Anada süd çatışmırsa, nə etmək lazımdır?

Anada süd çatışmırsa, nə etmək lazımdır?Tez-tez doğum evində qadınlarda süd azlığı olur. Evə gəlib dincəldikdən sonra qadın südün çoxalmasını hiss edir.

Bu halda mütləq süd ifrazının azalmasının qarşısını almaq və körpənin tələbatına uyğun olaraq onun artırılmasına çalışmaq lazımdır.

Xanim.az saglamheyat.com-a istinadən bildirir ki, süd verən ana fiziki gərginlikdən uzaq, sakit emosional şəraitdə olmalı, çoxlu müsafir qəbul etməməli, kifayət qədər qida və maye qəbul etməlidir. Kompot, müxtəlif şirələr, çay, südlü çay, qazsız mineral sular içmək olar. Qazlı şirin sular, təmiz inək südü məsləhət görülmür. Xüsusən əmizdirməkdən 10-15 dəqiqə qabaq və 20-30 dəqiqə sonra maye qəbul etmək lazımdır.

Maye qəbul edilməsinə tələbat yoxdursa, özünüzü məcbur etməyin. Tələbat varsa bütün işlərinizi atıb körpənin xatirinə mütləq maye qəbul edin. Əks halda, südünüz azala bilər. Bütün bunlara baxmayaraq süd çatışmırsa, körpəyə əlavə olaraq xüsusi süd qarışıqları vermək olar. Ancaq hər bir halda ana südünün miqdarını azaltmayın. Körpənin qidalandırılmasında ana südü həcmcə üstünlük təşkil etməlidir.

Yalnız ana südü ilə əsas qidalanmadan sonra körpəyə şüşədən süd təklif edin. Əlavə qidanın həcmi körpənin iştahasından asılıdır. Uşağın çəkisi 4,5 kq-dan artıqdırsa, o, 100-150 qr südü bir dəfəyə içəcək. Uşağın çəkisi 4,5 kq-dan az olarsa, o, bir qədər az miqdarda süd içəcəkdir. Körpəni ana südü ilə əmizdirdikdən sonra ona əlavə olaraq 80-90 qr süni süd təklif edin və istədiyi qədər içməyə imkan verin, artığını isə tullayın.

Körpəyə ana südü azlıq edirsə körpəni daha tez-tez əmizdirin. Yadda saxlayın ki, ana südünün hər bir damlası körpə üçün çox dəyərli bir nemətdir. Həmçinin körpənin tez-tez əmizdirilməsi laktasiyanı gücləndirir. Süd vəzisinin dolmağını gözləməyin - körpəyə nə qədər fasilə ilə süd versəniz, bir o qədər də gec süd gələcək.

İndi apteklərdə laktasiyanı gücləndirmək üçün xüsusi preparatlar satılır. Bu haqda uşaq həkimi ilə məsləhətləşin.

Xəbərlər     Baxılıb: 1631   Tarix: 11 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

turlar.az

aksessuarlar gozel gorunmek hamilelikde qidalanma kampotlarin hazirlanmasi zərdəçal intim seks qadin dunyasi kulinariya kosmetika novruz bayramına aid bakışta muellim seiri sevgi arıqla novruza aid hakisdalar