Anadan uşağa ötürülən xəstəliklərin SİYAHISI

Anadan uşağa ötürülən xəstəliklərin SİYAHISIUşaqlar valideynlərində nəinki xarici görünüş, göz, saç rəngi, təəssüf ki, bir çox xəstəlikləri də "hədiyyə" alır.
Genetiklər bildirir ki, xüsusən anadan uşağa keçən tipik qadın xəstəlikləri, eləcə də sırf atadan övlada keçən kişi xəstəlikləri vardır. Eləcə də qız-oğlan, fərq etmir, oğlan uşaqlarına da anadan bir sıra xəstəliklər ötürülür.
Milli.Az Axar.az-a istinadən ananızdan sizə miras qalan xəstəliklərin siyahısını təqdim edir.
- Miqren - tipik qadın xəstəliyidir. Kişilərdə də varsa, deməli, anasından ötürülüb.
Statistika göstərir ki, miqren 80 faiz hallarda anadan keçmiş irsi xəstəlikdir. Bir gen vardır ki, onun işi pozulanda ətraf aləmdən beyinə qıcıqlandırıcı siqnallar gedir. Eləcə də miqren estrogen və progesteronun dəyişməsi ilə, azalıb yüksəlməsi ilə bağlı ola bilər.
- Bəzi onkoloji xəstəliklər - ilk növbədə süd vəzi, uşaqlıq və yumurtalıq xərçəngi anadan qıza ötürülə bilir. Bu, 100 faiz demək deyil, amma risk var.
Araşdırmalar göstərib ki, 15 faiz hallarda qızlara onkoloji xəstəliklər anadan və ya nənədən - qadın xəttindən ötürülmüş olur.
- Bədən quruluşu, anomaliyalar və vərdişlər.
Sübut olunub ki, ana gəncliyində nə qədər yaxşı bədən quruluşu, hündür boylu olubsa, onun qızı 50 faiz bu bədən quruluşunu təkrarlaya biləcək. Əgər ana uşaqlıqda piylənməyə meyilli idisə, 50 faiz halda onun uşaqları da eyni halı yaşayacaq.
Alimlər bildirir ki, əgər ana və ata hər ikisi uşaqlıqda artıq çəkili olubsa, uşaqları 70 faiz halda artıq çəkili olacaq.
- Depressiya və psixi pozğunluqlar.
Ruhi, nevroloji, psixi pozuntular ata və anadan, 30 faiz hallarda anadan keçir.
Depressiv, melanxolik ananın eyni özü kimi övladının doğulması riski çoxdur. Bu məsələdə günahkar serotonin hasilini azaldan xüsusi genlərdir.
- Erkən klimaks.
Normal halda klimaks 45-50 yaşdan sonra başlayır. Lakin bəzi hallarda hətta 35 və bundan da erkən yaşda klimaks keçirən qadınlar olur. Əgər ana, nənə xətti erkən klimaks keçiribsə, onların qızları da 85 faiz halda bu problemlə üzləşəcək.
- Ürək-damar xəstəlikləri.
İnsanın ölümünə ən çox səbəb olan bu xəstəliklər 20 faiz halda irsi keçir.
- Allergiya.
Burda ana, yoxsa ata xəttinin rol oynadığını söyləmək çətindir. Əgər hər iki valideyndən birində ciddi allergiya varsa, onların övladının allergik olması riski 40 faiz artır. Hər ikisi allergikdirsə, deməli uşaq 80 faiz allergik doğulacaq.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1296   Tarix: 12 fevral 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

kosmetik vasiteler gözəllik məhsulları qis geyimləri 2026 gürcü mətbəxi arıqlamaq üçün çaylar ayaqda qabar plov reseptləri kosmetika geyim sağlamlığa aid atalar sözləri masqalar gəncə bayatı