Ailədə cinsi həyat ritmi

Ailədə cinsi həyat ritmiKişilər üçün yaş, cinsi konstitusiya, yoldaşının ona seksual cəhətdən uyğunluğu, sağlamlığı kimi amillər əsas yer tutur.

Bütün bunları bilərək, ər-arvad cinsi əlaqələrin sayını öz imkanlarına uyğun olaraq (arvadın istəyi və seksual imkanı daxilində) normalaşdırmalıdır. Məşhur alman alimi R. Noybertin fikrincə nikahda 5-8 il yaşamış ər-arvad üçün cinsi həyat ritmi bir, nadir hallarda iki olmalıdır. Lakin bu rəqəmləri heç də bütün ailələr üçün norma və vacib hesab etmək düzgün olmaz. Hər bir ailədə ər-arvadın arzu və imkanları müxtəlif ola bilər.

Müəyyən əsaslı səbəblərə görə qadın xəstəliyi vaxtı cinsi əlaqə qəti surətdə qadağandır. Bu qadağan əsasən bu ərəfədə uşaqlıq yolunda müxtəlif mikrobların inkişaf etməsi üçün əlverişli şəraitin yaranması, uşaqlıqdan axan qanın xaric olması üçün uşaqlıq boynunun açıq vəziyyətdə olması və elə buna görə də cinsi əlaqə zamanı mikrobların uşaqlığa, fallop borularına, hətta qarın boşluğuna asanlıqla keçə bilmək imkanının yaranması ilə əlaqədardır. Bu, olduqca ağır xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Bu dövr tamamilə qurtardıqdan iki-üç gün sonra uşaqlığın boynu bağlandıqda cinsi əlaqəyə başlamaq olar.

Yuxarıda deyilənləri yekunlaşdırıb cinsi əlaqə ritmi haqqında hələ qədim hindistanda formalaşmış "şah" qanunu xatırlatmaq olar: cinsi əlaqə qadının istədiyi və kişinin bacardığı qədər olmalıdır.

Gənc kişilərin müəyyən bir hissəsində belə bir fikir hökm sürür ki, cinsi əlaqələrdə uzunmüddətli aravermələr kişinin zəifləməsinə, vaxtından tez eyakulyasiyaya səbəb olur və, ümumiyyətlə, orqanizmə mənfi təsir göstərir.

Bəzi qadınlar isə, əksinə, aravermələrin uzunmüddətli olmasının kişinin cinsi cəhətdən daha güclü və cinsi əlaqə müddətini daha davamlı etməsini göstərirlər. Bu məsələdə kişilərin daha az səhv etmələri qeyd olunmalıdır. Həqiqətən, uzunmüddətli aravermələrdən sonra eyakulyasiya olduqca tez, bəzən hətta cinsi əlaqəyə başlamadan da baş verə bilər.

Ancaq bir neçə gündən sonra hər şey öz qaydasına düşüb normallaşır. Amma hər halda orqanizmin bütün funksiyaları üçün (xüsusilə cinsi əlaqə bacarığı üçün) qadın öz gücündə qalır: iş görməyən, funksiyadan qalan orqan zəifliyə, atrofiyaya doğru aparır. Odur ki, cinsi əlaqədə çox uzun aravermələr impotentliyə (cinsi əlaqə qabiliyyətinin tam itməsi) səbəb ola bilər.

Cinsi əlaqədə aravermə ayrı-ayrı yaş qrupları üçün müxtəlifdir. Əgər gənclər üçün orqanizmə şərti olaraq heç bir zərər verməyən bir aylıq müddət maksimum aravermə hesab edilərsə, yaşlılar üçün iki aylıq müddət tamamilə kifayət edir.

Həmçinin ər-arvadı cinsi əlaqədə olmadan erogen zonaları qıcıqlandırmaqla orqazm vəziyyətinin alınmasını (pettinq) cinsi pozğunluq olub-olmadığı maraqlandırır. Göstərmək lazımdır ki, pettinq ər-arvad arasında cinsi əlaqədən əvvəl həmişə aparılan sevgi oyunu elementlərindəndir. Kişi və qadın arasında tərəflərin razılığı və istəyi ilə aparılan intim əlaqə bir qayda olaraq həmişə sığallama, öpüşmə, erogen zonaların (qadınlarda — döşlərin və döş gilələrinin, qulaq sırğalıqlarının, budların, xarici cinsiyyət üzvlərinin, kişilərdə cinsiyyət üzvlərinin) qıcıqlandırılması ilə başlanır.

Əgər sevgi oyunu cinsi əlaqəyə başlamadan uzun müddət davam etdirilərsə, müqabil tərəflərin hər ikisində orqazm vəziyyəti alınar, kişidə eyakulyasiya baş verər. Bəzi qadınlar pettinqi pozğunluq adlandırıb onu masturbasiya, qadınlarda onanizm ilə müqayisə edirlər. Əlbəttə, bu halda heç bir pozğunluq, əxlaqsızlıq haqqında söz ola bilməz. Bu, ər-arvadın razılığı və heç birisinə psixoloji və fiziki zərər gətirmədiyi halda qəbul edilə bilər.

İntim əlaqədə kişilərin ən böyük səhvləri cinsi əlaqədən sonra arxasını qadına çevirib yuxulamaqlarıdır. Məsələ orasındadır ki, cinsi hisslər qadınlarda tədricən oyandığı kimi, tədricən də sönür və elə buna görə də cinsi əlaqə qurtarandan sonra qadının orqanizmi, onun psixikası özünə qarşı diqqət və mehriban münasibət tələb eldir.

Əvvəla, sevimli qadına şirin ehtiras hisslərinə görə öpməklə razılığı bildirmək və sönən ehtirası da sevgi oyunu ilə tamamlamaq lazımdır. Bunun üçün erogen zonaları bu cinsi əksinə, aşağıdan yuxan, yəni cinsiyyət üzvlərindən başa doğru sığallamaq, mehribançılıq göstərmək lazımdır.

Ailə və Uşaq     Baxılıb: 4382   Tarix: 14 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

toy makiyajlari geyim necə seçməli sade makiyaj sekilleri toy ucun maraqli ideyalar asan kakos yagi dekorasiya kosmetika qardasa aid haxistalar cinsi elaqe novruz bayramina aid hakistalar seksual tapmaca