Ailədə bacı və qardaş qısqanclığı

Ailədə bacı və qardaş qısqanclığıQısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavab reaksiyasıdır.
Uşaqların həyatında öz kiçik qardaş və ya bacılarını qısqanma, onlara qarşı kobud davrama qısqanclığın ən bariz nümunəsidir. Qısqanc uşaq, daha çox diqqət görən kiçik uşaqla əlaqələrində özünü narahat hiss edir və bu kiçik uşağın sevgisi qarşısında öz statusunu itirəcəyindən qorxur.
Bu qısqanclıq növündə, uşaq ümumiyyətlə təcavüzkar şəkildə davranır. Özündən kiçik bacı və ya qardaşına vurma, dişləmə, oyuncaqlarını gizlətmə və ya sındırma sıx rast gəlinən davranışlardır. Bu növ qısqanclığın nəticəsi olaraq böyük uşaqda görülə biləcək iməkləmə, körpə kimi danışma, əmziklə bəslənməyə qayıtma, altını islatma, dırnaq yemə, barmaq əmmə və s. kimi körpələşmə və geriləmə əlamətləri yaranır.
Bu səbəblə ana və atanın körpə dünyaya gəlmədən, uşaqlarını bu mövzuda hazırlamaları, doğum sonrası körpəni (bəslənmə, təmizlik, geyim kimi) idarəli bir şəkildə böyük uşağa tapşırmaları ən uyğun həll yoludur. Bununla birlikdə yeni körpənin hamiləlik zamanında uşağa yeni bir qız ya da oğlan olacağını və onunla oynaya biləcəyini söyləmək hər vaxt qısqanclığı aradan qaldırmaz, lakin qısqanclıq duyğusunu artıra bilər. Nəzərə almaq lazımdır ki, kiçik bir uşaq, bu hadisənin həyatına gətirəcəyi dəyişiklikləri qəbul edəcək qədər yetkinləşmiş və təcrübəli deyildir.
Qardaş-bacı qısqanclığını necə aydınlaşdırmaq olar?
Əvvəlcə bu duyğunun haqlı və normal bir duyğu olduğunu qəbul etməlisiniz. Siz ondan ən qiymətli oyuncaqlarını, ən sevdiyi ailə fərdlərini, otağını paylaşmasını gözləyirsiniz. Qarşılığında daha yorğun bir ana, daha az əlaqədar bir ata təqdim edirsiniz. Eyni şərtlər sizə də təqdim olunsa idi, siz də bu dəyişiklikdən narahat olardınız. Üstəlik uşaqlarımız duyğularını bizim qədər müvəffəqiyyətli bir şəkildə tanımır və ifadə edə bilmirlər. Onların nə hiss etdiklərini təyin edin və haqq verdiyinizi göstərin. Onunla daha çox ünsiyyət qurun və ünsiyyətinizdə daha çox bu kimi sözlərdən istifadə edin:
"Bilirəm, şirinim, səninlə daha az oyun oynayıram və bu sənə pis təsir edir".
"Balaca qardaşın (bacın) nə qədər çox ağlayır deyilmi, istədiyin kimi səninlə oyun da oynamır. Amma bir az səbirli olsan qardaşının (bacının) böyüdüyünü görəcəksən və o səninlə çoxlu oyunlar oynayacaqlar".
Bəzən böyük uşaq körpə çox ağlayanda sizin ona əsəbləşdiyinizin, hirsləndiyinizin şahidi olur. Bunun üçün də açıqlama verməlisiz ki, bu normal bir haldır amma balacanın nə qədər möhtac və çarəsiz olduğunu görüncə hirsinizin keçdiyini bilmək uşağınızın duyğularıyla necə idarə edəcəyi istiqamətində köməkçi olacaq. Ayrıca bənzər duyğuları sizin də hiss etdiyinizi bilmək uşağınızın günahkarlıq duyğularını azaldacaq....
Qələndərova Könül,
PCC-nin uşaq psixoloqu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1285   Tarix: 07 noyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

yaz geyimleri 2026 aksessuarlar toy makiyajlari üzdə sızanaqlar ciyer qovurmasi qadin ve kisinin seksi göyəmin faydası kosmetika cinsi əlaqə novruz bayrami hakisda ana haqqinda bayati hakisda sağlamlıq