Ambulator ustalıq dərsləri: Komorbid pasiyent – dövrümüzün "qəhrəmanı"

Ambulator ustalıq dərsləri: Komorbid pasiyent – dövrümüzün Komorbidlik anlayışı altında patogenetik (yaranma mexanizminə görə) qarşılıqlı əlaqəsi olan bir və daha artıq xəstəliklərin və ya sindromların eyni vaxtda keçməsidir. Latıncadan tərcümədə komorbid­liyin iki məna yüklü hissəsi var: "co" - birlikdə və "morbus"- xəstəlik.
Hazırkı dövrdə poliklinikaya və ya stasionara müraciət edən pasiyentin təsviri fərqli xəstəliklərin birləşməsi ilə təzahür olunur. Qanunauyğun sual çıxır ortaya: bu sadəcə xəstəliklər toplumudur, yoxsa hər nozologiya başqasına təsir etməklə patomorfozu dəyişir, polipraqmaziyanın və neqativ proqnozun artmasına səbəb olur? Bu diskussiya əsrlərlə davam edir. Ayrı xəstəliklərin olmaması, orqanizmi bütöv qəbul etmək, əvvəl keçirilmiş xəstəlikləri, yanaşı patologiyanı nəzərə almaq, risk amillərini bilmək, proqnoz, potensial fəsadlar və s. faktorları nəzərə almaq zərurəti haqqında hipoteza çox-çox əvvəllər irəli sürülüb.
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, kombinə olunmuş patologiyanın təfsiri 20-ci əsrin ikinci yarısında aydınlaşır, o zaman ki, 1970-ci ildə amerikalı alim, epidemioloq A.R. Feinstein ilk dəfə komorbidlik anlayışını elmə daxil edir. Professor Feinstein komorbidlik hadisəsini kəskin revmatik qızdırmalı xəstələr arasında eyni vaxtda bir neçə xəstəliklərdən əziyyət çəkənlərdə daha pis proqnozla nümayiş etmişdir.
Beləliklə, bir çox xəstəliklərin klinik əlamətlərinə, diaqnostikasına, proqnozuna və müalicəsinə komor­bid patologiyanın təsiri çoxşaxəli və fərdidir. Xəstəliklərin, yaş faktorunun və dərman patomorfozunun qarşılıqlı əlaqəsi əsas nozologiyanın klinik gedişatına, xarakterinə və fəsadların ağırlığına əhəmiyyətli dərəcədə təsir edir, xəstənin həyat keyfiyyətini azaldır, müalicə-diaqnostika prosesini məhdudlaşdırır və ya çətinləşdirir.
Komorbidliyin növləri: transsindromal, transnozoloji və xronoloji.
İlk iki variant bir pasiyentdə patogenetik cəhətdən qarşılıqlı əlaqəli iki və/və ya daha çox sindromun ya xəstəliklərin mövcudluğu ilə bağlıdır, sonuncusu isə onların təsadüfi birləşməsi ilə bağlıdır.
Komorbidliyin təsnifatı
Xronoloji komorbidlik: ÜİX və AXOX (ağciyər­lə­rin xroniki obstruktiv xəstəliyi)
Transnozoloji komorbidlik: ÜİX və HX (hiperto­nik xəstəlik)
Transsindromal komorbidlik: xroniki böyrək xəstə­likləri və anemiya
Komorbidliyin çoxsaylı sinonimləri var: polimorbidlik, multimorbidlik, multifaktorial xəstəliklər, po­li­patiya, yanaşı xəstəlik, ikili proqnoz, plüripatolo­giya və s.
Pasientdə komorbidliyin inkişaf etməsinə çox faktorlar təsir edir, o cümlədən:
1. xroniki infeksiya;
2. iltihablaşma;
3. involütiv və sistemli metabolik pozuntular;
4. yatrogeniya, sosial mövqe;
5. ekologiya;
6. genetik meyllilik.
Komorbidliyin mahiyyəti anatomik oxşarlıq, vahid patogenetik formalaşma mexanizmi və klinik variantların və fəsadların səbəb-nəticə əlaqəsi ilə izah olunur.
Klinik-morfoloji analizə əsasən, komorbidliyin beş əsas variantı mövcuddur:
1. Səbəbli komorbidlik - müxtəlif orqanların və sistemlərin vahid patoloji agentin təsirindən törənən paralel zədələnməsi ilə bağlıdır.
2. Fəsadlaşmış komorbidlik - əsas xəstəliyin nəticəsi olaraq hədəf-orqanların zədələnməsi ilə təzahür olunur, misal üçün, şəkərli diabet zamanı irinli-septik fəsadlar.
3. Dəqiqləşdirilmiş komorbidlik - xəstəliyin ehtimal olunan vahid patogenetik inkişaf mexanizmlərini nəzərdə tutur, amma bu ehtimalın təsdiq edilməsi tələb olunur, misal üçün, sistemli aterosklerotik proses.
4. Yatrogen komorbidlik - tibbi proseduranın qabaqcadan təyin olunmuş təhlükəsi şərti ilə pasiyentə məcburi həkim təsiri zamanı inkişaf edir, misal üçün, qlükokortikosteroidlərin təsiri.
5. Dəqiqləşdirilməmiş komorbidlik - xəstəliklərin "məntiqsiz" birləşməsi ilə və gələcəkdə klinik və elmi mövqedən izah oluna biləcəyi ilə bağlıdır, misal üçün, ateroskleroz, revmatoidli poliartrit, onkoloji xəstəlik və s.
Ambulator təcrübə əsnasında komorbidliyin əsas xüsusiyyətləri nəzərə alınmalıdır:
1. İlkin səhiyyə xidməti strukturunda çalışan həkimlərin təcrübəsində komorbid patologiyalı pasiyentlərin sayı artıb.
2. Komorbidlik - letal sonluğun risk amili­dir, xəstə­liyin proqnozuna və xəstənin həyat keyfiy­yə­ti­nə təsir edir. Bu pasiyentlərin "dar ixtisaslı" mütəxəssislər tərəfindən müşahidə olunması yetərincə effektiv deyil.
3. Hazırda "ilkin xətt" həkimlərinin komorbid xəstələrin klinik-terapevtik xüsusiyyətləri haqqında bilikləri kifayət qədər deyil.
4. Komorbid xəstəliklər zamanı polipraqmaziya və onun mənfi nəticələri qaçılmazdır, belə ki, eyni vaxtda 10 dərman vasitəsindən çoxunun istifadəsi mənfi halların və mənfi dərman əlaqəsi riski 100% artır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1911   Tarix: 04 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim dəbləri yemek reseptleri yay geyimləri 2026 döşləri necə böyütmək olar kökəlməyin yolları saca xina qoymaq qaydasi alin yazisi xanim qafarova kosmetika atalar sözləri yumurta rus dilini öyrənək burclerin uyumu bürcler