Alimentar distrofiya və ya aclıq xəstəliyi

Alimentar distrofiya və ya aclıq xəstəliyiAlimentar distrofiya ac qalma səbəbindən orqanizmin xəstələnməsidir. Belə ki, uzun müddət qida qəbulundan imtina etməklə orqanizmdə suyun, zülalların, karbohidratların tamamilə azalması səbəbidən əmələ gələn bu xəstəlik sürətlə arıqlamaqla özünü biruzə verir.
Müasir dövrümüzdə kasıb və geridə qalmış ölkələrin əhalisinin çoxu qida çatışmazlığı üzündən bu xəstəlikdən əziyyət çəkir. Hal -hazırda dünyada 500 milyon adam az və keyfiyyətsiz qidalarla qidalanır. Mütəxəssislərin hesablamalarına görə Yer kürəsində ölən 3 adamdan biri aclıqdan və ya onun törətdiyi xəstəliklərdən ölür.
Xəstəliyin əmələ gəlmə səbəbi aşağı kalorili qida qəbuludur. Tərkibində enerji dədyəri 40%-dən aşağı olan qidalarla qidalanmaq bu xəstəliyin əmələ gəlməsinin əsas səbəbidir. Normal yaşamaq üçün hər bir kəs gündə ən az zülal (10-20 mq) və karbohidrat qəbul eləməlidir. Bunlardan başqa qida rasionunda B1, B2, B3, A və C vitaminləri də olmalıdır.
Aclıq zamanı bu vitaminlərlə yanaşı orqanizmdə su və duz çatışmazlığı əmələ gəlir ki, bu da öz növbəsində maddələr mübadiləsini pozur və toxumalarda patologiyaların əmələ gəlməsinə səbəb olur. Uzun müddət qida qəbulundan imtina etmək mədə-bağırsaq infeksiyalarının inkişaf etməsinə şərait yaradır, nevrogen mənşəli anoreksiya əmələ gəlir və nəticədə kaxeksiya inkişaf edir.
Xəstəliyin 3 ağırlıq dərəcəsi var:
1. Xəstəliyin yüngül formasıdır.
2. Xəstəliyin hipovitaminozlarla müşayət edilən formasıdır.Bu zaman stomatit,ocaqlı pnevmoniya,   ağciyər xəstəliklri əmələ gələ bilir.
3. Alimentar distrofiyanın ən ağır forması. Bu zaman ürək çatışmazlığı əlamətləri, C vitamini çatışmazlığı səbəbindən əmələ gələn xəstəliklər, qinqivit, dizenteriya baş verir.
Sadalanan xəstəliklərin əlamətləri aclığa başlayandan 3-4 həftə sonra meydana çıxmağa başalayır və 2-3 ayda tam kaxeksiya əmələ gəlir.
Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir. Alimentar distrofiya zamanı ac qalan adamda ürək damar xəstəliklri ilə bərabər, endokrin sistemdə, beynində geridönməz patoloji poroseslər əmələ gəlir. Həmin xəstə müalicə olunsa da elə onda "aclıq psixologiyası" adlı psixoloji patologiya iz qoyur.
Xəstəliyin müalicəsində rejimə və xəstəyə qulluğa diqqətlə yanaşmaq lazımdır. Bu cür xəstələr izolyasiya edilmiş palatada yatdırılır. Yeməkləri az-az və duru halda yedizdirilir və zülallı, karbohidratlı olması təmin olunur. Alimentar distrofiyalı xəstələrdə ağciyər və bağırsaq infeksiyaları olduğuna görə onlara antibiotik və vitamin müalicəsi təyin edilir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1231   Tarix: 28 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qis geyimləri 2026 toy makiyajlari yaz geyimleri 2026 əkizlər bürcü aybasi ucun derman saç kəsimləri şirniyyat kosmetika haxisda rəksanə yemekler veten haqqinda bayatilar əqrəb