Alimlər məlumatları birbaşa DNT-də saxlamağı bacarıb
"Matrisa" filmindəki təxminən 20 il əvvəl hamımıza qeyri-real göründüyü məşhur səhnə reallığa çevrilir. Nyu-Yorkdakı Kolumbiya Universitetindən olan amerikalı alimlər, faktiki olaraq məlumatların saxlanılması və yazılması üçün canlı orqanizm hüceyrələrini miniatür qurğulara çevirməklə, istənilən rəqəmsal daşıyıcıdan məlumatları DNT-yə köçürən yeni texnologiya hazırlayıb.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, yaxın gələcəkdə döyüş sənətlərini bu şəkildə öyrənmək mümkün olmayacaq, lakin yeni texnologiyanın bir çox başqa mümkün istifadə imkanları var. DNT-nin yığılma texnologiyasının özü yeni deyil. Genetik kodu təşkil edən azotlu əsaslar cəmi dörddür. Laboratoriya şəraitində onları zəncir şəklində muncuq kimi ardıcıllıqla təsadüfi qaydada yığmaq olur. Bu daha çox "genetik qayçı" kimi tanınan "CRISPR-Cas9" texnologiyasının köməkliyi ilə edilir. Bu üsul səkkiz il əvvəl hazırlanmış və keçən il kimya üzrə Nobel mükafatına layiq görülmüşdür, lakin genetik kodun molekulyar səviyyədə yığılması çox əziyyətlidir, burada çox vaxt və xüsusi avadanlıq tələb olunur. Alim və mütəxəssislərin tədqiqat və kəşfləri davam edir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI