80% kovid xəstələri özləri sağalır, dərmanlara ehtiyac yoxdur– Həkim terapevt

80% kovid xəstələri özləri sağalır, dərmanlara ehtiyac yoxdur– Həkim terapevtƏldən-ələ gəzən kovid müalicəsi reseptləri insanları çox vaxt yanlış müalicəyə çəkir. Nəticəsi isə ağırlaşma olur.
Kovidin əsl müalicəsi hələ tibbə dəqiq məlum deyil. Özünüzdə müxtəlif ağır dərmanları sınamaqla, siz həkimlərə də yardım şansı qoymursuz.
Milli.Az medicina.az-a istinadən bildirir ki, həkim terapevt Gövhər Məmmədova kovid Omikronun müalicəsi ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab verib.
"Anlamaq lazımdır ki, təxminən 80% xəstələr özləri immunitetləri hesabına sağalır, yüngül keçirənlərdə isə müalicəyə gərək yoxdur. Bu necə baş verir? İnsanın özünün müdafiə mexanizmi var. Virusa yoluxduqda, əvvəlcə qeyri-spesifik immun cavab gəlir, daha sonra anticisimlər hasil olur, bu zaman orqanizmdə müəyyən proseslər baş verə bilər.
Əgər bir xəstə simptomsuz, yüngül keçirirsə, o sadəcə sakit şəkildə evdə yataqda uzanıb gözləməlidir. Bu zaman bol maye, bəzi vitaminləri içmək olar. Heç bir antibiotik, hormonlar, digər lazımsız dərmanlar, immunstimulyatorlar lazım deyil.
Lakin bizdə necədir: xəstə test cavabı çıxan kimi poliklinikada sahə həkiminə zəng edir, o hansısa dərmanları yazır. Sonra xəstə tanışlardan, qohumlardan reseptlərini istəyir. Bir reseptdə 10-15 dərman preparatı yazılan müalicə sxemləri əl-əl gəzir.
Antivirus dərmanlardan - Favipiravir, Remdesevir qəbul etmək lazımdırmı?
Bu preparatların effektivliyi barədə dəqiq məlumat yoxdur, onların kovidi dəqiq müalicə etməsi şübhəlidir.
Ümumiyyətlə, kovidə qarşı sübut olunmuş dərman yoxdur.
Yadda saxlayın: həkim müayinəsi olmadan heç bir halda özbaşına dərman içmək olmaz. Bəzən insanlar aspirin, kardio maqnil qandurulducalara başlayır. Amma bəzən elə xəstə var ki, onun qanqatılaşmasında problem var, ona qətiyyən bu dərmanlar olmaz. Sizə uyğun olmayan əks göstərişli dərmanlar vəziyyəti ağırlaşdıra bilər.
Əgər kimsə desə ki, bu dərman zərərsizdir, heç bir əks təsiri yoxdur, o yalan deyir.
İstənilən bir dərman 2 tərəfli işləyir: faydası və zərəri.
Laborator analizlər, xüsusən qaraciyər, böyrəklər, qanın laxtalanması göstəriciləri yoxlanmadan ciddi dərmanlar, aqressiv müalicə yazmaq olmaz.
İstənilən virus yoluxmasında, birinci işiniz özünüzü təcrid edib, yataqda dinc vəziyyətdə qalıb, gözləməkdir. Yataqda qalmaq bütün günü uzanmaq demək deyil, buqanı qatılaşdırır. Damarların işləməsi üçün evin içində gəzişin, hərəkətdə olun.
Əgər pulsoksimetrdə oksigen göstəricisi 94-dən aşağı düşərsə, həkimə və təcili yardıma müraciət edin.
Xahiş edirəm, antibiotik içməyin, venadaxili antibiotik, hormon köçürməyin. Bu dərmanlar xəstənin vəziyyəti ağırlaşanda təyin edilir. Evdə qalan kovid xəstələrinə antibiotik heç lazım deyil, bunu birdəfəlik anlayın".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1132   Tarix: 02 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir

Boğaz ağrısı daha çox qış aylarında rast gəldiyimiz bir sağlamlıq problemi kimi görünsə də, kondisioner və ya ventilyator qarşısında uzun müddət qalmaq, yaş saçla gəzmək və çox soyuq su içmək kimi bəzi səbəblər yay aylarınd

.

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

D vitamini çatışmazlığı bir çox ciddi sağlamlıq probleminin yaranmasına səbəb ola bilər. xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi professor Ayşe Akman bildiri

.

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

.

Tər çox güclü dərman imiş

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər. -a istinadə

.

Gözümüzü məhv edə biləcək eynəklər var

Həkim-oftalmoloq Darya Orlova ultrabənövşəyi (UV) filtri olmayan gün eynəklərinin göz sağlamlığı üçün ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu açıqlayıb. -a istinadən xəbər verir ki, bu barədə nəşri məqalə dər

.

Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?

Yayda kondisioneri 24-25C-də işlətmək həm rahatlıq, həm də sağlamlıq baxımından daha uyğundur. Bu temperatur otağı sərin saxlayır, eyni zamanda bədənin kəskin soyumasının qarşısını alır. xəbər verir ki, mütəxəssislər otağ

.

Şaftalının faydaları nələrdir, neçə kaloridir?

Şaftalı vitamin, mineral və antioksidant tərkibi ilə ümumi sağlamlığı dəstəkləyən, həzm sistemini rahatlaşdıran və immuniteti gücləndirməyə kömək edən yay mövsümünə xas lifli bir meyvədir. Aşağı kalorili quruluşu və yüksə

.

Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb

Bəzi insanların ağcaqanadların hədəfinə digərlərindən daha tez çevrilməsinin səbəbləri açıqlanıb. xəbər verir ki, rusiyalı mütəxəssis Nikolay Durmanov bildirib ki, bu, əsasən insan orqanizminin yaydığı qoxular, bədən istiliy

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 geyim və ayaqqabılar düzgün makiyaj gavali haqqinda qış ayaqqabıları ulduz falı kosmetika damla hakıştalar qoğalın nağlı tərəzi bürcü mikayıl abdullayev