Ana südü steril deyil

Ana südü steril deyilƏnənəvi olaraq  analar, əgər süd insan bədənində ifraz olunursa, o zaman steril, yəni tərkibində heç bir mikrob və ya bakteriyanın olmamasını düşünür.
"The American Journal of Clinical Nutrition" jurnalında çap olunan tədqiqatın nəticələri gözlənilməz oldu. İspaniya alimləri tərəfindən aparılan tədqiqatlar ana südündə 700 növdən artıq bakteriyaları aşkar edibdirlər.
Xarici aləmlə təmasda olan bədənin bağırsaq, ağciyər, dəri kimi  orqanlarında  çox sayda bakteriyalara rast gəlmək olar. Ana südünün tərkibində bakteriyaların olması bir tərəfdən maraqlı gəlir, digər tərəfdən isə anaları körpəyə zərərli olması kimi düşüncələr süddən imtina etməyə vadar edir.
Son illərin tədqiqatları ana südünün tərkibində sağlam sinantrop, yəni insan bədənində bir başa yaşayan bakteriyaların mövcudluğunu göstərdi. Onlara uşaq bağırsağında yer alan bütün stafilokoklar, streptokok, süd turşusu bakteriyaları (Lactococcus) və digər bakteriyalar aiddir. Bu bakteriyalar yalnız dəri qatından ana südünə daxil olanlar deyil, həmçinin ana südünün ayrılmaz komponenti kimi süd vəzinin daxilində yer alan xüsusi bakteriyalardı. Bakteriyaların potensial mənbələri ilkin süd adlanan ağuz südündə mövcuddur. Uşaq hələ doğulmamış artıq süd vəzlərində onun sağlamlığını qoruyan, immun faktorlarla, bakteriyalarla zəngin və imunitetini formalaşdıran ağuz südü hazır şəkildə mövcuddur. İspan tədqiqatçıların nəticələrinə görə bu bakteriyaların rolu  ana südünü  "çirkləndirmək" yox, əksinə mühüm rol oynayaraq, uşağın sağlamlığını qorumaq və immunitetini formalaşdırmaqdır.
Digər bir araşdırmada 16 əmizdirən ananın süd nümunələri təhlil olunmuşdur. Bütün süd nümunələrində yüzlərcə müxtəlif bakteriya növlərindən 9 növü bütün nümunələrdə aşkar olunmuşdur. Digər bakteriya növləri isə anadan anaya fərqlənirdi. Eyni model insan bağırsağındakı mikroblara da aiddir. Beləliklə, bu bakteriyaların ayrı-ayrı növlərinin böyük müxtəlifliyi və insandan insana fərqlənməsi, hər bir insanın təkrarolunmaz fərdi mikrobiomunu təşkil edir.
Körpələrin aldığı ana südü onların şəxsi bakterial mikroflorasını formalaşdırır və inkişaf elətdirir. Ana südündə aşkarlanan bütün bakteriyaların rolu bu vaxta kimi tam olaraq araşdırılmayıbdır. Yəqinliklə demək olar ki, onlar uşağın sağlam inkişafına yönəlibdir. Ana südünün tərkibində elə bakteriyalar var ki, onlar uşaqlara qida maddələrini daha yaxşı həzm etməyə yardım edir və onların immun sistemini inkişaf etdirir.
Hamını maraqlandıran sual bakteriyaların ana südünə necə daxil olmasıdır. Onların bir qisminin körpənin ağzından daxil olma ehtimalı var. Əmizdirmə zamanı uşağın ağzı döş giləsinin dərisi ilə sıx təmasda olur. Qeyd olunduğu kimi insanın dərisi də eyni ilə müxtəlif bakteriyaların yaşadığı bir mühitdir. Bununla yanaşı, ananın bağırsağındakı bakteriyalar immun hüceyrələrə qoşularaq limfa sistemi vasitəsi ilə orqanizmdə dövr edir. Limfa sistemi damar sisteminin bir hissəsini təşkil edərək limfa sahələrindən, limfa adlanan rəngsiz maye toxuma daşıyan limfa yollarından və qanyaradıcı üzvlərdən ibarətdir. Limfa elementlərinə limfositlər, leykositlər və bir az miqdarda eritoblastlar aiddir. Bundan başqa limfa düyünləri qan elementləri - leykositləri və limfositləri əmələ gətirir. Eyni zamanda limfa sisteminin vəzifələrindən biri nazik bağırsağın divarlarından sorulan yağları qan damar sisteminə daşımaqdır.
