Alimlərdən qazlı içkilərlə bağlı ÖLÜM XƏBƏRDARLIĞI: gündə bir stəkan içirsinizsə

Alimlərdən qazlı içkilərlə bağlı ÖLÜM XƏBƏRDARLIĞI: gündə bir stəkan içirsinizsəAlimlərin araşdırmalarına görə, qazlı içkilər ciddi xəstəlik riskini artırır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gündə iki və daha çox stəkan qazlı su istifadəsi ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Nəticələri "JAMA Internal Medicine" jurnalında təqdim olunan araşdırmada 19 ildə 19 mindən çox insan iştirak edib. Müşahidələr başlayan zaman onların heç birində xərçəng, diabet və ya insult rast gəlinməyib.
Eskperiment göstərib ki, gündə ən azı iki stəkan (0,5 l) şirin və qazlı içki içən kişilər və qadınlarda mədə-bağırsaq traktının xəstəliklərindən ölüm riski artırır, sadə qazlı içkilər isə ürək-damar xəstəliklərini şiddətləndirir. Alimlər çox miqdarda qazlı içki istifadəsinin Parkinson xəstəliyinin artması riskinə səbəb olduğunu da dilə gətirib.
"Əldə etdiyimiz məlumatlar göstərir ki, qazlı içkilər qanda şəkərin səviyyəsini yüksəldir. Bu da bağırsaq mikroflorasını dəyişdirərək və bağırsaq infeksiyalarına qarşı həssaslığı artıraraq bağırsaq iltihabına səbəb ola bilər. Həzm xəstəliklərinə yüksək həssaslıq olmasının səbəbi də budur" , - deyə Atlanta Emori Universitetinin tibb üzrə dosenti, doktor Şaron Horeş Berqkvist qeyd edib.
Kaloriya Nəzarət Şurasının prezidenti Robert Rankinsə öz növbəsində istehlakçılara xüsusi məhsulların zərərli olması barədə təhrif edilmiş bir şəkil verdiyini qeyd edərək tədqiqatı tənqid edib. Onun sözlərinə görə, aşağı kalorili qatqılar hərtərəfli öyrənilir və təhlükəsizdir.
Fransada 100 mindən çox insanı əhatə edən başqa bir araşdırma da göstərib ki, konservin yalnız üçdə biri və ya 100 ml qazlı su istifadəsi xərçəng riskini 18% artırır. Döş xərçəngi inkişaf ehtimalı 22% -ə qədər artır. Eyni statistika təzə sıxılmış şirələr üçün də aktualdır. Odur ki, alimlər qazlı içki pərəstişkarlarına suya giləmeyvə və ya meyvə parçaları əlavə edərək içməyi məsləhət görürlər.
Bundan əlavə, gündə 76 qrama qədər qırmızı ət yeyən insanlarda xərçəng riski 20% yüksəldiyi, alkoqolun isə xərçəngin inkişaf ehtimalını 8% artırdığı bildirilib.
Qızartma üçün bitki yağıları çox təhlükəlidir, bu iltihablı bağırsaq xəstəliklərinin inkişafına təsir göstərir və bağırsaq xərçəngini doğurur. Mütəxəssislər yağdan təzə və soyuq halda istifadə etməyi məsləhət görürlər.
Daha əvvəl Amherstdəki Massaçusets Universitetinin alimləri bitki yağında bişən qızartma yeməklərinin xərçəngin ağırlaşmasına səbəb ola biləcəyini müəyyən edib.
Tədqiqatçıların fikrincə, ABŞ-da bir çox insan bu və ya digər dərəcədə mədə-bağırsaq traktı problemlər yaşasa da, fəstfud və qızardılmış yeməklərdən imtina etmirlər.
Araşdırmanı elm adamları siçanlar üzərində aparıb. Təcrübələr sübut edib ki, bitki yağı hər vəziyyətdə gəmiricilərin sağlamlığını pozur. Odur ki, bitki yağında bişən qidalar xərçəng riskini artıran əsas amillərdən biridir.
Soyuqdəymə ilə əlaqəli olmayan səs batması, zəif öskürək, tüpürcəyi udmaqda çətinlik, ishal və ya qəbizlik də xərçəng əlamətlərini göstərə bilər. Xərçəng simptomları arasında qırmızı qan hüceyrələrinin az olması, anemiya, sidik artması və bu zaman ağrılı müşahidə olması, həmçinin sidikdə qan və bir ay genişlənmiş limfa düyününü göstərmək olar.
Eyni zamanda həkimlər, xəstəlikləri aşkar etmək üçün qan okomarkerlərinə qan analizi verməyin mənasız olmadığını düşünürlər. Qarın boşluğunun və cinsi orqanların ultrasəs müayinəsi ilə kifayətlənmək lazımdır, qadınlar həm də mamoloq müayinəsindən keçməlidir. Bundan əlavə, nəcis analizini aparmaq lazım olduğuna işarə edilir - bu, dəqiq bağırsaq xərçəngi diaqnozunu təyin etməyə imkan verir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 969   Tarix: 13 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

geymler 2026 geyim seçimi toy makiyajlari evim interyer heyvanlar qara qaragat doğuşdan sonra kosmetika sevda sekis xlor lekesi hakistalar qadin saglamlig