Ağciyərlərin hipoplaziyası (kiçilməsi)
Bu ağciyərlərin kista əmələ gətirmədən inkişafdan qalmasıdır. Hipoplaziya ağciyərdə irinli prosesin inkişafı ilə müşayiət olunur ki, bu da aşağıdakı əlamətlərin əmələ gəlməsinə səbəb olur:
* intoksikasiya əlamətlərinin əmələ gəlməsi
* temperaturun yüksəlməsi
* ağciyər toxuması iltihabının fiziki simptomlarının təzahürü
* xroniki pnevmoniya əlamətləri
* pnevmoniyannın kliniki gedişinə xas əlamətlər.
Hipoplaziyanın 2 növü ayırd edilir:
1. Sadə hipoplaziya.
2. Kistoz hipoplaziya.
Yuxarıda sadalanan əlamətlər hipoplaziyanın hər iki növünə aiddir. Yalnız kistoz hipoplaziyası sadə formasınadan fərqləndirən ağciyərlərdə nazik qabığa malik kistaların formalaşmasıdır.
Xəstəliyə diaqnozun qoyulmasında aşağıdakı əlamətlər əsas götürülür:
- rentgenoqrafiyada ağciyərlərin həcminin kiçilməsi
- bronxoqrafiyada yalnız 3-6-cı sıra bronxlar görünür, sonra bronxoqramma sanki qaralır
- bronxoskopiyada kataral endobronxit, payın və seqmentar bronxların mənfəzinin daralması.
Kistoz hipoplaziya zamanı yuxarıda sadalananlarla bərabər ağciyərin proyeksiyası zamanı orqanın deformasiyalaşması və nazik divarlı kistalar aşkar edilir. Bu zaman ağciyərlərin kiçik qan dövranının inkişafdan qalması da aşkar görünür. Xəstəliyin müalicə proqramı pnevmoniyada olduğu kimidur.
Profilaktika məqsədilə xəstələrə aşağıdakılar məsləhət görülür:
* sağlam həyat tərzi
* kəskin pnevmoniyanı vaxtında və düzgün müalicə etdirmək
* kəskin bə xroniki bronxitin effektiv müalicəsi
* burun - udlağın infeksiya ocaqlarının vaxtında müalicəsi
* ağız boşluğu xəstəliklərinin müalicəsi.
Bu portalda yerləşdirilmi
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Fəxri İsmayılova yüksək vəzifə verildi
Gələn il "Avroviziya"da ilk dəfə iştirak edəcəklər
Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Dəniz Göktaş saxlanıldı
Hadise və Gülşen onu məhkəməyə verir
Tər çox güclü dərman imiş
Məşhur müğənninin qardaşı saxlanıldı
Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək
Elşad Qarayevin vəsiyyəti nədir?
50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram