Antibakterial sabun qadağan olunub
ABŞ-da antibakterial sabun və duş gellərinin satışı dayandırılıb. CNN xəbər verir ki, ABŞ-ın Qida məhsulları və dərman preparatlarına nəzarət edən İdarə (FDA) bu haqda xüsusi əmr verib.
İdarə öz qərarını onunla izah edib ki, bu məhsulların tərkibində sağlamlıq üçün ziyanlı maddələr var. Söhbət xüsusilə triklozan və triklokarban adlı maddələrdən gedir.
İdarənin ekspertlərinin fikrinə görə, antibakterial vasitələr adi sabundan daha effektli deyil və həmçinin insan sağlamlığına ziyan vura bilər.
Belə ki, Amerika alimlərinin yeni araşdırmalarına əsasən triklozanın uzun müddət ərzində təsiri qaraciyərin fibrozunun və xərçəngin inkişafına gətirib çıxarda bilər.
Bundan əlavə triklozanın daim istifadəsi dərman preparatlarına davamlı olan bakteriyaların yayılmasına səbəb ola bilər.
Milli.Az /news.milli.az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Dilarə Kazımova ölkə üzrə top 10-a daxil oldu
Dərmansız iki həftəyə yuxunu yaxşılaşdırmaq mümkün olacaq
Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz
Abbas Bağırov buna görə Gəncəyə köçüb
Hollivud ulduzu təhlükəli ərazidən çıxarıldı - Fotolar
Hamiləlikdə Daun sindromu riskini azalda bilən məhsul açıqlandı
Çox təhlükəli VİRUS: Yeni karantin qapıda
Səhər və axşam fərq etmədən zəhər istehlak edirik
Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır