Alimlər hepatit C virusunun hüceyrələrə necə yoluxduğunu aşkarlayıblar

Alimlər hepatit C virusunun hüceyrələrə necə yoluxduğunu aşkarlayıblarDünyada milyonlarla insanı əhatə edən hepatit C virusuna qarşı ümidverici addım atılıb. Kopenhagen Universitetinin alimləri hepatit C virusunun hüceyrələrə necə yoluxduğunu açıqlayıblar. Bu mühüm kəşf xəstəliyə qarşı peyvəndin hazırlanmasına yol aça bilər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hepatit C dünya üzrə təxminən 58 milyon insanda xroniki iltihaba səbəb olur və hər il 300 min insanın ölümü bu səbəbdən baş verir.
Mövcud müalicələr virusun yayılmasını dayandırmaq üçün kifayət etməsə də, peyvəndin yaradılması səyləri uzun müddətdir ki, davam edirdi. Ancaq virusun hüceyrəyə necə daxil olduğunu tam başa düşməmək bu prosesdə əsas maneə idi. Kopenhagen Universitetində fənlərarası tədqiqat qrupu bu problemin həllində əhəmiyyətli irəliləyiş əldə ediblər.
Kopenhagen Universitetinin dosenti Jannik Prento bildirib ki, ilk dəfə olaraq hepatit C virusunun səthindəki hüceyrələrə bağlanmasına imkan verən zülal kompleksi kəşf edilib: "Bu, virusun hüceyrəyə necə daxil olduğunu başa düşmək üçün mühüm addımdır. Bu yeni məlumat virusun hüceyrələrə daxil olmasını əngəlləyən bir peyvəndin hazırlanmasına imkan verə bilər".
Postdoktoral tədqiqatçı Elias Augestad əlavə edib ki, həmin zülal kompleksinin strukturunu açmaq bizə virusun hüceyrələrə yoluxmasının qarşısını alacaq peyvəndlər hazırlamağa imkan verəcək: "Hepatit C virusunda hüceyrənin bağlanmasını təmin edən zülal kompleksinin quruluşu koronavirusdakı "sünbül zülalı"na bənzəyir. Lakin hepatit C-də bu zülalların funksiyası fərqli olsa da, virusun hüceyrəyə daxil olma mexanizmi eyni şəkildə işləyir".
Bu tədqiqat hepatit C virusuna qarşı peyvəndin hazırlanması üçün mühüm əsas yaradır. Alimlər bu yeni kəşflə immun sisteminin hepatit C virusunun səthinə bağlanacaq və bununla da virusu zərərsizləşdirəcək anticisimlər istehsal etməsini təmin etməyi hədəfləyirlər.
Kopenhagen Universitetinin Sağlamlıq və Tibb Elmləri Fakültəsinin iki şöbəsi ilə birgə aparılan bu araşdırma "Nature" jurnalında dərc olunub.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1718   Tarix: 29 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

kosmetika mehsullari qadın geyimi kosmetoloq cizgi filmləri eroziya xesteliyi asan ariqlamagin yollari soyuqdəymə kosmetika cinsi novruz bayramına aid hakıştalar üzeyir hacıbəyli vetene aid bayati faydalı bilgilər