Alimlər HIV-ə çarə tapdılar
Avstraliyada yerləşən Doherty İnstitutunun alimləri HIV-in müalicəsi istiqamətində mühüm elmi irəliləyiş əldə ediblər. Tədqiqatçılar "LNP X" adlandırılan yeni lipid nanopartikullar hazırlayıb. Bu hissəciklər vasitəsilə mRNA ilk dəfə olaraq virusun gizləndiyi ağ qan hüceyrələrinə daxil ola bilib.
Alimlərin sözlərinə görə mRNA həmin hüceyrələrə daxil olduqdan sonra, hüceyrələri virusu "üzə çıxarmağa" vadar edir. Beləliklə, virus aktivləşir və bu da onun immun sistem və ya əlavə müalicə üsulları tərəfindən hədəf alınmasına imkan yaradır.
Tədqiqatın həmmüəllifi, Doherty İnstitutunun əməkdaşı Paula Cevaal bu nailiyyəti "əvvəllər mümkün olmayan bir hadisə" adlandırıb. O bildirib ki, HIV-in insan bədənində gizli qalması bu günə qədər tam müalicənin qarşısını alan əsas səbəblərdən biri olub.
Laboratoriya mühitində və HIV-ə yoluxmuş şəxslərdən alınan hüceyrələr üzərində aparılan sınaqlarda LNP X hissəciklərinin effektivliyi sübut olunub. Alimlər bu texnologiyanın gələcəkdə insan üzərində də sınaqdan keçiriləcəyini bildirirlər. Lakin onlar qeyd ediblər ki, bu cür yeniliklərin klinik tətbiqə keçməsi üçün illərlə vaxt və əlavə araşdırmalar tələb olunur.
Hazırda dünyada təxminən 39 milyon insan HIV daşıyıcısıdır. Mövcud antiretrovirus müalicəsi virusun səviyyəsini aşağı salmağa kömək etsə də, onu tamamilə aradan qaldırmaq mümkün deyil. Yeni texnologiya bu sahədə dönüş nöqtəsi ola bilər.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi