Angina haqqında 7 Yanlış

Angina haqqında 7 YanlışAngina - Badamcıqların iltihabı (ən çox damaq ) kəskin tonzillit və ya tonzillit adlanır. Müxtəlif yoluxucu törədicilər - bakteriyalar, viruslar tərəfindən törədilir. Angina ilə əlaqəli bir çox yanlış fikirlər var ki, onların 7 -sini araşdıraq:
Yanlış 1: Anginanın qarşısını almaq üçün badamcıqları çıxarmaq lazımdır. Bildiyiniz kimi, badamcıqlar boğazda limfoid toxumadan ibarət yuvarlaq törəmələrdir. Onlar, xəstəlik törədicilərini tutur və saxlayır, və bu törədicilərin aşağı tənəffüs yollarına (traxeya, bronxlar, ağciyərlər) daxil olmasının qarşısını alır. buna görə anginanın qarşısını almaq üçün badamcıqların çıxarılması kimi radikal tədbirə ehtiyac yoxdur. Ağız - udlaqda mikroblar üçün  maneə vəzifəsinin əsasını təşkil edən sağlam badamcıqları çıxarsanız, immunitet sistemini xeyli zəiflədə bilərsiniz.
Yanlış 2: Anginanı qarqara ilə müalicə etmək olar. -Boğazınız ağrıyan zaman mütləq qarqara etməlisiniz, çünki bu sağalmanı sürətləndirəcək. Ancaq bu dərmanlar badamcıqlara nüfuz etmədiyi üçün anginanı yalnız qarqara  və ya sovurma tabletlərdən isifadə etməklə müalicə etmək mümkün deyil. Boğaz ağrısına səbəb olan mikrobların çoxalması, məhz, badamcıqlarda gedir. Buna görə xəstəlik, xüsusən, bakteriyaların törətdiyi anginalarda həkim tərəfindən təyin olunan antibiotiklərin qəbulunu tələb edir.
Yanlış 3: Temperatur aşağı düşən kimi, antibiotik qəbulunu dayandıra bilərsiniz. Bu düzgün deyil. Bir neçə gündən sonra antibiotik yalnız patogen bakteriyaları zəiflədəcək və onları məğlub etmək üçün dərmanı 7-10 gün ərzində qəbul etməlisiniz. Yarımçıq müalicə də, həmçinin, antibiotikə qarşı davamlılığın yaranmasına  səbəb olur.
Yanlış 4: Anginanın müalicəsi zamanı istifadə olunan antibiotiklər ancaq anginanı törədən mikrobları məhv edir. Heç də yox. Anginanın müalicəsində istifadə edilən istənilən antibiotik anginanı törədən mikrobları öldürdüyü kimi, bizim bağırsağımızda yaşayan, bizim üçün faydalı olan mikrocanlıları: bifido və laktobakteriyaları da məhv edir. Disbakterioza, bəzən isə ishala, hətta bəzən bağırsağın iltihabi xəstəliklərinə və qıcıqlanmış bağırsaq sindromuna yol aça bilər. Xüsusən, kiçik yaşlarda antibiotiklərin təkrar qəbulu allergik xəstəliklər, şəkərli diabet, piylənmə kimi xoşagəlməz hallara gətirib çıxarır.
Yanlış 5: Antibiotiklərin zərərli təsirlərini azaltmaq üçün göbələkəleyhinə dərmanlardan "antifunqallar"-dan istifadə etmək lazımdır. Bu düzgün deyil. Bağırsağımızda necə ki, faydalı bakteriyalar var, eləcə də faydalı göbələklər var, və antifunqalların verilməsi onların da məhvinə səbəb olur. Əvvəllər, antibiotiklərin vurduğu ziyanı ancaq kandida göbələyinin inkişafı ilə əlaqələndirirdilər. Lakin tibbin inkişafı, aparılan tədqiqatlar göstərdi ki, bu, heç də kandida göbələyinin inkişafı ilə əlaqədar deyil, bağırsaqda yaşayan faydalı bakteriyalarla fürsət gözləyən və xəstəliktörədən bakteriyaların arasındakı nisbətin pozulması, faydalı bakteriyaların antibiotikin təsirindən məhv olması və antibiotikə davamlı olan, fürsət gözləyən, xəstəliktörədən bakteriyaların artması nəticəsində olur. Buna görə də, bütün dünyada həkimlər antibiotiklə yanaşı probiotiklərin (bizə faydalı olan canlı mikroorqanizmlər-mikrocanlılar) qəbulunu məsləhət görürlər.
