Allergiyanın bilinməyən qeyri-səciyyəvi simptomları
Baharın gəlişi və müxtəlif bitkilərin aktiv çiçəkləmə dövrünün başlanması ilə allergiyadan əziyyət çəkən insanların çətin günləri başlayır. Allergiyanı adətən burun axması və asqırma, dəri və selikli qişalarda qaşınma ilə ayırd etmək mümkündür. Lakin allergiya daha az səciyyəvi simptomlarla da özünü göstərə bilər. Bu barədə allerqoloq-immunoloq Yekaterina Çernışova bildirib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssisin sözlərinə görə, allergik xəstələrdə həmçinin qida pozğunluqları, virus infeksiyaları və hətta psixi xarakterli xəstəliklər belə müşahidə oluna bilər.
"Belə ki, uzun sürən allergik xəstəlik depressiya və nevrozla da nəticələnə bilər", - deyə ekspert bununla bağlı təfərrüatı bölüşüb.
"Qida allergiyası zamanı ürəkbulanma və qusma, qarında ağrılar, qəbizlik və ya ishal, gəyirmə və mədə qıcqırması kimi simptomlar müşahidə oluna bilər.
Allergik konyunktivit isə gözlərdə ağrı, fotofobiya (işığa qarşı həssaslıq) və lakrimasiya (göz yaşı axıntısı) ilə müşayiət oluna bilər.
Allergiyanın qeyri-səciyyəvi simptomları sırasında həmçinin qan təzyiqinin azalması və ya artması, həmçinin bədən istiliyinin artmasını da söyləmək olar", - deyə Çernışova xəbərdarlıq edib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi