Allergiya nədir?

Allergiya nədir?Allergiya-immun sisteminin adətən zərərsiz maddələrə belə göstərdiyi kəskin reaksiyadır. O, ciddiliyindən asılı olaraq bədənin müxtəlif yerlərində yarana, bir neçə gündən bir neçə saata qədər davam edərək müşahidə oluna bilər.
Allergiya bəzi heyvan növlərinin tüklərinə, müxtəlif ərzaqlara, toza, dərman preparatlarına, kimyəvi məhsullara, həşərat sancmalarına və çiçək tozlarına qarşı yarana bilər. Allergiyaya səbəb allergen adlı maddələrdir. Bəzən allergiya hətta o qədər zəif ola bilər ki, siz hətta allergiyadan əziyyət çəkdiyinizi hiss edə bilməzsiniz. Lakin bəzi hallarda isə allergiya dediyimiz həyat üçün çox təhlükəli hal yarada bilər. Allergiyadan əziyyət çəkən insanlarda çox ciddi patoloji vəziyyət olan anafilaktik şok yarana bilər. Buna səbəb isə orqanizmin allergene qarşı kəskin reaksiyasıdır.
Anafilaktik şok müxtəlif allergenlərdən yarana bilər: dərman preparatlarındna, həşərat sancmalarından və qida məhsullarından. Milli.Az immunitet.az-a istinadən bildirir ki, anafilaktik şok hətta dərinin lateks adlanan bitkiyə toxunmasından belə yarana bilər. Qida allergiyası immun sisteminin müəyyən qida məhsullarına qarşı göstərdiyi bir reaksiyadır. Bu allergiya növü orqanizmin hər hansısa bir qida məhsulunu onun üçün təhlükəli olaraq qəbul etməsi zamanı yaranır və özünümüdafiə üçün immun sistemini antikor istehsal etməyə məcbur edir.
Bəzi hallarda böyük yaşlı insanlarda uşaq vaxtı müşahidə olunan allergiya keçib gedir. Lakin allergiya böyük yaşlarda yaranıbsa ondan azad olmaq çox çətindir. Allergik zökəm (mütəxəssislər bunu rinit adlandırır) 10 nəfərdən 1-də müşahidə olunur və bu adətən irsi keçmədir.
Belə allergiya əsasən kişilərdən çox qadınlarda yaranır. Allergik zökəm zamanı yaranan simptomlar: gözlərdə, burunda, boğazda və damaqda qaşınmalar, asqırma, burun tutulması, göz yaşarması, burundan axan seliklikli axıntı, konyuktivit (gözlərdə ağrı və qızartı). Bəzi ağır hallarda isə allergik zökəm astma yaradır (astmadan əziyyət çəkən insanlarda).
Allergiyanın yaranma səbəbləri
Bəzi insanlarda immun sistemi müəyyən maddələrə (allergenler) kəskin reaksiya verərək müxtəlif kimyəvi maddələr istehsal edir. Onlardan biri allergik simptom yaradan histamindir. Orqanizmin reaksiyası (allergen, qida qəbulunda) tənəffüs və dəri kontaktı ilə yaranır. Allergenlər heyvan tükləri, narın tüklər, müxtəlif ərzaqlar, toz, dərman preparatları, kosmetik məhsullar, siqaret tüstüsü ola bilər.
Allergiyanın simptomları
Allergik reaksiyalar bədənin müxtəlif yerlərində yaranaraq bir neçə saatdan bir neçə günə qədər davam edə bilər.
-yuxarı tənəffüs yolları: allergik rinit, astma;
-qızarmış, sulanmış gözlər;
-əzələ ağrıları;
-ishal, qusma, mədə pozuntusu.
Ağırlaşmaları:
-anafilaktik şok (kəskin allergik reaksiya)
-ağırlaşmış və ya xırıltılı nəfəs;
-sürətli nəbz;
-soyuq tər;
-yapışqan dəri;
-mədə spazmları;
-başgicəllənmə;
-ürəkbulanma;
-qıcolmalar.

Tibbi müdaxilə olmadan ağır allergiya ölümlə nəticələnə bilər.
Allergiya zamanı profilaktik tədbirlər
Çalışın sizdə allergiya yaradan məhsulları müəyyən edə biləsiz və onlardan hər zaman uzaq olasınız. Evinizin hər zaman təmiz olmasına, toz, tük və gənələrdən təmizlənməsinə nəzarət edin. Evinizi süpürərkən, tozsoranla təmizləyərkən, mebelləri çırparkən, yataq dəstini dəyişərkən və ümumiyyətlə tozla bağlı digər işlərlə məşğul olarkən çalışın burnunuzu bağlayın (təmiz tənzif və ya maskayla). Heyvanlara qarşı allergiya varsa evdə heyvan saxlamayın.
Əgər sizdə ağır dərəcəli allergiya varsa ailə üzvlərinizi iş yoldaşlarınızı və həkiminizi xəbərdar etməyi unutmayın!
Milli.Az

Xəbərlər     Baxılıb: 2633   Tarix: 10 yanvar 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

turlar.az

kosmetik vasiteler geyim seçimi yaz geyimleri 2026 bas ortuleri salat reseptləri doğumu necə keçirtdim yataqda sevişmə oyunlari kosmetika usaq geyimleri vetene aid bayatilar sağlamlıq vətənə aid bayatılar oglaq