Alimlər qocalmanın əsas səbəbini müəyyənləşdirdi
İsveçrənin Bern Universitetinin bir qrup alimi qocalmanın əsas səbəbini müəyyənləşdirib.
Milli.Az xəbər verir ki, mütəxəssislər hansı hüceyrələrin patoloji prosesdə əhəmiyyətli rol oynadığını aşkar edib. Tədqiqatın nəticələrinə görə, qarın boşluğunda yerləşən viseral yağlar yüngül xroniki iltihaba səbəb olur. Bu müddətdə yaşla əlaqəli xəstəliklərin inkişafı və immunitetin zəifləməsi sürətlənir, bu da yaşlanmaya səbəb olur.
Eyni zamanda, elm adamları patoloji prosesdə əsas rolun xüsusi immun hüceyrələri - eozinofil leykositlərin oynadığını aydınlaşdırıb. Bir qayda olaraq, qan dövranı sistemində iştirak edirlər, lakin mütəxəssislər onları insanlarda və siçanlarda viseral yağ toxumalarında tapıb. Bu hüceyrələr bədənin çoxhüceyrəli parazitlərdən qorunmasını təmin edir, həmçinin eozinofil leykositlər tənəffüs orqanları allergiyasının inkişafına imkan yaradır.
Qeyd edək ki, Almaniyanın Saarland Universitetinin alimləri də qocalmaya səbəb olan əsas mexanizmlərdən birini açıqlamışdı. Tədqiqatçılar kortizol hormonunun və özünəməxsus GILZ zülalının aşağı səviyyədə olması səbəbindən bədəndə xroniki iltihabın inkişaf etdiyini, əsas yaşlanma prosesi kimi qiymətləndirib. (publika.az)
Milli.Az /news.milli.az









100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO
Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı
Metin Akpınardan qızının 6 milyonluq təzminat tələbinə etiraz
Xərçəng aşkarlanan model ölümdən xilas oldu
Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL
Zamiqin bu xüsusiyyəti pisdir
Dilarə və Fəriddən yeni duet: "Sevəcəm
Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi
Mustafa məhkəməni uduzdu - Serbiyada ev alacaq
Kızılcık şərbəti'ndən qovulan Doğukan bu serialda çəkilir
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
Uşaqlar arasında yeni virus YAYILIR - Valideynlərin diqqətinə
Yemək yeyəndə etdiyimiz bu səhv ürəyi MƏHV EDİR