Ağrıyan yerinizə sevgiliniz toxunarsa... - TƏBİİ AĞRIKƏSİCİ

Ağrıyan yerinizə sevgiliniz toxunarsa... - TƏBİİ AĞRIKƏSİCİSevgi ən güclü duyğulardan biri, bəlkə də birincisidir. Bəzilərinin xoşbəxtlikdən ayaqlarını yerdən kəsir, işlər yolunda getmədikdə isə depressiya, hətta intihar hədiinə də gətirib çıxarır. Türkiyəli həkim mütəxəssis Gani Eser bu hisslərin eyni zamanda ağrıkəsici xüsusiyyətə malik olduğunu deyir.
Xanim.az mütəxəssisin bu haqda maraqlı fikirlərini təqdim edir.

Sevgi hisslər arasında ən qarmaqarışıq və ən çətin təhlil edilənidir. Təsiri altına girənin ruh halını dəyişdirən sevgi ətrafa fərqli enerji yayılmasına səbəb olur. 2010-cu ildə aparılan araşdırmalardan biri sübut edib ki, ağrı zamanı toxunuşlar və sevgi hissləri yaxşı təsir edir. Sadə bir misal çəkək: hər hansı bir yeriniz ağrıdıqda və ya zədələndikdə əlinizi həmin yerə qoyduqda ağrı azalır. Dolayısı ilə, sevgi də bunun daha güclü ağrıkəsici formasıdır. Mütəxəssis bildirir ki, xoşbəxtlik hormonunu fəaliyyətə gətirən sevgi yaratdığı ruh halı və təsirləri ilə də bu cür gücə malikdir: "Yolda gedən zaman öz-özünə gülən insan gördünüzsə, deməli,o, aşiq olub. Çünki sevgi xoşbəxtlik hormonunu fəaliyyətə gətirir. Bədən və zehin bu gözəl vəziyyəti pozan hər bir hala qarşı çıxa bilir. Sevginin cazibəsi təbii görünmür bəzən. Aşiqlərarasında izah edilməyən bir bağ yaranır".

Sevgi qarşılıqlıdırsa, gücü artır

Xüsusən də qarşılıqsız və ya platonik sevginin, psixoloji təsirlərin, daha doğrusu psixoloji məhvin də sevgi qədər gücü var. Əgər insan öz-özünə "görəsən, bu sevgidir" deyirsə, cavab mənfidir. Aşiq olan insan ruhi vəziyyətinə diaqnoz qoymağa çalışmaz, sadəcə yaşayar. Əgər hisslər qarşılıqlıdırsa, sevginin gücü artır. İki insanın ətrafına yaydığı enerji dərhal hiss edilir. Onlar üçün dünya dayanır, gözləri bir-birindən başqa heç nə görmür: "Sanki bir pərdə onları ətraf aləmdən ayırır. İfraz edilən xoşbəxtlik hormonları əvəzsiz hisslər yaradır. Lakin əgər sevgi tək tərəflidirsə, aşiq olan insanı çətin günlər gözləyir. Melanxoliya, içinə qapanma, üsyan, günahlandırma kimi hisslər bir-birinə qarışır. İnsan nizamını, yaşamaq nizam-intizamını itirir və intihara qədər gedə biləcək bir depressiya yaşayır".

Sevgi elə bir bənzərsiz hissdir ki, verdiyi həzlə çəkdirdiyi əzab hər an bir-birini əvəz edə bilər. Qayğı istəyir, qayğı görmədikdə isə hormonlar tərsinə işləyir və insan depressiyaya girir. Bu hisslər uzun müddət davam edə bilmir. Yavaş-yavaş pərdə qalxır, bir-birinin qüsurlarını görməyə başlayırlar və xəyal qırıqlıqları baş verir. Hormonlar normal səviyyəyə qayıtdıqda eşq sevgiyə çevrilir: "Eşqdən fərqli olaraq sevmək qarşı tərəfi qüsurları ilə qəbul etmək, dəstəkləmək və həyatda birlikdə addımlamaqdır. Dalğalı dəniz kimi eşq yerini sevgiyə verdikdə münasibətlər sağlam formada davam edir. Lakin eşq bitdikdə qayğı da yox olur və bir tərəfin israrı digər tərəf üçün əziyyətə çevrilir".

Qısa olaraq, eşq gözəldir. Lotoreya biletindəki uduş kimi nadir hallarda ortaya çıxır. Yaşadıqda gözəl olur, bitdikdə insanı çökdürür. Hər bir gözəl hissin sonu olduğu kimi, eşqin də sonu olduğunu bilmək bu zaman heç bir işə yaramır. Sadəcə olaraq bizə qalan yaşayan zaman hiss etdiklərimizdir.ailem.az

Maraqlı     Baxılıb: 2570   Tarix: 01 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

turlar.az

geyim dəbləri yemek reseptleri yay geyimləri 2026 döşləri necə böyütmək olar kökəlməyin yolları saca xina qoymaq qaydasi alin yazisi xanim qafarova kosmetika atalar sözləri yumurta rus dilini öyrənək burclerin uyumu bürcler