31 dekabr təkcə Yeni il gecəsi bunları etsəniz bütün bəlalardan xilas olacaq və varlanacaqsınız!

31 dekabr təkcə Yeni il gecəsi bunları etsəniz bütün bəlalardan xilas olacaq və varlanacaqsınız!31 dekabr təkcə Yeni il yolkası, parıltılı geyimlər, salatlar, şampan və qonaqlardan ibarət deyil, bu, həm də şəxsi həyata uğur, sevgi, xoşbəxtlik və firavanlıq cəlb etmək imkanıdır.

Sehrli məhəbbət ritualları

№ 1
İstisnasız olaraq hər kəs böyük, təmiz, ən başlıcası qarşılıqlı məhəbbət arzusundadır, amma müxtəlif səbəblərdən dolayı buna heç də hamı nail ola bilmir. Onda niyə də Yeni il ayinləri ilə vasitəsilə sevgi enerjisi ilə dost olmağa cəhd göstərməyəsiniz? Bundan sizə ziyan gəlməyəcəyi dəqiqdir, amma sevinc və xoş ovqata zəmanət verilir.
Əgər siz məsləhətləri müvafiq şəkildə və düzgün yerinə yetirsəniz, onda məhəbbət sizi çox gözlətməyəcək. O sizə tərəf aylı qış gecəsində qar cığırlar ilə gələcək...

№ 2
Şampan və naringi köməyi ilə məhəbbəti cəlb edəcəyik. Bir də sizə iki büllur qədəh lazım olacaq. Naringi yenil il yolkasının altına onlardan ürək işarəsi düzəldə biləcəyiniz qədər olmalıdır. Yeni İl gecəsi iki badəni bu ürəyin içinə qoyun. Onlara şampan süzün, bir qədəhi əlinizə alın və bunları təkrar edin: "Şampan tökürəm və öz həyatıma sevgini çağırıram" , "Bir qədəh mənim, digəri isə sevgilim üçündür". Daha sonra köpüklənən içkini bunları deyərək için: "Şampanı içirəm və əzizim, səni dəvət edirəm".
Sonda ikinci qədəhi açıq pəncərədən aşağı tökün, beləliklə də məlumat bütün Kainata ötürüləcək.

№ 3
Yeni il gecəsində yatağa uzanmazdan əvvəl başınızın altına içi şirniyyatlarla (konfet, bal, piroq) dolu olan gözəl qab (büllur salat qabı və ya vaza) qoyun və eyni zamanda üç dəfə "Bütün xoş şeylər mənə tərəf gəlsin" demək lazımdır. Bundan sonra rahatlıqla yatın. İndi əks cinslərin bütün diqqəti sizə yönələcək. Onlar arasında öz yarınızı seçmək isə böyük zəhmət tələb etmir.

№ 4
Bu sadə ritual isə Yeni İldə yeni bir kişi ilə tanış olmaq istəyən qızlar üçündür. Bayramqabağı bir cüt ev başmağı (kişi üçün) alın. Onlara xoşunuza gələn kişinin adını deyin və həyatınıza cəlb etmək istədiyiniz adamın zahiri xarakter cizgilərini, əyləncə və fəaliyyət növünü, yaşadığı yeri (bəlkə siz əcnəbi cəlb etmək istəyirsiniz) təsvir edin.
Bundan sonra üç dəfə deyin: "Mən səni sevirəm və gözləyirəm, başmaqları sənin üçün saxlayıram, mənə tərəf tez gəl və öz ayaqqabılarını geyin".
Başmaqları yolkanın altına qoyun, onlar bütün bayramı orada "keçirməlidir". Bayramdan sonra başmaqları dəhlizə qoyun. Başmaqların təsvir etdiyiniz sahibi elə tez peyda olacaq ki, sizə sadəcə heyrətlənmək qalacaq.

№ 5
Bu ayin artıq öz məhəbbətini tapan, indi isə həmin şəxslə qanuni yolla ailə qurmaq istəyən qızlara kömək edəcək. Sevdiyiniz bəyin evlilik təklifi etməsi üçün Yeni İlin gəlişi ərəfəsində onun şəklini və (yalnız üzünü özünüzə tərəf qoyun) nişan üzüyünü cibinizə qoyun.
Əgər nişan üzüyü tapılmazsa, onda sadəcə simvolik olaraq adi üzük də qoymaq olar. Bunlar Yeni İl günü axşam yatağa girənə qədər cibinizdə qalmalıdır. Yatağa girəndə onları cibinizdən çıxarıb yastığın altına qoyun. Üzüklə şəkil orada səhərədək qalmalıdır. Tezliklə sevdiyiniz şəxs sizə təklif edəcək.

№ 7
Bu ayini həyata keçirmək üçün sizə iki kiçik kişi və qadın fiquru lazım gələcək. Onları öz əliniz ilə də düzəldə bilərsiniz. Hazır da almaq olar. Bu, hətta Şaxta baba və Qar qızı, yaxud uşaq kuklaları ola bilər. Kişi fiquru qarşı tərəf, qadın isə sizsiniz. İlin son günündə qadın heykəlciyi yolkanın altına qoyun, kişini isə uzaq bir yerdə gizlədin: Şkafda, çarpayının altında.
Səhər yuxudan duran kimi "bəy" fiquru tapın və onu öz fiqurunuza yaxın qoyun. Onları ən köhnə Yeni İlə qədər (14 yanvar) hər səhər əvvəlki qayda da bir-birinə daha yaxın yerləşdirin. Bax, belə sadə üsul sizə ikinci yarınızı tapmağa kömək edəcək.
Yeni il arzularını həyata keçirən ayinlər

№ 8
Yeni il ayinləri adətən gecə tətbiq olunur. Bunun isə 31 dekabr günü və ya bayram yolkasını bəzəyən zaman həyata keçirilməsi daha yaxşı olardı. Yeni İl ağacına arzularınıza uyğun rəmzləri asın. Əgər bu mənzil və ya evdirsə, onda öz əllərinizlə oyuncaq və ya həmin mənzillərin şəkillərini asın. Həmçinin qalın kartondan ev tikmək olar. Evin içinə arzunuzu yazdığınız kağızı yerləşdirin.
Maşın istəyirsiniz? Təvazökarlıq etməyin, yolkadan ən çox bəyəndiyiniz oyuncaq modeli asın!
Məhəbbət? Ürəklər və sevdiyiniz şəxsin fotosunu asın. Əgər şəkli yoxdursa, kişi fiquru və ya sadəcə kişi şəkli asın.
Uşaq? Ən gözəl uşaq oyuncaqlarını seçin.
Pul? Əskinaslar.
Səyahət etmək istəyirsiniz? Onda oyuncaq təyyarə və getmək istədiyiniz ölkələrin şəkillərini adı ilə asın.
Ərə getmək istəyirsiniz? Üzük və ya toy paltarı fotosunu asın. Ümumiyyətlə, necə deyərlər arzularınızı həyata keçirmək öz əlinizdədir. Odur ki, yolkanızı arzularınızla bəzəyin. Ən başlıcası ayinləri unutmayın və Yeni ili qeyd edəndə arzularınızı asın.

№ 9 Xoşbəxtlik peçenyesi
Bayram təamları hazırlayan zaman peçenye bişirməyi unutmayın. Yalnız bu, sadə peçenyelər yox, sirrli olacaq. Hər birinə arzularınızı yazdığınız bükülmüş kağızları yerləşdirin. Bayram süfrəsi arxasında oturanlardan hər biri yalnız bir peçenye yeyə bilər. Peçenyelərdən tapdığınız arzular isə gələn il mütləq reallaşacaq. Sadə bir ritual səmimi mühit, müsbət əhval-ruhiyyə bəxş edəcək.

№ 10
Sizə bir və ya bir neçə kağız fənər lazım olacaq. Hər birinə öz istəklərinizi yazın. Amma minnətdarlıq bildirən sözlər və həyatınızda baş verən müsbət hadisələri də yazmaq lazımdır. Yalnız səliqə ilə yazmaq lazımdır, çünki kağızdan düzəldilən bu fənərlər çox həssas və nazikdir. Onu cıra bilərsiniz. Odur ki, ən yaxşısı, marker və ya flomasterlə yazmaqdır.
Yeyib-içdikdən zamanı istəklərinizi ürəyindənizdə tez-tez təkrar edin. Saatı 00:00 olanda yaxınlarınız ilə ilə bir-birimizi təbrik edib şampan içəndən sonra küçəyə çıxın və yanan fənərləri göyə buraxın. Bu, olduqca gözəl və təsirlidir! Yalnız təhlükəsizlik qaydalarına mütləq əməl edin. İnanın ki, göylər sizin diləklərinizi eşidəcək və yerinə yetirəcək.

№ 10 Neqativləri yandırırıq
Sizə daha lazım olmayan, pis və ya mənfi xatirələrlə bağlı olan köhnə əşyaları bir yerə yığın. Sonra bir kağıza Yeni ildə canınızı qurtarmaq istədiyiniz neqativləri yaza bilərsiniz. Və bütün bunları tonqalda yandırmaq lazımdır. Beləliklə də həyatınızda olan bütün mənfiliklərdən xilas olacaqsınız. Bu mərasimi dekabrın 31-də və ya yeni ilin ilk on günlüyündə həyata keçirmək daha yaxşıdır.
Yeni ildə cibin həmişə pulla dolu olması üçün
Köhnə ili yola salanda, xüsusi ilə saat 00:00-da zəngi vuranda üstünüzdə pul olmalıdır. Pulu ya cibinizdə, yada corabın içində saxlamaq olar. İstəyə görə ayaqqabının içinə qəpik də yerləşdirmək olar.
Növbəti ildə ailə rifahı naminə, eləcə də evdə daim xoşbəxtliyin hökm sürməsini istəyirsinizsə, onda süfrənin altına əsginas və ya qəpik qoyun.
Bir də ki, bayram süfrəsinə düzdüyünüz şamların altına qəpik yapışdırın. Səhəri gün həmin qəpikləri pul kisəsinə qoyun, bu, sizə çoxlu ruzi-bərəkət gətirəcək. Yeri gəlmişən qedy edək ki, bu qəpikləri xərcləmək olmaz.

№ 12
Yeni ilin gəlişinə az qalmış təzə gözəl pul kisəsi və qızılı lent almaq lazımdır. Pul qabı seçərkən bu məsləhətləri istifadə etmək yaxşı olardı. Yeni il öncəsi təzə pul kisəsinə əsginas qoyub, onu qızılı lent ilə bağlayın. Əsginasların iri nominalda olmasını tövsiyə edirik. Saat 00:00-da pul kisəsini əlinizə götürün və tez bunu pıçıldayın: Xırdalanmayan əsginas il ərzində özünə pul cəlb edəcək və daha da artacaq, öz yolu ilə gedərək məni daha da zəngin edəcək". Sonda üç dəfə bunu deyin: "Bəli, belə olacaq!"
Bu pul kisəsi bir il boyunca sizin üçün pul talismanı olacaq. Odur ki, onu etibarlı yerdə gizlədin və onu gündəlik cib xərcliyi üçün istifadə etməyin. Əlinizə hər dəfə pul keçəndə (əmək haqqı, hədiyyə və ya istənilən gəlir növü ola bilər) heç olmasa bir əsginası oraya daxil edin.
İlin sonunda pul kisəsinə yığdığınız pulları sərfəli və xoş bir yerə xərcləmək lazımdır. Bu məbləğ ilə yollarınızı asanlıqla və həvəslə ayırmaq vacibdir. Onda gələn il maddi rifahınızı daha çox yaxşılaşdıra bilərsiniz.

№ 13
Yeni ilin gəlişi münasibət ilə evi mütləq səliqə-sahmana salın. Nə qədər bayağı səslənsə də, bu ritual bədbəxtlik, müsibət və uğuruzluqların təmizlənməsi baxımdan çox vacibdir. Xüsusilə döşəmə və güzgülərin tozunu diqqətlə təmizləyib, yaxşı-yaxşı silin. Köhnə lazımsız əşyalardan canınızı qurtarın.
Dekabrın 31-də axşam saatlarında mənzildə bütün qapı-pəncələri açın və xəyalən bütün neqativləri qovun. Zəng səslərini dinləyin, bizim əsrimizdə internet bu problemi həll etməyə qadirdir. Beləliklə siz məkanı nəinki fiziki baxımdan, həm enerji, həm də mental cəhətdən təmizləmiş olacaqsınız. Qısası, Yeni İlin həm məcazi, həm də həqiqi mənada təmiz səhifədən başlaması, evinizin bayram enerjisi, xoşbəxtlik və arzularla dolu olması vacibdir.

№ 14 Neqativi məhv edirik
Yeni il ərəfəsində bir vərəq götürün və onu iki hissəyə bölün onun. Sol tərəfdən sizə mane olan və xilas olmaq istədiklərinizin siyahısını, sağ tərəfdən isə əldə etmək istədiklərinizin siyahısını yazın. Növbəti mərhələdə mənfi məqamları xırda hissələrə bölüb onları ya yandırıb küləyə sovurmaq, ya da unitaza atmaq lazımdır. Digər hissəsini isə sevdiyiniz kitabın arasına qoyun. Deyilənlərə görə bu ritual çox effektlidir.

№ 15 Xoşbəxtlik və uğur gətirən ritual
"Qızıl" və ya "gümüş" kartondan ayaqqabının dabanının altına uyğun gələn iki altlıq kəsin. Belə karton tapa bilmirsinizə, onda adi kartonu falqa kağızına bükün. Bayram ərəfəsində onları tuflilərinizin içinə yerləşdirin. Yeni İli də bu ayaqqabılarda qarşılayın. Yatmazdan əvvəl onları çıxarıb etibarlı yerə qoyun. Onlar sizin üçün əla qoruyucu olacaq.

№ 15 Sehrli yeməklər
Sonda bayram yeməkləri və süfrə tərtibatı barədə bir neçə məsləhət verəcəyik. Yeməklərin hazırlanması zamanı pozitiv ifadələr söyləyin. Belə verbal fikirlərin faydası onunla əlaqədardır ki, su məlumatı kodlaşdırmaq və mənimsəmək iqtidarındadır. Unutmaq laızm deyil ki, bütün məhsullarda kifayət qədər su olur. Odur ki, məhsulların bu iddiaları öz canına çəkməsini gözləmək sonra isə istifadə etmək lazımdır. Pozitiv ifadələrə bir neçə misal götərə bilərik:
Mən sevgi, xoşbəxtlik, sağlamlıq ötürürəm;
Mən səni sevirəm və təşəkkür edirəm;
Mən rifah və bolluq bağışlayıram;
Dadlı və faydalı yeməklər - sağlamlıq və xoşbəxtlikdir;

Mən harmoniya, sağlamlıq və xoşbəxtlik bağışlayıram.
Bundan başqa, yeməklərin dadlı alınması üçün klassik musiqi dinləmək də faydalıdır. Başlıcası isə müsbət əhval-ruhiyyəyə köklənəcək, neqativ fikirləri, qışqırıq, mübahisə və digər bu kimi təzahürləri qovacaqsınız.

publika.az
31 dekabr təkcə Yeni il gecəsi bunları etsəniz bütün bəlalardan xilas olacaq və varlanacaqsınız!31 dekabr təkcə Yeni il gecəsi bunları etsəniz bütün bəlalardan xilas olacaq və varlanacaqsınız!

Xəbərlər     Baxılıb: 3069   Tarix: 11 dekabr 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Moruqla arıqlaya bilərsiniz

Tərkibindəki bir çox vitamin sayəsində immuniteti gücləndirən moruq eyni zamanda artıq çəkidən əziyyət çəkən insanların da ən yaxşı köməkçisidir. xəbər verir ki, 3 gün boyunca edəcəyiniz pəhrizlə 2-4 kiloqramadək çəki itir

.

Belə yuxular görənlər tez ölür

Yeni elmi araşdırmaya görə tez-tez kabus görən şəxslər daha erkən yaşlanır və 70 yaşına çatmadan ölüm riski üç dəfə artır. xəbər verir ki, Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və "Imperial College London"u

.

Kondisioner bu xəstəlikləri müalicə edirmiş - bir şərtlə

Ağciyər xəstəlikləri üzrə mütəxəssis həkim Huri Özkan Yılmaz vurğulayır ki, kondisionerin əsas faydası - havanı sərinlətdiyi kimi rütubəti azaltmaqdır. xəbər verir ki, bu, xroniki tənəffüs xəstəlikləri olan insanların nəfə

.

Bu meyvə şirələrini almayın! – Təhlükə aşkarlandı

Qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran hadisə qeydə alınıb. xəbər verir ki, Hollandiyanın tanınmış "Hero" brendinə məxsus bəzi alma şirələrində kofein aşkarlandığına görə, məhsulun satışdan yığışdırılmasın

.

"Sancı hiss etmədən də infarkt keçirmək olur" - Həkimdən xəbərdarlıq

İnfarkt yalnız sinə ağrısı ilə deyil, bel ağrısı, nəfəs darlığı, ürəkbulanma və tərləmə kimi əlamətlərlə də özünü göstərə bilər. xəbər verir ki, Yeditepe Universiteti Koşuyolu Xəstəxanasının kardioloqu dosent Mehmet Fati

.

Bu ucuz tərəvəzi yesəniz, viaqraya ehtiyacınız olmayacaq - həkim açıqladı

Britaniyalı həkim Maykl Mosli azərbaycanlıların da sevimli tərəvəzlərindən biri çuğundur haqqında danışıb. .  bildirir ki, onun sözlərinə görə, bu kök tərəvəz qan dövranını yaxşılaşdıran təbii xassələri sayəsində viaqray

.

Plastik cərrahlardan xəbərdarlıq: Bu estetik əməliyyatlardan imtina edin

Aqressiv üz gərmə əməliyyatları ciddi fəsadlara səbəb ola bilər və onlardan birmənalı şəkildə çəkinmək lazımdır. xəbər verir ki, bu barədə plastik cərrahlara istinadən yazıb. Qeyd edilib ki, bir anda 10-15 il cavan görünməy

.

Qarpızı pendir yox, bununla yeyin - Faydaları

İsti yay günlərinin vazkeçilməz ləzzəti qarpız və ağ pendirdir.  xəbər verir ki, mütəxəssislərin fikrincə, qarpızın çox hissəsi sudan ibarət olsa da, yüksək glisemik indeksə malik olduğu üçün qan şəkərini sürətlə artıra bilir

.

Dolğu etdirmək istəyənlərə qorxunc xəbərdarlıq - Bədəniniz çürüyə bilər

Son illərdə estetik prosedurların populyarlaşması ilə dolğu (filler) tətbiqlərinə maraq xeyli artıb. Bəzi hallarda dolğuların ciddi fəsadlara - o cümlədən toxuma zədələnməsi və hətta dəri altı nahiyələrin çürüməsinə (nekroza

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az toy gecesi sade makiyaj sekilleri gozel gorunmek hakışta sözləri qadın məsləhətxanaları mektebli sac duzumleri qalin saclara qulluq sirin qogal şirin qoğal novruz hakısdası google kahfe fali