Ağzı açıq yatmağın fəsadları

Ağzı açıq yatmağın fəsadlarıGecələr burunla nəfəs ala bilməmək, ağzı açıq yatmaq, xoruldamaq, tez-tez oyanmaq kimi şikayətləri olanların diqqətli olması məsləhətdir. Çünki əslində həmin vərdiş heç də xoş olmayan nəticələrə aparıb çıxara bilər.
Milli.Az bildirir ki, həkim-otolarinqoloq Gülyaz Kazımova AZƏRTAC-a deyib: "Ağzı açıq yatmaq uşağın üz-çənə quruluşuna təsir edərək dişlərin düzümünü pozur. Böyüklərdə isə ağzı açıq yatmaq ağız quruluğuna və dişlərə, ağız suyu vəzilərinə təsir göstərərək dişlərdə ərp və daşların yaranmasına səbəb olur".
Onun dediyinə görə, ağzı açıq yatmaq vərdişinin formalaşması burun tənəffüsündə yaranan problemlərlə əlaqədardır. Lakin onun başqa səbəbləri də var. Çənə quruluşunda olan hər hansı problem də buna səbəb ola bilər.
Həkim-otolarinqoloq bildirib: "Burunda tıxanmalarının səbəbləri çoxdur. Çəpər əyriliyi, burunun anatomik quruluşu olan balıqqulaqlarında böyümə və şişkinlik, artıq ət, burun boşluğunda poliplər, bədxassəli və ya xoşxassəli şişlər zamanı həmin hal müşahidə edilməsi mümkündür. Belə halın uzun müddət davam etməsi ürək xəstəliklərinə aparıb çıxara bilər. Əgər səbəb sümükdə və ya qığırdaqda əyriliklə əlaqədardırsa, xəstənin şikayətləri çoxalır, hətta cərrahiyyə əməliyyatları qaçılmaz olur".
Mütəxəssislərin dediyinə görə, burunla nəfəs almayanlar ağız yolu ilə davamlı nəfəs ala bilərlər, lakin burun havanı isidib nəmləndirərək ağciyərlərə ötürməklə yanaşı, qoxu və nitq funksiyasında da əhəmiyyətli rol oynayır. Burun deşiklərindən qəbul edilən hava yuxu keyfiyyətini artırıb xoruldamağı azaldır. Ağzı açıq yatanlarda xoruldama və yuxu aknesi deyilən yuxuda nəfəs dayanması daha çox müşahidə olunur. Çox vaxt burun tutulması müxtəlif yollarla müvəqqəti aradan qaldırılır. Yatmazdan əvvəl burun plastrlarından istifadə edilir. Həkim bu məsələyə də aydınlıq gətirərək deyib: "Plastr yapışdırılandan sonra tam rahat nəfəs alıb ağzı bağlı yatmaq mümkün olursa, burun balıqqulaqlarının böyük olduğu anlamına gəlməyə əsas verir. Sadəcə olaraq mexaniki təsir edir, yəni balıqqulaqlarını yana doğru çəkib nəfəsi çox olmasa da, müəyyən qədər açıq açır. Lakin o qədər də səmərəli vasitə deyil".
Nəfəs idmanı etmək də sinir sisteminə müsbət təsir edərək gecə yaranan burun tıxanmalarının qarşısını alır. Həmçinin rahat nəfəs almaq üçün yuxuya getməzdən əvvəl spreylə burun təmizlənməsi də faydalı ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1931   Tarix: 19 aprel 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadın geyimi qadin dunyasi gözəllik məhsulları qadın sağlamlığı kişi sonsuzluğu cinsi münasibətlər sabir haciyev kosmetika qızlıq pərdəsi baldıza aid hakışta vətənə aid bayatılar nizami gəncəvi məsəllər