ANS -in iki məşhur siması bir-birini BİABIR ELƏDİ: "Bədbəxt, içib sərxoş olurdu, səninlə..."
ANS TV-nin iki keçmiş əməkdaşı Aynur Talıbova və Ləman Ələşrəfqızı sosial şəbəkədə bir-birinin ünvanına təhqiramiz sözlər yazıb.
BiG.AZ xəbər verir ki, məlumatına görə, A.Talıbova L.Ələşrəfqızını bədbəxt adlandırıb:
"O adamla 4 il əvvəl dəhlizdə, "newsroom"da işləmişəm və heç salamlaşmamışam. Görüntü etibarı ilə hər yerindən bədbəxtlik yağır. O, heç cürə düzəldə bilmədiyi qüsurlu nitqi də imkan verməyib ki, bu özəllikdə olan insanları qəbul edim. Hər şeyin həddi var. Amma həyasızlığın və axmaqlığın yoxdur. Dediyim odur ki, nəzərdə tutduğunuz beyin sahibləri olduqları vizyon dəyərlərindən yola çıxırlar. Fərqində olan isə ümumiyyətlə əlinə qələm almır".
L.Ələşrəfqızı da status yazaraq A.Talıbovanı tənqid edib:
"ANS-də işləyəndə biri vardı. İçirdi, sərxoş olurdu... Qovurdular qayıdırdı, qayıdırdı, bir də qovurdular... İndi gedib oturub Amerikada, ağzını qoyub Allah yoluna. Azərbaycanı "Danabaş" adlandırır. Baxmayaraq ki, danabaşın yekəsi özüdür. Mənim müzakirəmi açıb, amma bir cümləsi ilə özünü möhkəm yandırıb və sübut edib ki, insanın içi paxıllıqla, çirklə-irinlə doludur.
Azərbaycanda Ləman qələmi formalaşıb-deyir, məni mətbuatın "yengə"si adlandırır. Zavallı qız, sən içib alkaşlıq edəndə mən də qələmimi formalaşdırmışam da. Neynəyəydim? Səninlə rumka-rumkaya vurardım?
Onun yazdıqlarını bəyənənlər dostluğumdan özləri çıxsın. Sifətsizlərin dostluğumda yeri yoxdur".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin