Ali Məhkəmədən Röyanın şəriki barədə qərar

Ali Məhkəmədən Röyanın şəriki barədə qərarAli Məhkəmədə tanınmış müğənni, Əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən keçmiş biznes ortağı Səbinə Hüseynovanın barəsində olan məhkəmə hökmündən kassasiya şikayətinə baxılıb.
Open.az Oxu.az-a istinadən xəbər verir ki, Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, S.Hüseynovanın kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, tanınmış model S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Amma S.Hüseynova məhkəmə proseslərinə gəlməyib və 2017-ci il dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarışa verilməsi barədə qərar çıxarıb.
R.Ayxanla birgə işləmiş tanınmış dizayner S.Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Bakı İstintaq Təcridxanasına köçürülüb.
S.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
2017-ci il dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, S.Hüseynovaya şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsi S.Hüseynovanın apellyasiya şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən saxlayıb.
Qeyd edək ki, Əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Daha sonra isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla işbirliyinə son qoyduğunu açıqlayıb.
Xatırladaq ki, S.Hüseynova 1990-cı illərin sonlarında bir neçə porno filmə də çəkilib. Həmin filmlər 2000-ci illərin ortalarında Azərbaycanda da yayılmışdı. /open.az

Şou Biznes     Baxılıb: 1829   Tarix: 18 oktyabr 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

turlar.az

sade makiyaj sekilleri gözəllik məhsulları kosmetik vasiteler kolbasa hazirlanmasi 3 kq hamileliyin ilk elameti qadinlarda cinsi isteksizlik kosmetika novruz bayramina aid sekisler geyim maya maskasi damla