Ağzıaçıq yatanlar həkimə müraciət etsinlər

Ağzıaçıq yatanlar həkimə müraciət etsinlərÇox zaman ciddi qəbul edilməyən burun tıxanıqlığı ürəyi yorur və ürək xəstəliklərinə yol aça bilir.
Qulaq-burun-boğaz mütəxəssisi dos. dr. Eren Taştanın fikrincə, gecələr burundan nəfəs almamaq, ağzıaçıq yatmaq, xoruldamaq, tez-tez oyanmaq, səhərlər yorğunluq hissi kimi şikayətləri olanlar mütləq qulaq-burun-boğaz həkiminə müraciət etməlidirlər. Burun tıxanıqlığı yuxu problemləri və yorğunluq kimi yaşam keyfiyyətini azaldan narahatlıqların ortaya çıxmasına gətirib çıxarır.
Uzun müddət davam edən burun tıxanıqlığı ürək xəstəliklərinə səbəb ola bilər. Müxtəlif yollarla müvəqqəti şəkildə aradan qaldırılmağa çalışılan bu problem uzun müddət davam edərsə, ürəyi yoraraq ürəklə bağlı narahatlıqlar əmələ gətirir. Burun tıxanıqlığı bəzən sadəcə tıxanıqlıq kimi, bəzi hallarda isə xoruldama və burun axıntısı kimi əlamətlərlə də müşahidə olunur. Allergik qrip və infeksiyalar da bunun səbəblərindən biridir.
Polip kimi kütlələr də burnun tamamilə tıxanmasına səbəb ola bilər. Soyuqlama, qrip və sinüzit kimi infeksiyalar da qısamüddətli burun tıxanıqlığına yol aça bilər. Xalq arasında burun əti adlandırılan kütlələr quruluşca da böyük ola bilir. Sümükdə və ya qığırdaqda əyrilik və ya sürüşmə varsa, xəstənin şikayəti də bu səbəblərdən qaynaqlanırsa, tək çarə kimi cərahiyyə əməliyyatı məsləhət görülür. Xroniki sinusit olan xəstələrdə əvvəlcə tibbi müalicə tətbiq olunur.
Əgər problemin bu yolla aradan qaldırılması mümkün olmayıbsa və ya sinüzit tez-tez təkrarlanırsa, xüsusilə anatomik problem və ya əyrilik (deviasiya) olan burunda cərrahiyyə əməliyyatına ehtiyac ola bilir. Allergik qripdən qaynaqlanan burun tıxanıqlığında əvvəlcə burun spreyləri və müxtəlif dərmanlardan istifadə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 981   Tarix: 28 oktyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

qadın geyimi sade makiyaj sekilleri toy makiyajlari yuxuyozma qas qalinlasmasi ucun maskalar gundelik burcler şirniyyat və tortlar kosmetika sevgi sekis azerb clpaq qadinlari toyuq salati oxu az