60 yaşından sonra idman vaxtsız ölüm riskini...

60 yaşından sonra idman vaxtsız ölüm riskini...İdmanla məşğul olmaq heç vaxt gec deyil. Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, müntəzəm idman məşqləri hətta 60 yaşından sonra başlasa belə, vaxtsız ölüm riskini azaldır.

Tədqiqat idmanla məşğul olmağa başlamaq üçün münasib olmayan yaş yoxdur barədə fərziyyəni təsdiq edib.

Müntəzəm məşqlər hətta orta və ahıl yaşlarda başlasa belə, vaxtsız ölüm riskini bütün həyatı boyu idmanla məşğul olan insanlarda müşahidə olunan həddə qədər azaltmağa kömək edir. Tövsiyə edilən gündəlik fiziki fəallıq normasını 40-61 yaşlarında yerinə yetirməyə başlayan insanlarda vaxtsız ölüm riski 16-43 faiz azalır. Gəncliyində idmanla məşğul olanlar, lakin yaşa dolanda bu faydalı vərdişdən imtina edənlər isə sağlamlıq üçün qazandıqları bütün üstünlükləri itirirlər.

Hazırda həkimlər yaşlı insanlara həftə ərzində azı 150 dəqiqə yüngülvarı fiziki hərəkətləri, yaxud 75 dəqiqə intensiv məşq etməyi tövsiyə edirlər. Bütün bunlar sağlamlıq durumunu xeyli yaxşılaşdırır, konkret olaraq ürək-damar və xərçəng xəstəlikləri səbəbindən ölüm riskini azaldır. Lakin ölüm riskinin azalmasına idmanın təsiri barədə sübutların çoxu xeyli məşq stajı olan orta yaşlı insanlar arasında toplanıb. Fiziki fəallığın insan həyatının müxtəlif dövrlərində həyatdan vaxtsız köçmək riskinə məhz necə təsir göstərməsi ilə bağlı tədqiqatların sayı yetərli olmayıb. ABŞ tədqiqatçıları məhz bu boşluğu doldurublar. Onlar sübuta yetiriblər ki, idmanla müntəzəm məşğul olmaq insanın idmanla məhz nə vaxt məşğul olmağa başlamasından asılı olmayaraq vaxtsız ölüm riskini azaldır. Əgər idman məşqləri dayandırılsa, insanın əvvəllər idmanla nə qədər məşğul olması da əhəmiyyətini itirir. Çünki fiziki hərəkətsizlik vaxtsız ölüm riski ehtimalını artırır.

Sağlamlıq     Baxılıb: 1924   Tarix: 17 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

sade makiyaj sekilleri kosmetik vasiteler yaz geyimleri 2026 ciy kartofun faydasi hakıştalar uşaq geyimləri elm ve bilik haqqinda atalar sözləri kosmetika qizliq perdesi uşaq şeirləri novruz hakistasi novruz bayrami hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz