"50 yaşdan sonra insanın üzündə..."Alla Puqaçova

Bu gün Rusiya estradasının primadonnası Alla Puqaçovanın doğum günüdür.
Xanim.az xəbər verir ki, meqa ulduz 70 illik yubileyini qeyd edir. Və qeyd etmək lazımdır ki, Primadonna həm də çox ağıllı qadındır, onun sitatlarını Faina Ranevskaya kimi böyük aktrisanın fikirləri ilə müqayisə etmək olar.

70 illik yubileyi münasibəti ilə Alla Borisovanın çoxsaylı müsahibəsi zamanı dediyi sitatlarını toplamışıq.

1. Satqınlığı başa düşə bilərəm, bağışlamağı əsla.

2. Müsahibə ilə tövbə və etirafı qarışdırmaq lazım deyil.

3. Sevgi qəlbin elə bil vəziyyətidir ki, hətta ən axırıncı xəsis də onun uğrunda hər şeyini verməyə hazırdır.

4. Kişilər məndən ötrü hansı qəhrəmanlığı edib? Mənimlə evləniblər.

5. Hesab edirəm ki, məhəbbət - böyük zəhmət tələb edir. Və bu zəhmət mənim üçün xoşbəxtlikdir.

6. Sevginin yoxluğundansa, yanılmaq və məyus olmaq daha yaxşıdır.

7. Hər şeyi kişidən ötrü qurban vermək? Kişi nə qədər səfeh olmalıdır ki, məndən hər şeyi atmağı tələb etsin. Axmaq naminə heç nəyi qurban vermərəm.

8. Sizi sevməyən insanlardan qorxmaq lazım deyil. Özünü sevirmiş kimi göstərənlərdən ehtiyatlı olun.

9. Əgər bir axmağa aşiq olmusunuzsa, deməli, həyatınızın duzu az olub.

10. Pul o qədər çox olmalıdır ki, insan özünü alçalmış hiss etməsin.

11. Dostcasına verilmiş məsləhətlərdən incimək düzgün deyil.

12. Vərdiş çox çirkin ifadədir.

13. İnsanları sevə bilməyin yeganə yolu onlarla ünsiyyəti kəsməkdir.

14. Sizə həqiqəti deyən adamlarla münasibət qurmaq lazımdır.

15. Əziz xanımlar, kişi ilə münasibətdə hər şeydən əvvəl siz yumor hissini itirməməlisiniz,onda hər şey yaxşı olacaq.

16. Sehrli dəyənəyim olsaydı, onunla çox iş görərdim. Bəzilərinin hətta başına vurardım.

17. Nə qədər ki, özümüzə səhv etməyə icazə verə bilirik, deməli, hələ gəncik.

18. Səhv etmək deyil, onları özünlə daşımaq dəhşətlidir.

19. Mən belə dərd çəkirdim: ilk 5 dəqiqə ağlayır, sonrakı 5 dəqiqədə əzablarımın səbəbkarını günahlandırır, növbəti 5 dəqiqədə isə özümü əvvəlcə çox sərt, sonra ironik, sonra da filosofsayağı ittiham etməyə başlayırdım.

20. Məni mənəviyyatca zənginləşdirə bilən adamlar həmişə cəlb edib. Hətta əclaf olsa belə.

21. Kişiyə alt paltarı almaq hər bir qadının müqəddəs hüququdur.

22. Özünü sevmirsənsə, başqaları niyə səni sevsin ki? İlk növbədə özünü sev.

23. Səhnədən göz yaşları içində deyil, sevinc və fərəh hissiylə gedəcəyəm.

24. Üç dəfə ərdə olmuşam, hər biri ilə çox xoşbəxt idim. Bədbəxt ərlərim idi, çünki onları səhnəyə qurban verdim.

25. Xoşlamıram, həm də dürüstlüyüm imkan vermir ki, yalan danışım. Odur ki, mətbuata az-az danışıram.

26. İstənilən qadın aktrisadır. Əgər pis aktrisadırsa,o, həmişə uduzacaq.

27. 50 yaşdan sonra insanın üzündə yaşı yox, mahiyyəti yazılır.

28. Əsl qadın həm su, həm də od olmağı bacarmalıdır. Mahiyyət eyni qalsa da, daim dəyişən bu prosesi müşahidə etməkdən daha əyləncəli heç nə yoxdur.

"50 yaşdan sonra insanın üzündə..."Alla Puqaçova(publika.az)

Maraqlı     Baxılıb: 2363   Tarix: 07 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

turlar.az

aksessuarlar makiyaj instagram qadın geyimi parket döşəmələr erroziya nədir yuxu yozmalar hicab 2026 kosmetika englishdilində qulaq novruza aid hakışta dovsan novruz bayramina aid oxatan