Ana südü "qızıl standart" hesab olunur

Ana südü Ana südü yenidoğulmuş körpə üçün əvəzedilməz və ideal qida hesab edilir. O, körpənin sağlam böyüməsi və inkişafı üçün lazım olan bütün enerji və qida maddələrini təmin edir. Xeyirli olması ilə yanaşı, ana südünün həzmi də olduqca asandır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, ana südü tərkibində balanslaşdırılmış komponentlərin, hormonların, müxtəlif boy və müdafiə faktorlarının (immunoqlobulinlər, fermentlər), eləcə də yüksək miqdarda bioloji aktiv maddələrin olması baxımından körpələrin böyümə və inkişafı üçün unikal hesab edilir. Ana südü həmçinin ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissəsidir.
Tərkibindəki bütün komponentlər nisbət etibarilə körpənin mədə-bağırsaq sisteminin funksional imkanlarına müvafiq olduğu üçün ana südündəki fermentlər (amilaza, lipaza, fosfataza, proteaza) və daşıyıcı zülallar körpə tərəfindən asanlıqla mənimsənilir.
Ana südü yenidoğulmuş körpə üçün əvəzedilməz və ideal qida hesab edilir. O, körpənin sağlam böyüməsi və inkişafı üçün lazım olan bütün enerji və qida maddələrini təmin edir. Xeyirli olması ilə yanaşı, ana südünün həzmi də olduqca asandır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, ana südü tərkibində balanslaşdırılmış komponentlərin, hormonların, müxtəlif boy və müdafiə faktorlarının (immunoqlobulinlər, fermentlər), eləcə də yüksək miqdarda bioloji aktiv maddələrin olması baxımından körpələrin böyümə və inkişafı üçün unikal hesab edilir. Ana südü həmçinin ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissəsidir.
Tərkibindəki bütün komponentlər nisbət etibarilə körpənin mədə-bağırsaq sisteminin funksional imkanlarına müvafiq olduğu üçün ana südündəki fermentlər (amilaza, lipaza, fosfataza, proteaza) və daşıyıcı zülallar körpə tərəfindən asanlıqla mənimsənilir.
Ana südü 0-6 aylıq uşaqların qidalanması üçün "qızıl standart" hesab olunur. Belə ki, bu qida ilk 6 ayda körpə orqanizminin ehtiyac duyduğu enerji və qida maddələrinin hamısını, 6-12 ayda yarısını, 13-24 ayda isə üçdə birini qarşılayır. Vaxtından əvvəl doğulan uşaqlarda isə ana südü demək olar ki, həyatın mühafizəsini təmin edir. Belə uşaqlar üçün ana südünün əsas üstünlüyü ondan ibarətdir ki, onlarda çəkinin daha yaxşı artmasına, infeksion və iltihabi xəstəliklərin qarşısının alınmasına kömək edir.
Ana südünün tərkibində qidalı maddələrdən əlavə, bu maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər də mövcuddur. Məhz bu fermentlər uşaq orqanizmində yağ, karbohidrat və s. maddələri həzm etməyə müsbət təsir göstərir. Südün əsas tərkib hissəsini su təşkil edir (80 %-dən artıq). Lakin bu adi su deyil, bioloji aktiv sudur. Ana südündəki su uşağın orqanizmi tərəfindən tam mənimsənilir. Bu hətta isti yay günlərində körpənin suya olan ehtiyacını tam ödəyir və körpə susuzluqdan əziyyət çəkmir. Məhz bu səbəbdən həkimlər yalnız ana südü ilə qidalandırılan körpəyə su, çay və s. mayelər verməyi tövsiyə etmirlər.
Ana südünün komponentlərindən biri də karbohidratlardır. Ana südündə karbohidratların əsas hissəsini laktoza təşkil edir. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək edir. Laktoza uşağın mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir. Bundan əlavə, laktoza uşağın bağırsağında lakto- və bifidumbakteriyaların inkişafını stimullaşdırır. Lakto- və bifidumbakteriyalar isə bağırsağa düşən zərərli mikrobların inkişafına mane olur ki, nəticədə uşaq bağırsaq infeksiyalarından qorunmuş olur.
Ana südünün tərkibində xüsusi əvəzsiz yağ turşuları da var ki, onlar uşağın inkişafı üçün (xüsusən də beyin və bağırsağın inkişafı) olduqca vacibdir. Ana südünün tərkibində olan zülallar uşaq böyüdükcə tədricən azalır. Zülalların orqanizmə qida ilə artıq miqdarda daxil olması isə böyrəklər üçün zərərlidir və nəticədə orqanizmdə metabolik stresə səbəb ola bilər. Metabolik stres isə öz növbəsində müxtəlif xəstəliklərə (şəkərli diabet, piylənmə) yol açır.
