"Ana övladları arasında fərq qoymadığı kimi mən də...": gənc fotoqraf

Azərbaycanın gənc səyyah-fotoqrafı İradə Qədirovanın Day.Az saytına müsahibəsi:

"Mənim fəaliyyətimin əsasında adi insanlar və ya hekayəsi olan, amma ulduz olmayan insanlar dayanır"

- İradə xanım, Salam. Oxucularımıza özünüz barədə bilgi verməyinizi xahiş edirəm. Foto çəkməklə nə zamandan maraqlanırsız və buna sizi nə ilhamlandırdı?

- Aleykum salam. (gülür) Mən, İradə Qədirova, səyyah-fotograf. Peşəkar şəkildə fotografiya həyatıma 2014-cü ildə daxil oldu. Fotoya həvəs və ilham isə 2000-ci ildən olub. O vaxt ali məktəbə qəbul ərəfəsi idi və mən Tarix ixtisasını seçmişdim. Arzum arxeoloq-etnoqraf olmaq idi. Etnoqraf olmaqla dünyanı gəzib insanların məişətini foto ilə çəkib jurnallarda çap etdirməyi hər zaman arzu etmişdim. Elə oldu ki etnoqraf olmadım. Amma bu yaxınlarda işlərimə qiymət verən bir izləyici dediyi kimi əslində bugün ayrı-ayrı kəndlərin məişətini və insanların həyatını çəkib göstərib danışmaqla bu arzumu yaşamış sayıram. Həmin o jurnallar rolunu da işlərimi geniş auditoriya qarşısında təqdim etdiyim sosial şəbəkələr oynayır.

- Fotoqrafiyaya başlamaq qərarına necə gəldiniz?

- Bir məsəl var ki, bu həyatımın devizidir - böyük məsafələrə gedən yol tək bir addımdan başlayır. Mənim üçün də o addım fotoaparatın əyani vasitə kimi alınması oldu. Həvəs, maraq, məram və məqsəd əyani vasitə ilə birləşərək qarşımda bir işıq çizmiş oldular.

- Hansı şəkili siz "Azərbaycanda etdiyim ən gözəl şəkil" adlandıra bilərsiniz və nəyə görə?

- Bu sual hər zaman məndə xoş bir təbəssüm yaradır. Çünki çəkdiyim hər foto ananın övladları kimidir. Ana övladları arasında fərq qoymadığı kimi mən də fotolarım arasında elə fərq qoymuram. Hər biri əzizdir və izləyici rəğbəti aldıqca sevinirəm. Ələlxüsus Azərbaycanda çəkilən hər foto gözəl olmalıdır, çünki Vətənimiz çox gözəldir - istər təbiəti baxımdan, istər insanları baxımdan.

- Bəs çəkiliş zamanı qarşılaşdığınız ən gözlənilməz hadisə hansı olub?

- Çəkiliş vaxtı ən gözlənilməz hadisələr planlarım əvəzinə daha maraqlı hadisələrin baş verməsi və düşündüyüm yerlərdən fərqli bir yerlərə düşməyimdir. Yəni mən bir şey planlasam da Allah Təala-nın planları hər zaman daha maraqlı və unudulmaz olur.

- Dünya çapında məşhurlarla çalışmaq istərdinizmi? Yaxud hansı uldunuz şəklini çəkməyi arzulayırsınız?

- Məşhurlarla işləmək prinsipindən uzağam. Mənim fəaliyyətimin əsasında adi insanlar və ya hekayəsi olan, amma ulduz olmayan insanlar dayanır. Dünya miqyası deyildisə, Greg Mortenson adlı amerikan əsilli, yardımpərəst insanın reportajını hazırlamaq istərdim. "Uğursuz K2" zirvə yürüşündən sonra Greg Pakistanın ucqar Xunza əyalətində qızlar üçün kənd məktəbi tikməyə qərar verir. Taliblərin ağır siyasi rejiminə rağmən bu istəyinə nail olur və hazırda Pakistan və Əfqanıstanın ucqar kəndlərində məktəblərin tikilməsi üçün yaratdığı fonda rəhbərlik edir. O, müharibəyə təhsillə qalib gəlməyin mümkünlüyünü prioritet hesab edir.

- Bəs fotoqrafiya ilə bağlı xüsusi təhsil almısınız?

- Xeyr almamışam. Amma başladığım illərdə peşəkar fotograf dostlarımın köməyi və məsləhətlərini almışam. Daha sonra mütəmadi olaraq bugünə kimi müxtəlif foto dərsliklər və materiallar oxumaqla biliklərimi genişləndirməyə çalışıram.

- İllərdir peşəkar fəaliyyətlə məşğulsunuz. Heç elə bir hadisə, elə bir an oldumuki, fotoqraf olduğunuz üçün sizdə ani də olsa peşmançılıq hissi yaratmış olsun?

- Əsla. Əksinə ilbəil bu sənətə sevgi, bu yolda işləmək əzmi artmış oldu.

- İş prosesində başınıza gələn qeyri-adi, yaddaşınızdan heç silinməyən hadisələr olubmu?

- Olub bəli. Yuxarıda da qeyd etdiyim kimi, düşündüklərimdən fərqli situasiyalara düşdükcə əslində daha çox məhz o anlar hafizəmə həkk olunurdu

- Hansı mövzularda fotolara üstünlük verirsiniz? Fotolarınızın qəhrəmanları kimlərdir?

- Daha çox portret janrda olan fotolara üstünlük verirəm. Yəni fotonun mərkəzində insan olsun, hekayəsi olsun. Çünki foto mənim üçün sözsüz hekayə nəql etməkdir. Doğrudur, Azərbaycanın təbiətini də çəkirəm. Geniş auditoriya buna daha çox üstünlük verir. (gülür)

- Boş vaxtlarınızda nə edirsiniz?

- Fotografiya əslində mənim gündəlik məişət həyatımdan kənar qalan boş vaxtlarımın əsas məşğuliyyətidir. Bununla yanaşı dağcılıq yürüşlərini çox sevirəm. Müsait vaxt yarandıqca şəhərdən təbiətə üz tutmağa üstünlük verirəm.

- Və son sualımız. Bu həyatda peşəniz sizə nə qazandırdı?

- Fotografiya özümü tapmağa, həyat istiqamətimi müəyyən etməyə çox böyük töhfə verdi. Və çox geniş izləyici sevgisi bəxş etdi. İzləyicilərin sevgi və diqqəti isə başladığın yolu hər daim ruh yüksəkliyi ilə davam etməyə çox böyük kömək edir.
"Ana övladları arasında fərq qoymadığı kimi mən də...": gənc fotoqraf"Ana övladları arasında fərq qoymadığı kimi mən də...": gənc fotoqraf"Ana övladları arasında fərq qoymadığı kimi mən də...": gənc fotoqraf"Ana övladları arasında fərq qoymadığı kimi mən də...": gənc fotoqraf"Ana övladları arasında fərq qoymadığı kimi mən də...": gənc fotoqraf"Ana övladları arasında fərq qoymadığı kimi mən də...": gənc fotoqraf"Ana övladları arasında fərq qoymadığı kimi mən də...": gənc fotoqraf"Ana övladları arasında fərq qoymadığı kimi mən də...": gənc fotoqraf"Ana övladları arasında fərq qoymadığı kimi mən də...": gənc fotoqraf"Ana övladları arasında fərq qoymadığı kimi mən də...": gənc fotoqraf"Ana övladları arasında fərq qoymadığı kimi mən də...": gənc fotoqraf

Xəbərlər     Baxılıb: 1528   Tarix: 16 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qadın 140 saat fasiləsiz yemək bişirərək Ginnesin Rekordlar Kitabına düşüb

Onun qeyri-adi bir məqsədi var idi. Avstraliyalı aşpaz Evette Quibia 140 saat 11 dəqiqə 11 saniyə fasiləsiz yemək bişirərək dünya rekordu vurub. xəbər verir ki, Evette əhalinin 30%-nin yoxsulluq həddinin altında yaşadığ

.

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan vurur

Bəzi vitaminlərin həddindən artıq qəbulu ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Məsələn, orqanizmdə "E" vitamininin artıq olması insult riskini artırır. -ın verdiyi məlumata görə, bu barədə rusiyalı kardiolo

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu meyvəni yeyənlər rahat yuxu yatır

Sıx iş tempi, gündəlik stress, zehni və fiziki yorğunluq bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir edir. Gecə rahat yata bilməmək və səhərlər yorğun oyanmaq artıq geniş yayılmış bir problemdir. xəbər verir ki, mütəxəssislə

.

Rəşad Mahmudov: "Səhər yeməyinə ehtiyac yoxdur

"Bir zamanlar belə bir həqiqət var idi ki, insan səhər yeməyi yemədən sağlam ola bilməz. Birmənalı olaraq bədənin ehtiyacı yoxdursa, səhər qidalanmaya ehtiyac yoxdur. Qidalanma maksimum 12:00-dan sonra başlaya bilər"

.

Hamiləliyi dərmanla sonlandırmağın faciəvi fəsadları

Cəmiyyətimizdə hələ də hamiləlik və ailə planlaması məsələlərinə qarşı maariflənmə səviyyəsinin aşağı olması bir çox qadının həyatı üçün ciddi təhlükələr yaradır. Arzuolunmaz və ya planlaşdırılmamış hamiləliklə qarşılaşa

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Əsnəmək düşündüyünüzdən daha təhlükəli ola bilər - Yoxlanmaq lazımdır

ABŞ Yuxu Təbabəti Akademiyasının yeni hesabatında tez-tez əsnəmə, gündüz diqqətsizlik və artan kofein istəyi kimi simptomların ciddi yuxu çatışmazlığının əlamətləri ola biləcəyi müəyyən edilib. xəbər verir ki, mütəxəssisləri

.

İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş - 13 orqanı çıxarıldı

İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hind nadir rast gəlinən və müalicəsi çətin olan "jele xərçəngi"nə - Pseudomiksoma Peritoneiyə yoluxub. xarici mətbuata istinadla xəbər verir ki, hər şey 2018-ci ildə bir iş yeməyində

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az reseptler sac duzumleri gelinlikler firni hazirlanmasi otaq dizayni səyahət abşeron tortu vicdan masturbasiya novruza aid nizami gencevi naz mila