Afaq Gəncəli: "Milyonda bir adamda ola biləcək xəstəlik mənim oğlumda idi"

Afaq Gəncəli: "Milyonda bir adamda ola biləcək xəstəlik mənim oğlumda idi"Xəbər verdiyimiz kimi, "10LAR" verilişinin aparıcısı Afaq Gəncəlinin yeganə oğlu Qədirxan dünən axşam xərçəng xəstəliyindən vəfat edib.

Afaq Gəncəlinin ötən il lent.az-a verdiyi müsahibədən 13 yaşlı oğlu ilə bağlı kiçik hissəni təqdim edirik:

"Bilirsiniz, dərd bir dəfə gəldisə, gərək qapıları açıq qoyasan. Mən zərbələri ardı-ardıca aldım. Atamdan sonra oğlumun səhhətində olan problemlər məni çökdürdü. Dostlarım dedi ki, səndə olan gücə məəttəl qalmışıq. Mən elə bilirdim ki, sıradan bir qadınam. Amma indi gördüm ki, güclü insanam.

Oğlum çox ciddi əməliyyata girdi. Bir anın içində tək balam ölümlə üz-üzə qaldı. Heç ailə üzvlərimin xəbəri olmadan, rəfiqəm Nərgizlə elə bir çətin duruma düşdüm ki, həyatı bitmiş sayırdım. Bir tək əlimi Allaha açdım, gecə-gündüz yalvardım, dua etdim. Çox bahalı əməliyyat idi, pulum isə yox idi. Pulu tapmasaydım, əməliyyata almırdılar. Əməliyyata girməsəydi də dilim də gəlmir nəticəni deməyə, o baş verərdi.

(Bir xeyli susdu və göz yaşları süzülərək davam etdi)

Allahıma üsyan etdim. Dedim, Ya Rəbbim, niyə bunu etdin axı? Tanımadığım bir ölkədə, qarşımda oğlumun həyatı və ödəyə bilməyəcəyim sıfırlar... Belimdə heç bir sıfır belə yox idi. Oğlumu ölümə buraxmalı idim? Yox! Amma ağız açmağa heç bir kəsim də yox idi.

Uşağımı arabada, ayağını sürütləyə-sürütləyə təyyarəyə mindirdim. Heç nə edə bilməyəcəyim halda getdim. Mənə zəng edən hər kəsə deyirdim ki, qurban olum, oğluma dua edin. Allah heç kimə göstərməsin. Milyonda bir adamda ola biləcək xəstəlik mənim oğlumda idi. Onun beyninin onurğa sinirində vəz var idi.

Həkimlər dedi ki, biz bu əməliyyatı edirik, amma sənin uşağın iflic ola bilər. İnanın, ayaqlarım yerdən qopdu. Top kimi uşaq bir anın içində yıxıldı yerə. Elə bir aparat gətirdilər ki, onun əməliyyatdan çox qiyməti var idi. Əgər o aparatsız etsəydilər, uşaq iflic olacaqdı. Bu sözləri eşidirdim, amma onda belə, o əməliyyatı ödəyəcəyim vəsait yox idi.

Allah birdən üzümə baxdı. Bir gecə ərzində mənə bir adam kömək etdi. Bəlkə də heç kim inanmaz, mən həmin adamın üzünü belə görməmişdim. Bir tək adını eşitmişdim. O insan bircə kəlimə söz soruşdu, "nə qədər lazımdır?". Və o adam mənə 20 min pul verdi.

Oğlum çox çətin əməliyyatdan çıxdı. Əməliyyatdan ayılanda onun bir sualı oldu "hanı mənim ayaqlarım?". İndi yaxşıdır şükür, amma hələ də yerimir. Hazırda Ankarada müalicə alır. Bir il orada olacaq. Mən ayda iki dəfə Türkiyəyə gedirəm.

Həmişə səs-küylə dolu olan ev indi üstümə gəlir. Evimizi elə boş görüncə, dəli oluram. Sağ olsun Nərgiz, yanımda qalır. Görün, məni qınamağa dəyərmi? Mənim nələr çəkdiyimi onlar haradan bilər axı?! Mənə nələr yazdılar?! Heç kimə cavab vermədim. Bircə kəlimə ürəyimdə dedim ki, Allah sizə mənə yaşatdıqlarını göstərməsin".

Xəbərlər     Baxılıb: 5549   Tarix: 19 noyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 20 milyon insana xərçəng diaqnozu qoyulur və 10 milyona yaxın insan bu xəstəlikdən həyatını itirir. xəbər verir ki, mütəxəssislər bildirir ki, düzgü

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

.

40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar

Böyrəklərin bahalı əlavə preparatlara deyil, düzgün seçilmiş gündəlik qidalara ehtiyacı var. 40 yaşdan sonra böyrək funksiyaları gecə sidiyə çıxma və yorğunluq kimi xırda əlamətlərlə fərq edilmədən azala bilər. Dietoloqları

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?

Kartof püresi soyuduqdan sonra düzgün üsulla yenidən qızdırıla və istehlak edilə bilər. Qızdırma zamanı aşağı və ya orta dərəcəli odun seçilməsi pürenin konsistensiyasının qorunmasına kömək edir. Ehtiyac yaranarsa, az miqdard

.

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Alimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər

.

100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO

Dekabrda 100 yaşı tamam olan məşhur amerikalı aktyor və komik Dik Van Dayk uzunömürlülüyünün əsas sirrini açıqlayıb. . xəbər verir ki, o, həyata pozitiv baxmağın və heç vaxt kin saxlamamağın onu gümrah saxladığını bildirib

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir

Qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalorini sabit saxlayan insanlar daha sürətli arıqlayır. xəbər verir ki, nəticələr "Health Psychology" jurnalında dərc olunub. 112 nəfərin iştirak etdiyi 12 həftəli

turlar.az

qadın geyimi adlarin menasi qadin dunyasi tort reseptləri sarmisaqin faydasi qadın kostyumları boy uzadan kosmetika azərbaycan novruz hakışdaları hakışta atalar sozu xeyanet