Ana südünün tərkibində uşaq orqanizmi üçün vacib olan bütün vitamin və mikroelementlərə də rast gəlinir. Ana südü sadəcə qida deyil, o həm körpə orqanizmini zərərli mikrob və infeksiyalardan qoruyur, həm də müxtəlif immun faktorlarla (lizosim - təbii antibiotik, makrofaqlar - mikrobları məhv edən xüsusi hüceyrələr) zəngin olduğuna görə immun sistemin inkişafına kömək edir. Beləliklə, ana südü ilə qidalanan körpə müxtəlif xəstəliklərdən daha etibarlı müdafiə olunur və süni qida ilə qidalanan körpələrlə müqayisədə bağırsaq pozuntularına, respirator xəstəliklər və allergiyalara daha az məruz qalırlar. Vaxtından əvvəl doğulmuş, az çəkili, zəif körpələr üçün ana südü ilə qidalanma xüsusilə vacibdir. Ana südünün tərkibindəki hormonlar və müxtəlif boy faktorları uşaqda iştahın və metabolizmin tənzimlənməsində çox böyük əhəmiyyət kəsb edir.
Keyfiyyətinə və balanslaşdırılmış komponentlərinin tərkibinə görə ana südündə olan bioloji aktiv birləşmələri əvəz etmək mümkün deyil. Ana südünün tərkibində olan immunoqlobulinlər bağırsağın selikli qişasının səthi boyu yerləşərək yerli immuniteti təmin edir.
Ana südü maye mənbəyi olaraq orqanizmi dehidratasiyadan qoruyur və xəstəlik zamanı qida rejimini pozmur. Məsələn, diareya zamanı maye və qidalardan əksər hallarda imtina olunur, lakin ana südünün qəbulu davam etdirilir.
Ana südü ilə qidalanma immun sistemini aktivləşdirir, allergik reaksiyaların, ani uşaq ölümü sindromunun, xroniki xəstəliklərin, eləcə də diabet və piylənmənin əmələ gəlmə riskini azaldır. Ana ilə körpə arasında erkən dövrlərdə tam emosional bağlılıq yaradır.
Ana südü ilə qidalanan uşaqlar süni qida ilə qidalanan uşaqlara nisbətən bəzi peyvəndlərə qarşı daha müsbət reaksiya verirlər. Həmçinin bu körpələr fiziki inkişafı ilə də seçilirlər.
Uşaqlar arasında anemiyaya daha çox rast gəlinməsi məhz ana südü ilə qidalanma göstəricisinin aşağı olması ilə əlaqədardır. Tədqiqatlar göstərir ki, keyfiyyətsiz qidalanma və körpələrin qida rasionunda ana südünün olmaması anemiyanın əsas səbəbidir. Uşaqlar arasında anemiya halı onların böyüməsinə və inkişafına mənfi təsir göstərərək öyrənmə və idrak pozuntularına səbəb ola bilər. Ana südü asanlıqla həzm oluna bilən dəmir, zəruri vitaminlər və antitellər ehtiva edir. Geniş yayılmış anemiya probleminin həlli, xüsusən də uşaqların sağlamlığının yaxşılaşdırılması üçün ana südü əsas vasitədir.
Ana südünün körpəyə yetərli olmasını gün ərzində bezinin azı 5-6 dəfə dəyişdirilməsi ilə də analar müəyyən edə bilərlər. Körpənin kifayət qədər ana südü ilə qidalanmasının digər əlamətlərindən biri də çəkisinin gündə azı 14 qram artmasıdır.
İlk 1-2 ay ərzində körpə sistemsiz şəkildə qidalana bilər. Lakin uşaq böyüdükcə onun dəqiq qidalanma rejimi yaranmaqla ana südü ilə qidalanma tezliyi azalır.
Ananın südü körpənin ehtiyaclarından asılı olaraq gün keçdikcə həm miqdar, həm də keyfiyyət baxımından dəyişmək qabiliyyətinə malikdir. Ananın və ya körpənin xəstə olması südün tərkibində xəstəlik törədicisinə qarşı əlavə anticisimlərin yaranmasına səbəb olur. Ananın qidalandığı yeməklərin dadı südə tam verir. Məhz bu səbəbdən də ana südü ilə qidalanan körpələr daha rahat "ümumi qida masasına" keçir və yeməklər arasında daha az fərq qoyurlar.
Sözsüz ki, ana südü və süni qidanın tərkibində olan vitaminlərin miqdarına nəzər yetirdikdə süni qidaların tərkibində vitaminlərin daha çox olması gözə çarpır. Lakin bununla belə, yenə də ana südü üstünlüyünü itirmir. Çünki ana südündə olan az miqdarda dəmir təbii mənşəli olduğundan daha faydalı hesab edilir.
Belə ki, bu qida ilk 6 ayda körpə orqanizminin ehtiyac duyduğu enerji və qida maddələrinin hamısını, 6-12 ayda yarısını, 13-24 ayda isə üçdə birini qarşılayır. Vaxtından əvvəl doğulan uşaqlarda isə ana südü demək olar ki, həyatın mühafizəsini təmin edir. Belə uşaqlar üçün ana südünün əsas üstünlüyü ondan ibarətdir ki, onlarda çəkinin daha yaxşı artmasına, infeksion və iltihabi xəstəliklərin qarşısının alınmasına kömək edir.

Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1064   Tarix: 26 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

qadin sayti sade makiyaj sekilleri maskalar reseptlər yalan danismaq haqqinda atalar sözləri cinsəl sağlamlıq neyrosirkulyator distoniya kosmetika janrlar qz eviyçun hakışta bayatı oxatan faydalı bilgilər