Yanlış 6: Anginanın müalicəsi zamanı antibiotiklə yanaşı istənilən probiotiki qəbul edə bilərik. Heç də yox, -Çünki, probiotikərin çoxu bakteriyalardır, və antibiotiklər onları da məhv edəcək. Nəticədə siz böş yerə pul itirmiş olacaqsınız. Məhz buna görə antibiotiklərin təsirindən məhv olmayan probiotik istifadə etmək lazımdır, bu xüsusiyyət isə tərkibi bakteriyalardan ibarət olmayan probiotikdə vardır- Enterol-da. Çünki, Enterol-un tərkibi faydalı maya göbələyindən ibarətdir. Və antibiotiklə yanaşı Enterol qəbul edilən zaman, həmin faydalı göbələklər normal bağırsaq mikrofloramızı qıdalandıraraq, onları antibiotiklərin məhvedici təsirindən qoruyur, bir sözlə disbakteriozun, yəni bağırsağın normal mikroflorasının pozulmasının qarşısını alır. Eyni zamanda əgər öncədən yaranmış disbakterioz vardırsa, Enterol normal mikrofloranı bərpa edərək həmçinin öncədən yaranmış disbakteriozu da aradan qaldırır. Beləliklə, angina zamanı antibiotiklə yanaşı Enterol-un qəbulu, disbakterioz, bəzən isə ishal, bağırsağın iltihabi xəstəlikləri, qıcıqlanmış bağırsaq sindromu kimi halların yaranmasının qarşısını vaxtında almağa kömək edəcəkdir. Antibiotiklərlə yanaşı Enterol-un qəbulu, xüsusən, uşaqlarda allergik xəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, piylənmə və şəkərli diabetə meyillilik kimi halların yaranma riskinin qarşısını alır.
Ən əsası, Enterol, öz qoruyucu-bərpaedici işini gördükdən sonra 2-5 gün ərzində bağırsağımızdan dəyişilməmiş şəkildə atılır, normal mikrofloramızı dəyişmir, bizim mikroaləmimizin fərdiliyini qoruyub saxlayır.
Yanlış 7: Bakterial tərkibli probiotikləri antibiotikdən 4-5 saat fasilə ilə qəbul etmək olar, - təmamilə səhv fikirdir. Belə ki, antibiotiklərin bir çoxunun təsiri qəbulundan 4-5 saat sonra maksimuma çatır. Buna görə də qəbul olma vaxtından asılı olmayaraq, bakterial  probiotiklər antibiotiklərin təsirindən məhv olurlar.
1. Moré M.I., Swidsinski A. Saccharomyces boulardii CNCM I-745 supports regeneration of the intestinal microbiota after diarrheic dysbiosis - A review. Clinical and Experimental Gastroenterology. 2015; 8: 237-255. doi:10.2147/CEG.S85574. 2. McFarland L.V. Systematic review and meta-analysis of Saccharomyces boulardii in adult patients. World Journal of Gastroenterology. 2010; 16 (18): 2202-2222. doi:10.3748/wjg.v16.i18.2202.19. Based on PubMed search. 3. Guarner F. et al. Probiotics and prebiotics. World Gastroenterology Organisation Global Guidelines. 2017:1-35. / milli.az

Xəbərlər     Baxılıb: 1371   Tarix: 04 aprel 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

reseptler geyim necə seçməli geyim və ayaqqabılar balamı sevirəm xina haqqinda melumat maraqli hind filmleri meyveli tort kosmetika hamilelik anabaci novruz bayrami hakisda rus dilin nece orenek cekc pornuxa