Bakteriyaları alıb, süd vəzlərinə daşıyan hüceyrələrə dendrit hüceyrələr deyilir. Əmizdirməyən insanlarda onlar bədənin müdafiəsi üçün immun sistemini formalaşdıran bakteriya və digər bakteriyaları daşımaq üçün istifadə olunur. Siçanlar üzərində aparılan son tədqiqatlar zamanı bağırsaqdan bakteriyaların limfa düyünlərinə və süd vəzilərinə daxil olmasını hamiləliyin son aylarında və laktasiya dönəminin əvvəlində baş verməsini müşahidə ediblər. Həmçinin, tədqiqatlar göstərir ki, əmizdirən qadınlara kapsul şəklində canlı (və təhlükəsiz!) bakteriyalar veriləndən sonra, bu bakteriyalar onların südündə müşahidə olunmuşdu.
Normal bakteriyalar bağırsaq epiteli bütövlüyünü təmin etmək üçün çox mühüm rol oynayır.  Tədqiqatlar həzm prosesində iştirak edən bakteriyaların bağırsaq epiteli qatının tamlığını qoruduğunu göstərir. Tədqiqatda 100 trilion bakteriya təşkil edən bağırsaq mikrobiomu iştirak edirdi. Bu bakteriyaların müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında rolu çox əhəmiyyətlidir. Bakteriyalar bədəndə xüsusi metabolitlər (xüsusi kimyavi maddələrin geniş spektri) ifraz edir. Müəyyən bakteriyaların metabolitlərinin udulması bağırsaq epitelisinin tamlığını qorumaqda həlledici rolu var. Bu epiteli bir qat olduğu halda bağırsaq bakteriyalarının qorunmasına və bağırsaqdan toksinlərin bədənə keçməməsinə cavab verir.
Danimarka tədqiqatçıları ana südü ilə qidalanan 9, 18 və 36 aylıq 300-dən  artıq uşaqların nəcisini tədqiq ediblər. Ana südünün uşaqları daha sonrakı yaşlarda piylənmə, şəkər, allerqiya, müxtəlif bağırsaq xəstəliklərindən qoruduğu nəticələrə gəliblər. Bu məhz ana südünün tərkibində olan bakteriyaların uşaqların bağırsağında müsbət mikroflora yaratması ilə əlaqələndirilir. Əmizdirmənin dayandırılması zamanı, uşaq ana südündən məhrum olur, bu öz növbəsində bağırsaq mikroflorasında dəyişiklik yaradaraq bədənin çəki indeksinin artmasına səbəb olur.
Elə hallar ola bilər ki, ananın südü uşağa kifayət etmir və bu zaman uşağa nə vermək seçimi yaranır. Çox təəssüflər olsun ki, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə baxmayaraq, uşaq həkimlərimiz həmən təşkilatın verdiyi siyahıda ən son yer tutan süni qidanı verməyi məsləhət görürlər. Əslində isə ananın öz südü olmadığı halda donor südü və ya süd anasına müraciət etməyi tövsiyə olunur. Ən çox anaları narahat edən donor südündə bakteriyaların olmasıdır.
Kanada alimləri  vaxtından tez doğulan uşaqlara çiy donor südü içizdirirdilər. Onların məqsədi çiy ana südündə yer alan bakteriyaların uşaqlara təsirini müəyyən etmək və doğma ana südü və donor südünün bakteriya tərkibini müqayisə etmək idi. Alimlər xəstəxanada ana südü və donor südü  alan  98 erkən doğulan uşaqların səhhətinə nəzarət edirdilər. Tədqiqatın sonunda alimlər maraqlı nəticələr əldə etdilər. Baxmayaraq ki, nümunələrin bir qismində bakteriyaların miqdarı süd banklarının təsdiq olunmuş normalarından artıq idi, bu uşaqların sağlamlığına heç bir mənfi təsir göstərmədi.
Bütün bu tədqiqatlar bakteriyaların ana südündə olmasının norma olduğunu və hətta uşağın sağlamlığında mühüm rol oynadığını göstərir. Bu mövzu bununla bitmir, çünki bakteriya aləmi hələ də alimlərin maraq dairəsi altındadır. Analar isə rahatlıqla körpələrini əmizdirib, dərindən nəfəs alaraq, ana südünün nə qədər faydalı olduğunu düşünməyi davam etsinlər...
Müəllif: Gülarə Rüstəmova, uşaq psixoloqu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1297   Tarix: 07 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Şirin yuxunun sirri bu yeməkdədir

Gecə rahat yatmaq çətin görünə bilər, amma bəlkə də cavab elə mətbəxdə gizlidir. xəbər verir ki, "The Journal of the National Sleep Foundation" jurnalında yayılan araşdırmaya görə hər gün meyvə, tərəvəz və tam taxı

.

Pendiri düzgün saxlama üsulu - Kifin qarşısını alın

Pendirin dadını və keyfiyyətini uzun müddət qorumaq üçün onu düzgün şəraitdə saxlamaq vacibdir. Əks halda, pendir tez quruyur, dadını itirir və kif tutur. xəbər verir ki, mütəxəssislər pendirin soyuducuda 5-8C temperaturd

.

Kasıblar varlılardan daha çox insult keçirirlər - ARAŞDIRMA

Aşağı sosial təbəqədən olan insanların insult riski 33% daha yüksəkdir. xəbər verir ki, Tasmaniya Universitetinin 2025-ci ildə apardığı yeni araşdırmaya görə, aşağı sosial-iqtisadi təbəqədən olan şəxslərin insult keçirm

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu xəstəlik dünyada sadəcə 13 nəfərdə var

Dünyada yalnız 13 nəfərdə rastlanan yeni nevroloji xəstəlik tapılıb. xəbər verir ki, İspaniyanın Bellvitge Universitet Xəstəxanası və Idibell Tədqiqat Mərkəzi alimləri dünyada cəmi 13 nəfərdə müəyyən edilən nadir nevroloj

.

Bu qidalar səni xərçəng edə bilər - Mütəxəssislər xəbərdarlıq edir

Son illər aparılan elmi araşdırmalar sübut edir ki, gündəlik qidalanmada yer alan bəzi məhsullar uzunmüddətli dövrdə xərçəng riskini artırır. xəbər verir ki, mütəxəssislər düzgün olmayan qidalanma təkcə artıq çəkiyə deyil

.

100 baldan 99-nu qazandı: Ən sağlam çay məlum oldu

Dünyada sağlam həyat tərzi sürətlə yayılır və bir çoxları hansı çayın daha faydalı olduğu ilə maraqlanır. İngiltərədə qidalanma elmi sahəsində aparılan son araşdırma isə çay dünyasında böyük diqqət çəkib. Sınaqdan keçirilə

.

16 yaşlı oğlan enerji içkisindən öldü - FOTO

Türkiyədə yeniyetmə enerji içkisindən ölüb. xəbər verir ki, İzmirin Bostanlı sahilində keçirilən Hellouin şənliyində 16 yaşlı Alp Sirek enerji içkisini və alkoqollu içkini qarışdıraraq içib. Halı pisləşən gənc yaxınlarını

.

Bütün uğurlu insanlar bunu paylaşır – psixoloq açıqladı

Uğurlu insanların ortaq xüsusiyyəti təkcə istedad deyil, onların zirvəyə çatmasında çalışqanlıq, səylə çalışma və qətiyyət əsas rol oynayır. xəbər verir ki, bu barədə psixoloq Anjela Dakvort "Mel Robbins" podkastınd

turlar.az

yay geyimləri 2025 sac duzumleri hamiləlik arıqlamaq dietası qadın sonsuzluğu qalin saclara qulluq boyun osteoxondrozu kosmetika intim munasibetler xanim.az gəncə narin faydasi dostluq