7 gün acqarına sarımsaqlı bal yesəniz, vücudunuzda nələr baş verəcək?

7 gün acqarına sarımsaqlı bal yesəniz, vücudunuzda nələr baş verəcək?Sarımsaq yeməklərə fərqli dad verən, eyni zamanda çox xəstəliyi müalicə etməyə qadir olan faydalı qidadır.
Qadinsayti.az sarımsağın orqanizmə təsirini təqdim edir:
Sarımsaq dünya mətbəxlərində ən geniş istifadə edilən məhsullardan biridir. Lakin bir çox dərmanı əvəz edən sarımsağı çiy yemək daha faydalıdır. Sarımsaq yüksək qan təzyiqini və xolesterini aşağı salır, ürək xəstəliklərini və infarktın qarşısını alır. Eyni zamanda damar tıxanmasının təsirlərini azaldır. Bahar soyuqdəyməsi, səyahət ishalı, soyuqdəymə, qrip və göbələk infeksiyaları kimi problemlərə müalicəvi təsir göstərir.
Sarımsaq həmçinin, osteoartroz, diabet və böyümüş prostat kimi xəstəliklərinin təsirini azaldır. Sarımsağın immuniteti gücləndirmək və orqanizminizin toksinlərdən təmizlənmə qabiliyyəti də yüksəldir. Sarımsaq, soğan və zəncəfil qarışığı isə kimyəvi terapiyadan sonra orqanizmdə toplanmış toksinləri təmizləyir.
Sarımsağı necə istifadə etməli?
Sarımsaq çiy halda yeyildikdə orqanizmə faydası bir o qədər çox olur. Çünki sarımsaq bişirildikdə tərkibindəki bütün faydalı komponentlər, xüsusi ilə də allisin maddəsi faydasız hala gəlir.
Sarımsağı yeməkdən 15 dəqiqə əvvəl əzib yeyin. Çünki sarımsağı əzmək allisinin orqanizm tərəfindən daha çox əmilməsinə səbəb olur.
Sarımsaq ac qarına yeyilməlidir, çünki mədə çox dolu olanda qidalardakı maddələrin həzm sistemi tərəfindən sorulması çətinləşir.
Çiy sarımsaq və bal
2-3 diş sarımsağı xırda-xırda doğrayın. Onu 1 xörək qaşığı bal ilə qarışdırın. Bu qarışığı 7 gün ard-arda edib acqarına içsəniz, özünüzü daha aktiv və daha sağlam hiss edəcəksiniz.
Qrip əleyhinə sarımsaqlı cövhər
Əgər dəriniz həssasdırsa əlcək geyinin. Bu cövhəri hazırlayan zaman gözlərinizi əllə ovxalamayın, çünki içindəki təbii yağlardan bəziləri dəri qızartısına və ya dəri yanmasına səbəb ola bilər.
İnqrediyentlər:
Qalın doğranmış 1/2 ədəd soğan
3 diş qalın doğranmış sarımsaq
2 ədəd qalın doğranmış qırmızı acı bibər
1 xörək qaşığı doğranmış zəncəfil
1 ədəd limonun suyu
Çiy və filtrsiz alma sirkəsi
Hazırlanması:
Təxminən 350-500 ml həcmində şüşə bankaya qalın doğranmış soğanları, sarımsaqları və qırmızı bibərləri tumları ilə birlikdə əlavə edin.
Sonra isə bankaya doğranmış zəncəfili tökün. Limonun suyu ayrı qaba sıxın, içindən limon tumlarını çıxarıb zəncəfilin üzərinə tökün.
Sonda bankın üstündə 1 sm boşluq qalacaq qədər alma sirkəsi əlavə edin. Bankanın qapağını örtüb qaranlıq yerdə mühafizə edin. Bu şəfalı cövhəri həm boğaz, həm soyuqdəymə, həm qrip xəstəliklərində istifadə edin.Publika.az

Sağlamlıq     Baxılıb: 2400   Tarix: 07 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

toy gecesi kosmetoloq geyim şəkilləri elza seyidcahan qızartma qazan katleti xina yaxdi sozleri kosmetika sirniyatlar uzeyir hacibeyli orqazm aysel terezi