Alimlər yağlı yeməklərin beyinə təsirini sübut etdi

Alimlər yağlı yeməklərin beyinə təsirini sübut etdiKarantin günlərində bir çox insan stressi müxtəlif dərəcəli kalorili qidalarla atmağa çalışırdı. Lakin alimlər xəbərdarlıq edib ki, bu, karantindən sonra təkcə çəkimizə deyil, zehni qabiliyyətimizə də təsir edəcək. Çünki sadəcə yağlı yemək belə beyin fəaliyyətini zəiflədə bilir.
Milli.Az xəbər verir ki, bunu Ohayo Universitetində (ABŞ) aparılan tədqiqatlar göstərib. Araşdırmada iştirak edən 51 qadın səhər laboratoriyada xüsusi 10 dəqiqəlik kompüter performans testindən keçib. Xanımların müəyyən işlərə konsentrasiyası və reaksiya müddəti ölçülüb. Təcrübədən sonra iştirakçılar çox yağlı qidalar yeyib. Naharda un məhsulları, yumurta, peçenye, kolbasa, sous, kərə yağı və s. olub. Yeməklər 930 kalori ehtiva edib. Beş saat sonra qadınlar yenidən performans testindən keçib.
Bir neçə həftədən sonra iştirakçılar laboratoriyaya qayıdıb. Eyni testlərdən keçib və nahar edib. Yalnız bu dəfə onlar doymamış yağlara üstünlük verib (əsasən zeytun yağı, cücərmiş buğda, avokado yağı və s.). İştirakçılara təklif olunan testlər böyük uğurla həll edilib. Beləliklə, araşdırma göstərib ki, çox miqdarda doymuş yağ qəbulu qadınlarda konsentrasiyanı orta hesabla 11 faiz azaldır.
Yeri gəlmişkən, araşdırma səhvini azaltmaq üçün təcrübədən əvvəl qadınlar gündə üç dəfə eyni yeməyi yeyib və laboratoriyaya getməzdən 12 saat əvvəl heç nə qəbul etməyib. Statistik təhlildə əqli funksiyaya digər potensial təsirlər, o cümlədən depressiv simptomlar və iştirakçıların pəhrizindəki doymuş yağların orta qəbulu nəzərə alınıb. Ancaq eyni zamanda, tədqiqatçılar diqqətin 11 faiz azalmasını çox əhəmiyyətli göstərici hesab edib.
Stress və depressiya kütləşməni sürətləndirir
Təsir bir eksperimentdən sonra müşahidə edilib. Alimlər əmindir ki, tez-tez yağlı yeməklər yeyirsinizsə, diqqət pozğunluğu intensivləşə bilər. Onlar təcrübənin nəticələrinin təsadüf olmadığını vurğulayıb.
"Digər araşdırmalardan bilirik ki, depressiya və narahatlıq konsentrasiyaya, eyni zamanda diqqətə mane ola bilər. Buraya yüksək yağlı qidaları əlavə etdikdə real effektin daha da artacağını demək olar", - deyə tədqiqatın aparıcı müəllifi Annelies Madison bildirib. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1475   Tarix: 13 sentyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 həkim məsləhəti merlin monro qadinlarda soyuqdeyme stil dərsləri kelem tutmasinin hazirlanmasi kosmetika vetene aid bayatilar maya maskasi bayraq qız bürcü novruz bayramina aid