Alma sirkəsinin sağlamlığımıza SAYSIZ FAYDALARI və EVDƏ HAZIRLANMASI

Alma sirkəsinin sağlamlığımıza SAYSIZ FAYDALARI və EVDƏ HAZIRLANMASISaglamolun.az oxucularına tanınmış fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edir.
Sirkələrdən tərkibinə görə ən yaxşısı alma sirkəsidir.
Qandakı şəkər və insulin miqdarını normada saxlamaq üçün gündə 1 xörək qaşığı sirkəni 1 stəkan suya qarışdırıb içmək lazımdır, amma mədə problemi olanlar ondan istifadə etməməlidir. Və ya 1 çay qaşığı sirkə 1 stəkan suya qarışdırıb yeməkdən sonra gündə 2-3 dəfə istifadə edilə bilər.
Saçlardakı kəpəyi, saç diblərindəki qaşıntı və səpgiləri götürmək üçün 2 xörək qaşığı sirkəni 1 stəkan su ilə qarışdırın və saçları yuyanandan sonra diblərini həmin məhlulla isladın.
Alma sirkəsi ilə göbələk olan yerlər gündə iki dəfə silinsə, göbələk xəstəliyindən azad olarsınız.
1 xörək qaşığı alma sir-kəsinin 1 stəkan su ilə qarışımı həm yüksək xolesterini aşağı salır, həm də arıqlamaq üçün yaxşı vasitədir. Bu qarışım iştahanı azaldır. Qarın yağlarını əritmək üçün bu nisbət gündə 1 stəkan olmaqla 3 ay içilməlidir.
Alma sirkəsi dərinin pH-nı normal saxlamaq üçün əla vasitədir, ona görə də üz səp-gilərində, günəş ləkələrində, diatezlərdə su ilə bərabər nis-bətdə qarışdırılmış alma sir-kəsinə pambıq batırılıb gündə iki dəfə silinir.
Tənzifi alma sirkəsində isladıb və varikozlu ayaqlara bağlayıb gündə bir dəfə 1 saat bədən səviyyəsindən hündürdə saxlasanız çıxmış damarlarınız yavaş-yavaş düzələr.
Alma sirkəsinin evdə hazırlanma qaydası:
- 5 kq alma
- 1 stəkan təbii sirkə  və ya sirkə anası (1 xörək qaşığı)
- 2 stəkan şəkər (bal da ola bilər)
- Yarım çay qaşığı duz.
Əvvəlcə almaları yuyub, tumunu təmizləyib sürtgəcdən keçirin (ətçəkən maşından və ya şirəçəkəndən) və yuxarıda yazdıqlarımızın hamısını 4 litr filtrasiya olunmuş suya əlavə edib yaxşı-yaxşı qarışdırın. Bir qazana tökün, üstünü qapaqla yox tənziflə örtün, günəş dəyməyən, temperaturu 25 dərəcədən çox olan bir yerə qoyun və hər gün bir dəfə qarışdırın. Əgər sirkənin daha tez əmələ gəlməsini istəyirsinizsə, içinə qarışan alma sirkəsinin miqdarını 0.5 litrə qədər artıra bilərsiniz. Təxminən 1 aydan sonra sirkəniz hazırdır.
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2679   Tarix: 20 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

yay geyimləri 2026 kosmetika mehsullari qis geyimləri 2026 qrip və soyuqdəymə süni qidalar geyim 2026 qadın məsləhətxanaları kosmetika novruza aid hakışda anabaci novruz hakısdası dolca məsəllər