Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər

Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlərAğızdan gələn xoşagəlməz qoxu - həssas, lakin çox geniş yayılmış bir problemdir. Statistikaya görə, 30 yaşdan yuxarı hər dörd nəfərdən biri bu problemlə üzləşir. Bir çox hallarda təravətli olmayan nəfəsin səbəbləri ağız boşluğunda gizlənir, lakin bəzi hallarda bu problem mədə-bağırsaq traktı və ya LOR orqanlarının xəstəlikləri ilə əlaqəli ola bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rusiyalı məşhur həkim-qastroenteroloqu Yekaterina Şesler bununla bağlı tövsiyələrini verib.
O bildirib ki, səhər yuxudan sonra, yaxud kəskin qoxulu qidalar qəbul etdikdən sonra ağızdan gələn xoşagəlməz qoxu tamamilə normal haldır.
"Bütün digər hallarda ilk növbədə ağız boşluğu xəstəliklərini: kariyesi, diş ətinin iltihabını və pis gigiyenanı istisna etmək lazımdır; Yəni təkcə diş fırçası və diş pastasından deyil, həm də diş ipindən, lazım gəldikdə isə irriqatordan müntəzəm istifadə etmək çox vacibdir. Əgər problem gigiyenada deyilsə, stomatoloqa müraciət edilməlidir", - deyə mütəxəssis qeyd edib.
Həkimin sözlərinə görə, ağızdan gələn qoxu burun ətrafı sinusların xroniki iltihabı və badamcıqlarda tıxaclarla da əlaqəli ola bilər.
"Həmçinin bəzi mədə-bağırsaq traktı xəstəlikləri də buna səbəb ola bilər, məsələn, zenker divertikulu (qida borusunun arxa divarının çıxıntısı). Xəstəlik boğazda qaşınma hissi, quru öskürək, yad cisim hissi, artmış tüpürcək ifrazı ilə özünü göstərə bilər. Yaxud qastroezofageal reflüks - yəni mədə möhtəviyyatının qida borusuna atılması ağızdan qoxu gəlməsinə gətirər", - deyə qastroenteroloq vurğulayıb.
O, həmçinin bu diskomfort vəziyyətin şəkərli diabetin əlamətlərindən biri ola biləcəyini deyib.
"Ammonyak qoxusu isə xroniki böyrək çatışmazlığının əlaməti ola bilər. Buna görə də utanmamaq və sağlamlıq üçün təhlükəli xəstəlikləri istisna etmək üçün bu həssas problemlə vaxtında həkimə müraciət etmək çox vacibdir", - deyə Şesler fikrini yekunlaşdırıb.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1740   Tarix: 21 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

turlar.az

qadın geyimi donlar 2026 geyim necə seçməli tanışlıq saytı biskvitli tort resepti agardici maskalar resepti seksual kosmetika rəksanə vidyolar vusale elizade salam novruz bayramına aid bakışta