Alimlər yaddaşı gücləndirən molekul aşkarlayıb
Alimlər neyronları bərpa edən, yaddaş və koqnitiv bacarıqları gücləndirən molekul aşkarlayıblar.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İspaniyanın Kadis və Sevilya universitetlərinin əməkdaşlarının bununla bağlı apardıqları araşdırmalar müsbət nəticə verib.
Araşdırmaçılar südləyən cinsindən olan bitkidən diterpen maddəsini əldə edə biliblər. Qeyd olunub ki, bu birləşmə proteinkinaz C (PKC) fermentini aktivləşdirir və emosiyaların formalaşması və yaddaşın möhkəmlənməsi mexanizmində iştirak edən hippokampda yeni neyronların yaradılmasına yol açır. Bunu siçanlar üzərində aparılan təcrübə təsdiqləyib.
Tədqiqatçıların sözlərinə görə, gələcəkdə bu maddə beyin travması alan pasiyentlərin müalicəsində tətbiq edilə bilər.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI