4-cü dalğa bitmədən 5-ci başladı- Professordan xəbərdarlıq

4-cü dalğa bitmədən 5-ci başladı- Professordan xəbərdarlıqKoronavirusa yoluxan şəxslər xəstəliyi yüngül keçiribsə, 1 ay sonra, simptomları olubsa, 2 ay sonra, xəstəxanaya yerləşdirilən insanlar isə 3 ay sonra peyvənd olunmalıdır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Hacettepe Universiteti Tibb Fakültəsinin Uşaq Yoluxucu Xəstəlikləri üzrə baş mütəxəssisi, professor Mehmet Ceyhan deyib. Xəstəlik keçirənlərdə antikor səviyyəsinin qalıcığından danışan ekspert sözlərinə belə davam edib:
"Hesabatlarda görünür ki, xəstəlikdən sonra immunitet yaranır, lakin bu, koronavirusu nə qədər şiddətli keçirdiyinizlə bağlıdır. Heç bir əlamət olmadan xəstəliyi keçirən insanlarda antikor səviyyəsi daha aşağıdır. Xəstəliklə peyvəndin yaratdığı antikor səviyyəsini müqayisə etsəniz, vaksindən sonra yaranan antikorlar daha yüksəkdir. Xəstəlikdən sonra antikorların qoruyuculuğu peyvənd sayəsində əldə edilən antikorların qoruyuculuğundan 5 qat aşağıdır.
Xəstəlikdən sonra yaranan antikor 3 ay sonra sürətlə azalmağa başlayır, 3 aydan sonra heç bir funksiya yerinə yetirmir. Peyvənddən sonra yaranan immunitet isə daha qüvvətlidir. Peyvəndlər arasında inaktiv peyvəndlərdə daha az antikor meydana gəlir. Amma mRNA, vektor, ya da partikul peyvəndlərdə antikor səviyyəsi daha yüksəkdir. Odur ki, xəstəliyi keçirən hər kəs vaksin olunmalıdır".
Həkim epidemioloji vəziyyəti də qiymətləndirib:
"Avropada 4-cü dalğa bitməmiş 5-ci dalğa başladı. Ehtiyatlı olmalıyıq, tədbirləri artırmasaq, eyni vəziyyəti yaşayacağıq. Xəstəliklərin artdığı ölkələrdə gündəlik ölüm sayı da artır. Əslində hələ 1-ci dalğadayıq, amma 2, 3, 4-cü dalğalar xalq arasında qəbul olunduğu üçün belə deyirəm".
Mehmet Ceyhan 5-ci dalğanın başlamasının səbəblərini qeyri-adekvat tədbirlərin görülməsi, iş yerlərində, ictimai nəqliyyatda və toplantılarda (toylar, qapalı toplantılar, idman tədbirləri, konqreslər, məktəblər) izdihamın artması, "delta" variantının yoluxucu xüsusiyyəti ilə izah edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1088   Tarix: 09 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

qadın geyimi donlar 2026 geyim və ayaqqabılar blincik hazirlanma qaydasi təmizlik paltar olmaq yemək reseptləri kosmetika video faydalı məsləhətlər zencefil maraqli hakistalar hakisda