A vitamininin çatışmazlığına işarə edən ƏLAMƏTLƏR

A vitamininin çatışmazlığına işarə edən ƏLAMƏTLƏRVitaminlər orqanizmdə müxtəlif vacib proseslərdə iştirak edir və onların çatışmazlığı bir çox pozulmalara səbəb olur.
Belə ki, ən güclü antioksidant olan A vitamini boyatma proseslərində, immun və cinsiyyət sistemlərinin fəaliyyətində, görmədə, dəri, saç və dırnaqların vəziyyətində böyük rol oynayır.
Saglamolun.az bildirir ki, A vitamininin çatışmazlığı zamanı ilk növbədə el arasında "toyuq korluğu" kimi tanınan pozulma inkişaf edir. Əgər işıqlı otaqdan qaranlıq otağa keçəndən 7-8 saniyədən sonra gözləriniz  adaptasiya olunmursa və siz heç nə görmüsünüzsə, bu toyuq korluğuna işarə edə bilər. Əgər bu hal müalicə olunmazsa, gözdə çox ciddi pozulmalar inkişaf etməyə başlayır - buynuz qişası qalınlaşır, quruyur, bulanıq olur, onun üzərində hətta eroziyalar əmələ gələ bilər.
A vitamininin çatışmazlığı zamanı dəri quruyur, çatlayır, dəridə vaxtından əvvəl qırışlar əmələ gəlir.
A vitamini immun sisteminin normal fəaliyyətində çox vacib rol oynayır. Məsələ burasındadır ki, A vitamini selikli qişalarımızı nəm saxlayır. Selikli qışalar (ağız boşluğunda, burunda, gözlərdə, həzm, sidik ifrazı sistemində və s.) orqanizmin ilk "müdafiə səddi"dir. Virus və ya mikroblar selikli qişaların üzərinə düşəndə bir tərəfdən selikli qişalarda olan xüsusi immun hüceyrələrinin köməyi ilə zərərsizləşdirilir, digər tərəfdən yad cismlər mexaniki olaraq seliyə yapışır və daha sonra orqanizmdən xaric olunur. Lakin bütün bunlar üçün selikli qişalar nəm, sözün əsl mənasında selikli olmalıdır. A vitamininin çatışmazlığı zamanı selikli qişalar quruyur və öz vacib müdafiə funksiyalarını tam yerinə yetirə bilmir. Nəticədə insan tez-tez müxtəlif infeksion xəstəliklərə tutulur.
A vitamini çatışmayanda dırnaqlar nazik və kövrək olur, tez-tez qırılır, saçlar tökülür.
Müayinə və xüsusi analizlərdən sonra insanda bu vitaminin defisiti aşkar olunarsa, həkim ona A vitamini ilə zəngin olan pəhriz təyin edir. Bu kök, balqabaq, ispanaq, qırmızı bolqar bibəri, pomidor, kahı, istənilən sarı və narıncı meyvələr və həmçinin toyuq, qoyun, mal və balıq qaraciyəri, yumurta sarısı kimi məhsullardır.
Nəzərə almaq lazımdır ki, E vitamini A vitamininin mənimsənilməsini xeyli artırır. Bu səbəbdən tərəvəz salatlarına bitki yağını əlavə etmək lazımdır. Bildiyimiz kimi, bitki yağları qidalanmamızda E vitaminin əsas mənbələridir.  
Lazım olduğu halda həkim əlavə A vitamini preparatını təyin edə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu vitaminin orqanizmdə artıqlığı defisit qədər və bəlkə də ondan da təhlükəlidir - xərçəngin riskini artırır. Bu səbəbdən A vitaminini yalnız həkimin təyini ilə qəbul etmək olar.
A vitamininin defisitinin səbəbləri arasında bunlardır: düzgün olmayan qidalanma, aclıq, monopəhrizlər, güclü uzunmüddətli streslər və güclü fiziki yüklənmələr, bəzi xəstəliklər (xroniki ishal, malabsorbsiya sindromu, qaraciyər sirrozu, şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri və s.).
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 996   Tarix: 03 mart 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

yay kolleksiyasi hamilelikde qidalanma makiyaj instagram usaq otagi dizaynlari ərzaqlar asan sizanaqlara qarsi vasite kosmetika bayatılar gözellik novruza aid hakisda maraqli hakistalar laylalar