Allah ehtiyacsızdır. Bəs niyə insandan şükür etməsini istəmişdir?

Allah ehtiyacsızdır. Bəs niyə insandan şükür etməsini istəmişdir?Allah ehtiyacsızdır. Bəs niyə insandan şükür etməsini istəmişdir?Biz çox vaxt başqalarına qibtə edirik. Ancaq özümüzün malik olduqlarımız şeylərə görə şükür etmirik. Ola bilsin ki, bir gün şikəst birini görən kimi Allahı xatırlayaq və bizi sağlam yaratdığı üçün şükür edək.
Biz bunu unutmamalıyıq ki, başqalarına qibtə etmək yerinə, özümüzün malik olduqlarımıza şükür etməliyik. Malik olduqlarımız nemətlərdən istifadə edək və şad olaq.
Şükür etmək - əxlaqi fəzilətlərdən sayılır. Hər bir insan ağlının nəticəsində dərk edir ki, bir nəfər ona bəxşiş və ya hansısa neməti verəndə, ona təşəkkür etməlidir.
Şübhəsiz, insan hansı elmi və ictimai məqamda olursa-olsun, gördüyü işin və ya kiməsə verdiyi nemətin qarşısında təşəkkür almağı sevər. Ona görə də bəzən təşəkkür etməməyi naşükürlük kimi mənalandırırlar.
Allah da insandan istəyir ki, ona verdiyi nemətlərə görə təşəkkür etsin, yəni şükür etsin. Baxmayaraq ki, Allahın bizim təşəkkürümüzə ehtiyacı yoxdur, ancaq insanları şükür etmələrinə görə vəzifələndirmişdir. Elə buradan şükür etməyin nə qədər fəzilətli bir əməl olduğunu dərk etmək olar.
Bəs Allah niyə bizdən şükür etməyimizi istəyir?
Allah ehtiyacsızdır. Bəs niyə insandan şükür etməsini istəmişdir?
Belə ki, Quranda çox sayda ayə vardır ki, orada insanın nemətə görə şükür etməsi bəyan edilmişdir. "Ey Davud ailəsi, (bu nemətlərə) şükür edin və Mənim bəndələrimdən şükür edən azdır". ("Səba" 13).
"Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükür etmirlər". ("Bəqərə" 243).
Allah insanlara çox sayda nemət bəxş etmişdir ki, onlardan ən böyüyü - öz varlıqlarıdır. Buna baxmayaraq ki, insanların əksəriyyəti öz bədənlərinin qədrini bilmirlər. Nemətə küfr edir və şükür etmirlər.
Quran buyurur: "Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir, lakin insanların çoxu şükür etmir". ("Ğafir" 61).
Quranı təhlil edən zaman görürük ki, insan elə bir hikmətə malikdir ki, həmişə şükür edən olmalıdır. Çünki bu zaman həmin nemətin qədrini bilər və onu verəni xatırlayar. Ona görə də alim və arif insanlar həmişə onlara verilən nemətlərə görə şükür edər və Xaliqi xatırlayarlar.
"Və həqiqətən, Biz Loğmana hikmət verdik (çox faydalı əqli və nəqli elmlər verdik, ona dedik) ki: "Allaha şükür et. Kim şükür etsə, həqiqətən, öz xeyrinə şükür edər və kim kafir (nankorluq) olsa, (bilsin ki,) Allah (onun şükürünə) möhtac deyil, (O,) həmd olunmuşdur (Onun sifətləri və işləri həmd olunmağa layiqdir)". ("Loğman" 12).
Mömin insanlar həqiqi imana malik olduqları üçün nemətin qədrini bilir və şükür edərlər.
Əməli şükür daha üstündür.
Nemətə əməldə şükür etmək - daha üstün və fəzilətlidir. İnsan dildə etdiyi kimi, əməldə də şükür etsə, yaxşı olar.
Təfsirçilərin nəzərinə görə Allah Davuda (ə) şükür etməsini əmr etdikdə, daha çox əməli şükürü nəzərdə tutmuşdur. Ona görə də Allah həqiqi şükür edənlərin sayının az olduğunu bəyan edir.
"De: "Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən Odur. Lakin siz az şükür edirsiniz!" ("Mulk" 23).
"(Ya Peyğəmbər!) Həqiqətən, sənin Rəbbin insanlara qarşı (böyük) fəzl və kərəm sahibidir. Lakin onların əksəriyyəti şükür etmir". ("Nəml" 73).
Allah buyurur ki, çox az insan həqiqi şükürü yerinə yetirir. Allah insana bu qədər nemət verir və onun qarşısında ancaq dildə şükür etməyi istəmir. Həm də əməldə şükür etməyini istəyir.
İmam Sadiq (ə) buyurur: "Nemətin şükrü - günahdan çəkinməkdir".
Başqa yerdə buyurur: "Allah Təala Musaya (ə) vəhy edir ki, ey Musa! Şükrümün haqqını ver!
Dedi: "Sənin şükürünü necə yerinə yetirim ki, hər şükür edəndən sonra mənə təzə nemətlər əta edirsən".
Buyurdu: "Ey Musa! İndi mənim şükürümü yerinə yetirdin. Çünki bilirsən ki, bu tofiq də Məndəndir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1082   Tarix: 15 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

makiyaj instagram yay kolleksiyasi hamiləlik qadin dunyasi az ayaqların şişməsi aciq cinsi elaqe hicab geyimleri kosmetika haxışda badambura webnem tovuzlu usaq geyimleri sekisler