən xallar şübhə yaratmalıdır".
Mütəxəssis qeyd edib ki, yeni əmələ gələn, başqa xallara bənzəməyən xallar varsa, mütləq dermotoloqa müraciət edilməlidir.
Onun sözlərinə görə, çox sayda xalı olan şəxslər, əsasən, açıq dəri rəngli, qırmızı-sarı saçlı, rəngli gözlü və ya asanlıqla Günəş yanığı yarana bilən dəri tipinə məxsus insanlardır: "Bu şəxslər üçün ailədə yaşana biləcək xərçəng, immune sisteminə təsir edən Günəşə həssaslıq, genetik xəstəliklər, dərman risk faktorudur".
Çapkan qeyd edib ki, dəri xərçəngi erkən diaqnoz sayəsində müalicə olunan və sağalan xəstəlikdir. Lakin nəzarətsiz və nizamsız Günəş işığına məruz qalma bu xəstəliyin yaranması riskini artırır. Ona görə də yay aylarında xüsusilə diqqətli olmaqda fayda var. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1488   Tarix: 14 sentyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 həkim məsləhəti merlin monro qadinlarda soyuqdeyme stil dərsləri kelem tutmasinin hazirlanmasi kosmetika vetene aid bayatilar maya maskasi bayraq qız bürcü novruz bayramina aid