Ağız qoxusu ilə əlaqədar nələri bilməliyik - ARAŞDIRMA

Ağız qoxusu ilə əlaqədar nələri bilməliyik - ARAŞDIRMAƏksər hallarda ağız içi və ya həzm sistemi ilə əlaqədar problemlərdən qaynaqlandığı düşünülən ağız qoxusu, sinuzit, badamcıq, faringit kimi xəstəlikləri səbəbiylə də ortaya çıxa bilər.
Fərqli xəstəliklərin xəbərdar edən ağız qoxusu, insanda özünə inamın itməsinə səbəb olaraq sosial həyata da mənfi təsir edə bilir.
Ağız gigiyenası ilə birlikdə diş və dil təmizliyinə diqqət edilməsi yaranan ağız qoxusunun aradan qaldırılmasında mühüm yer tutur. Ağız və diş sağlamlığından qaynaqlanmayan ağız qoxuları isə, badamcıq, sinüzit kimi xəstəliklərinin xəbərçisi ola bilər.
Sinusit ağız qoxusu ilə yanaşı insanın özünü halsız hiss etməsinə, baş ağrılarına, burun axıntısına səbəb olur. Xüsusilə xroniki sinusit ağız qoxusu xəstələrinin əksəriyyətinin əsas şikayətlərindən sayılır.
Badamcıq daşları da ağız qoxusunun mühüm səbəblərindən biridir. Badamcıq daşları, badamcıqların məsamələrini dolduran ölü toxumaların, ifrazat və yemək qalıqlarının yığılması səbəbiylə formalaşır. Tərkibində kalsium və maqnezium ola bilər. Ağızda çürük yumurtaya bənzər bir qoxu olmasının səbəbi isə badamcıq daşlarını örtən bakteriyalardır.
Yuxarı tənəffüs yolu xəstəliklərindən sinusit, faringit, xroniki tonsillit, burun tıxanmaları və ya tənəffüs yolunda ortaya çıxan şişlər də ağız qoxusuna səbəb ola bilir.
Ağız qoxusunun yalnız səhər saatlarında rast gəlinən vəziyyətlər ümumiyyətlə yuxu əsnasında tüpürcək axınının azalmasından irəli gəlir. Yuxu əsnasında ağzın açıq qalmasıyla ibarət quruluq, bakteriya və buna bağlı olaraq qaz nisbətinin çoxalmasına səbəb olur.
Gün ərzində tez-tez azalan bu cür ağız qoxularını aradan qaldırmaq üçün bol su içərək, ağızın nəmli qalması təmin edilməlidir. Ağız quruluğuna səbəb olan burun əyriliyi, burun əti böyüklüyü və ya allergiya kimi vəziyyətlər aradan qaldırılmalıdır. Tüpürcək ifrazını artırması üçün limon yemək ya da şəkərsiz saqqız çeynəmək səhərlər yaranan ağız qoxusunu aradan qaldırmaq üçün təsirlidir.
Ağız quruluğu diş və dişəti infeksiyaları, siqaret, spirtli içkinin istehlakı kimi faktorların təsirilə dilin üst səthində funksiya pozğunluğu baş verə bilir.
Dil üzərində toplanan bakteriyaların tüpürcək və qidalardan gələn zülalları uçucu kükürdlü birləşmələrə çevirməsi narahatedici ağız qoxuları yaradır.
Qidalanmasında daha çox bitki mənşəli məhsullar olan insanlara nisbətən ətin istehlakına üstünlük verən insanlarda protein itkisi daha çox olduğu üçün narahat edici ağız qoxusu yarada bilər.
Ağız qoxusundan qorunmaq üçün bunlara əməl edin.
1. Diş və dil üstü gündəlik müntəzəm fırçalamaq,
2. Diş araları diş ipi ilə təmizlənməli,
3. Siqaret və spirtli içkilərdən istifadə etməməli,
4. Ağızın içinin rütubətli saxlanılması üçün bol su sərf edilərək, şəkərsiz saqqız çeynəməli,
5. Sarımsaq, soğan, kəvər, kələm kimi ağız qoxusunu artıran yeməklər daha az istehlak edilməli,
6. Gecə gec saatda qidalar qəbul etmək reflyuks şikayətlərini artıran hallardan uzaq durmalı,
7. Şikayətlər keçmirsə, mütləq mütəxəssisə müraciət edilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 959   Tarix: 08 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xiyarın möcüzəvi faydaları

Yay mövsümünün ən çox istehlak olunan tərəvəzlərindən biri olan xiyar təkcə sərinləşdirici təsiri ilə deyil, həm də sağlamlığa verdiyi saysız-hesabsız faydalarla diqqət çəkir. Tərkibinin təxminən 95-97 faizi sudan ibarə

.

Sağlam qaraciyər üçün qəhvə için

Qəhvə istehlakının qaraciyər sağlamlığına müsbət təsir göstərdiyi ilə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb. xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində yerləşən Cedars-Sinai Sağlamlıq Elmləri Universitetinin 35

.

Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir

Boğaz ağrısı daha çox qış aylarında rast gəldiyimiz bir sağlamlıq problemi kimi görünsə də, kondisioner və ya ventilyator qarşısında uzun müddət qalmaq, yaş saçla gəzmək və çox soyuq su içmək kimi bəzi səbəblər yay aylarınd

.

Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?

"İsti havalarda uzun müddət günəş altında qalan və ya yüksək temperatur şəraitində fiziki fəaliyyət göstərən şəxslərdə günvurma baş verə bilər". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi Instagra

.

Uzun müddət oturmaq ölüm riskini artırır

Hər əlavə saat oturaq vəziyyətdə qalmaq onkoloji xəstəliklərdən ölüm riskini orta hesabla 10 faiz artırır. -a istinadən xəbər verir ki, bu barədə "PLoS Medicine" jurnalında dərc olunan araşdırmada bildirilib. Tədqiqa

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dəniz suyunun saçlara vurduğu zərər

Dəniz suyunda olan duz saç sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, dəniz suyu mineral və duzlarla zəngin olduğundan saç telinə daxil olaraq onun strukturundakı nəmi özünə çəkir. Bu isə saçın qoruyucu təbəqəsini

.

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

turlar.az

kosmetika mehsullari yaz geyimleri 2026 gozel gorunmek balqabaq plov kişi üzükləri hamiləlik dövrü asiq kosmetika veten haqqinda bayati qızlıq pərdəsi vətən tapmacalar uzeyir hacibeyli