Antibiotiklər ağır allergik reaksiyalar verə bilər - Nazirlik rəsmisi
"Koronavirusla əlaqədar hər kəs stressdədir və lazım gəldi-gəlmədi antibiotikdən istifadə edir. Uşaqlara həkim təyinatı olmadan antibiotik vermək olmaz".
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, antibiotiklərin özü allergik reaksiya verə bilər və bəzi hallarda bu, daha ağır fəsadlara gətirə bilər:
"Elə antibiotiklər var ki uşaqlara olmaz. Bu mədə-bağırsaq sistemində xəstəliklər yarada bilər. Bağırsaq florası pozula bilər. Hər hansı vitamin və antibiotiki uşaqlara məhz həkim təyin etməlidir. Uşaqların sağlamlığını qorumaq üçün ilk növbədə valideynlər uşaqları düzgün qida rasionuna öyrətməlidirlər. Kimyəvi tərkibli dərman və vitaminlərdən çox sağlam qidalanma önəmlidir". /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi