35 yaşıma kimi həkim ərə getməyimə icazə vermir
"Miss Azərbaycan" Səmra Hüseynova "Öz aramızda" verilişində səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
azxeber.com xəbər verir ki, model uşaqlıq travmaları, şəxsi münasibətləri və OKP (obsesiv-kompulsiv pozuntu) ilə bağlı açıqlamaları ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Səmra bildirib ki, həyatının yarısı psixoloji travmalar fonunda keçib. Onun sözlərinə görə, münasibətlərində dəfələrlə ciddi görünən təkliflərlə qarşılaşsa da, sonradan müxtəlif bəhanələrlə tərk edilib. "Əvvəl evlilik təklifi edirlər, sonra 3 ay görüşək deyib vaxt uzadırlar. Daha sonra isə müxtəlif səbəblər gətirib münasibətdən uzaqlaşırlar", - deyə o vurğulayıb.
Model sevgi və ailə mövzusunda da diqqətçəkən fikirlər səsləndirib. O, hesab edir ki, əgər münasibətin başlanğıcında ailə qurmaq niyyəti yoxdursa, sevgi zamanla sönür: "Sevginin müddəti var, təxminən üç ilə qədər davam edir. Daha sonra münasibət övlad üzərində qurulur və ailə bu səbəbdən dağılmır".
Səmra Hüseynova nevropatoloqunun ona 35 yaşına qədər ailə qurmamağı və ciddi münasibətdən uzaq durmağı tövsiyə etdiyini də açıqlayıb. Onun sözlərinə görə, bəzi insanlar belə bir xəstəliyin mövcudluğunu inkar etsə də, OKP real psixoloji pozuntudur və travmalar nəticəsində yarana bilər. "Kimsə toxunduqda belə şüuraltı travma işə düşür", - deyə model qeyd edib.
Verilişdən sonra yenidən həkimə müraciət etdiyini bildirən Səmra müalicə prosesinin 35 yaşında başa çatacağını deyib. O əlavə edib ki, hazırkı psixoloji vəziyyəti ilə ailə qurarsa, yaşadıqlarının övladına da təsir edə biləcəyindən ehtiyat edir.
Onun bu etirafları sosial mediada birmənalı qarşılanmayıb. Bəzi izləyicilər açıqlamaları səmimi qiymətləndiriblər, digərləri isə səsləndirilən fikirlərlə razılaşmadıqlarını bildiriblər.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Azərbaycanlı alim vəfat etdi
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır