Ana südünün artırılması və faydası barədə məsləhətlər

Ana südünün artırılması və faydası barədə məsləhətlərİlk öncə onu bildirmək istəyirəm ki, bütün körpələrimiz 6 ayına kimi sadəcə ana südü ilə qidalanmalıdır. Hətta bu bir şərtdir ki, süd yoxdursa əlavə süd qidalarından başqa bir yeməklə körpə qidalanmamalıdır. Bəzi mütəxəsislər deyir ki, 6 ayından əvvəl süddən əlavə başqa qida ilə qidalanan uşaqlarda müəyyən yaşa çatdıqda bəzi mədə bağırsaq xəstəlikləri ola bilər. Ona görə də çalışaq ki, körpələrimizi ana südü və ya süni süd yeməkləri ilə qidalandıraq. Amma ən əsası ana südüdür. Lakin bəzi analarımız südünün uşağına çatmaması barədə gileylənir, buna görə də mən bu xəbərimdə ana südünün artması, artırılması və faydalarından danışacağam.

Ana südünün körpəyə və anaya faydaları

Ana südü ilə qidalanan körpələrdə infeksiya xəstəliklərinə az rast gəlinir, beyni daha yaxşı inkişaf edir, allergik xəstəliklər və s. kimi başqa bir çox xəstəliklərə daha az rast gəlinir. Süd verən analarda isə döş xərçəngi, yumurtalıq xərçəngi və qanazlığına daha az rast gəlinir.

Ana sünü əslində necə artırmaq olar?

Mən bu haqda bir çox insanlardan və bir çox məlumatlardan çox şeylər öyrənmişəm. Əvvəllər özüm də çox gileylənirdim ki, südüm azdır. Amma sən demə belə deyilmiş. Əvvəllər körpəmiz çox balaca olduğu üçün südümüz ona çatır, amma körpəmizin həftəsi böyüdükcə südün azaldığını hiss edirik, bu an nə etmək lazımdır? Ən vacibi ana körpəsini əmizdirərkən elə etməlidir ki, körpəsi onun döşündə olan südü tam əmib boşaltsın, bu anda beyinə siqnal ötürülür ki, süd azlıq edir və beləliklə süd ifrazi artmağa başlayacaq. Əlbəttə ki, bu ilk gündən başlamayacaq, bir az səbr etmək lazımdır. Əgər döşdə olan südü tam boşaltmasanız, beyinə siqnal ötürülür ki, bu süd artıqdır, beləliklə süd ifrazı azalmağa başlayır (Və gecələr daha çox əmizdirin, bu da süd artımına köməkdir).

Süd artımının başqa yolları

Ən vacib olan şey - Hər əmizdirmədən sonra 1 stəkan maye qəbul etməkdir. Hətta ana südünün artmasında səbəb bütün (düzdür çox çətin olsa da) günün xoş əhval-ruhiyyədə keçməsidir. Süd verən ana gündəlik 1 yumurta, 1 stəkan süd, mal əti, toyuq əti, balıq əti kimi proteinli qidalar yeməlidir ki, gündəlik bədənə lazım olan ehtiyacını qəbul edə bilsin. Hər gün meyvə tərəvəz yeyilməlidir, bununla yanaşı ağartı məhsulları da yeməlidir. Ana südünü artıran bir çox şeylər var: xüsusilə şüyüd, razyana, darçın və s. Hətta ana südünü qarın bölgəsini gündə 2-3 dəfə 1-2 dəqiqə masaj etməklə də artırmaq mümkündür. Bununla yanaşı hər gün təmiz havada olmaq da ana südünü artırır.

Südü azaldan qidalar

Xalq arasında süd artsın deyə süd verən anaya bol-bol şərbət, çoxlu şirniyyat kimi qidaların süd artırdığını deyirlər. Amma bunların heç biri süd artımına kömək olmaz. Çalışın ki, un məmulatlarından tam da olmasa müəyyən qədər uzaq durasınız. Bir də hamı qatığın südü azaltdığını deyir, bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Çünki, süd əmizdirdiyim vaxtlarda qorxudan qatıq yemirdim. Mən özüm ən çox düyü yeməkləri və qarabaşaq daha çox yeyirdim, qarabaşaq həm ananı artıq çəki almağa qoymur, həm də südü artırır. Ana südünü azaldan bəzi qidalar var. Məsələn: kartof, nanə (cövhərli olan), cəfəri, nişasta unu, arpa və arpa unundan hazırlanmış qidalar, çox duzlu yeməklər, sirkə, limon suyu və s. Hətta ananın əsəbi narahat olması, qorxması da ana südünün azalmasına səbəb ola bilər.

Əziz analar, körpələr bizim gələcəyimizdir, bu gələcəyin təməlini körpələrimiz qoyur. Çalışın ki, bacara bildiyiniz qədər körpənizi südlə qidalandırın. Çox analar bədən fiqurasının pozulmasından şikayət edərək körpəsinə süd vermir. Bu ən böyük günahdır, onun bu haqqını əlindən almayın və yaxud ana 20-25 dəqiqə çox uzun vaxt çəkir deyə körpəsini süddən kəsir ki işlərim var, hövsələm çatmır kimi ortaya səbəbsiz dəlillər gətirir. Amma əziz analar, bizim körpəmizdən vacib heç bir işimiz ola bilməz, körpənizi bacardığınız qədər əmizdirin. O hissi yaşamağa çalışın, süd verərkən analıq hissini keçirmək çox əziz şirin bir hissdir.

Ailə və Uşaq     Baxılıb: 12891   Tarix: 01 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

turlar.az

makiyaj etmek qaydalari kosmetika mehsullari yay kolleksiyasi kişi dünyası badimcan salati xiyar tursusunun hazirlanmasi qaydasi 2026 gəlinliklər kosmetika hakisda qogal porno şirin qoğal yuxuda qara ilan gormek