"Allah onun adını niyə taleyinə yazdı?" — Mətanət dostu Fədayədən DANIŞDI

"Allah onun adını niyə taleyinə yazdı?" — Mətanət dostu Fədayədən DANIŞDIMüğənni Mətanət Əsədova həbsdə olan həmkarı Fədayə Laçın barədə danışıb.
Xanim.az xəbər verir ki, "Ölkə.Az"ın əməkdaşıyla söhbətində Əsədova həmkarını yaxşı insan kimi xarakterizə edib:

"Həmişə qadınlara ürəyim ağrıyıb. Fədakar olublar, seviliblər, atılıblar, təhqir olunublar. Hər zaman da səhvi qadında görüblər. Qadın istər ana, istər bacı, istər yar kimi özünü oda-közə atıb. Elə həyatın axırı yoxdur. Adam həmən geri çəkilməlidir. Sevdiyin insanın kriminal aləmlə əlaqəsinin olduğunu biləndən sonra geri çəkilməlisən. Fədayə yaxşı oxuyandı, yaxşı qızdı. Neçə gündür hər kəs onun fotosunu paylaşır. Amma mən paylaşmamışam, ürəyimdə ağlayıram. Bilirəm ki, indi evində anası, bacısı, uşağı nələr çəkir. Fədayə adı kimi fədakardı. Bu qız sevgi yolunda həbsə düşüb, ortada çabalayır. Hanı sevginin cavabı? Budur sevgi?

İllərlə çoxları üçün təmənnasız oxuyub. Ona görə çox pis vəziyyətdəyəm. Nə vaxt yadıma düşür, ağlayıram".

Əməkdaşımızın "Fədayə Laçının məhkəməsində iştirak edəcəksinizmi" sualına cavab verərkən Əsədova göz yaşlarına hakim ola bilməyib:

"İstəmirəm ki, həbsxanada uzun müddət qalsın. Yatmasın, getməsin ora... Allah onun qapısını açsın. Azərbaycanda belədir ki, kim yıxılırsa, onu baltalayırlar. Ona ürəyim ağrıyır. Dost yolunda çox ürəklidir. Neçə illərdir tanıyıram. Nə qeybət qırmaz, nə kiminsə pisliyiniz istəməz biridi. Başını aşağı salıb bir tikə çörəyini qazanıb. Uşağına həm ata, həm ana, həm qardaş-bacı olub. Həyatdır, hər kəsin başına gələ bilər. Mən onu çox istəyirəm. Özümü bir anlıq onun yerində təsəvvür edirəm".
M.Əsədova sənətçi həmkarlarını Fədayə Laçına dəstək olmağa çağırıb:

"Sənətçilər yığışa, kim bir addım atsa, beş addım da mən ataram. Musiqiyə, sənətə aid nəsə olsa, hər kəsi səsləyirəm ki, kömək edək. Allah onun adını niyə taleyinə yazdı?"

Qeyd edək ki, Fədayə Laçın barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağaminin müşayiət altından qaçmasına kömək etməkdə təqsirləndirilir.

Xəbərlər     Baxılıb: 3634   Tarix: 01 noyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

qadin dunyasi geymler 2026 maskalar azərbaycan haqda qadın alt paltarları idmandan sonra ne yemek lazimdi oxsamalar kosmetika novruz bayrami cinsi əlaqə kökəlmək üçün baldiza aid haxisda mikayıl abdullayev