Adamlar adlarına bənzəyirlərmi?

Adamlar adlarına bənzəyirlərmi?Uşağa ad qoymaq valideynlər üçün adətən başağrısı olur, lakin son elmi araşdırmaya görə uşağın adı onun təkcə taleyinə yox, həm də sifət cizgilərinə təsir edə bilər.

Xanim.az Milli.Az-a istinadən bildirir ki, alimlər bunu "Dorian Grey effekti" adlandırıblar. Yazıçı Oscar Wilde-ın qəhrəmanı Dorian Grey də həyatda etdiyi bütün pislikləri özü də bilmədən portretindəki sifət cizgilərinə "köçürürdü".

Yeni araşdırmaya görə, məsələn adı Bob olan şəxslər girdəsifət və gülərüz təsəvvür edilirlər. Tim adlı kişilərin, əksinə daha qaraqabaq və qapalı adamlar olduğu düşünülür.

Bunu "buba-kiki" effekti də hesab etmək olar. Buba kimi səslənən adlar daha çox girdəlik və yumruluğa, kiki kimi səslənən adlar isə daha çox uzun, nazik və iti predmetlərə aid olur.

Məqalədə deyilir ki, 'Winston' adını daşıyanlar daha təmkinli və zəhmli, Mary adını daşıyanlar isə daha təmiz, iffətli və namuslu hesab edilirlər.

Alimlər düşünürlər ki, məsələn, 'Katherine' adlı qızlar "Bonnie" adlılarla müqayisədə daha ciddi olurlar. Bu ondan irəli gəlir ki, adların səslənişi insan yaşa dolduqca üz cizgilərinə təsir göstərir, qəzet yazır.

Yerusəlimdəki Hebrew Universitetindən professor Yonat Zwebner deyir ki, araşdırmalar adlarla bağlı stereotiplərin zahiri görünüşlə əlaqədar olduğunu göstərib.

Alim deyir ki, biz üzünü görmədiyimiz adamları adların stereotipindən çıxış edərək təsəvvür edirik. Məsələn bizim təsəvvürümüzdə Bob adlı adamlar tosqun və gülərüz, Tim adlı şəxslər isə arıq və qaradinməzdirlər.

Üz formasının adla əlaqəsini aşkar etmək üçün alimlər 8 eksperiment aparıblar.

Məqalədə deyilir ki, hər yeni təcrübədə iştirakçılar adla sifət arasındakı əlaqəni daha yaxşı duyurdular.

Eksperiment iştirakçıları hətta müxtəlif etnik mənşəli adamların adları ilə onların sifət quruluşu arasındakı əlaqəni 20-25 faiz hallarda düzgün müəyyən edirdilər.

Sonuncu eksperimentdə uğur faizi artıq 40 idi.

Doktor Zwebner deyib ki, bizə verilən adlar cəmiyyətdəki stereotiplər və gözləntilərlə bağlıdır və zaman ötdükcə bizim zahiri görünüşümüzə, daha doğrusu necə görünməli olduğumuza təsir edir.

"Qısası biz sonunda cəmiyyətin bizi görmək istədiyi kimi oluruq, - deyib alim, - Biz doğulduğumuz andan təkcə cinsiyyətimiz, milliyyətimiz və sosial-iqtisadi statusumuzun yox, həm də bizə verilmiş sadə bir adın təsiri altında strukturlaşırıq".

Bu araşdırmadan həm də bəlli olub ki, adla sifət quruluşu arasındakı əlaqəni müəyyənləşdirən kompüter alqoritmi yaratmaq mümkündür.

Xəbərlər     Baxılıb: 2763   Tarix: 01 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qadin dunyasi qadin sayti toy makiyaji sekilleri körpələrin qidalanması zara ayaqqabilari 2026 evim interyer 2026 geyim kolleksiyasi kosmetika zencefil hakıştalar anabaci webnem tovuzlu toy gecesı