Antibiotiklərdən özbaşına istifadə edilməsi yan təsirlərə səbəb ola bilər

Antibiotiklərdən özbaşına istifadə edilməsi yan təsirlərə səbəb ola bilərSon vaxtlar mövsümlə əlaqədar olaraq xüsusilə uşaqlar arasında geniş yayılan soyuqdəymə, zökəm, qrip kimi kəskin respirator virus infeksiyalarında ilk günlərdən ev şəraitində həkim məsləhəti olmadan müəyyən antibiotik preparatlardan istər sirop, istərsə də inyeksiya şəklində istifadə edirlər. Bu, qətiyyən doğru deyil. Mütəxəssislər bildirirlər ki, antibiotik viruslara deyil, yalnız bakteriyalara təsir edir.
Milli.Az bildirir ki, həkim-pediatr Məlahət Qasımova AZƏRTAC-a deyib: "Uşaqda bakterial angina, məsələn, sətəlcəm varsa, antibiotikdən istifadə edilməsi ağır fəsada səbəb ola bilər, hətta ölümlə nəticələnməsi mümkündür. Antibiotik bəzən həyatı xilas edir. Uşaqda sidik yolu infeksiyası, bakterial mənşəli ishal olduqda təbii ki, antibiotikdən istifadə olunmalıdır. Ancaq onun istifadəsinə də həkim qərar verməlidir. Bəzi antibiotiklərin isə uşaqlara istifadəsində məhdudiyyətlər var. Elə antibiotiklər var ki, 8, eləsi var ki, 12 yaşından sonra istifadə olunmalıdır".
Ümumiyyətlə valideynlərin ən böyük məsuliyyəti uşaqların həm fizioloji, həm də psixoloji sağlamlığı haqqında məlumatlara yiyələnməsidir. Belə olanda həkim göstərişi əsasında övladına antibiotik vurduran valideyn mütləq sınaq qoyulmasını həm tələb etməli, həm də nəzarətdə saxlamalıdır. Valideyn məsuliyyətsizliyi nəticəsində bəzən onlar bunu ya tələb etmir, ya da pis nəticə ilə üzləşir.
Həkim-pediatr deyib: "İlk növbədə, uşaqlarda antibiotiklər çəkiyə uyğun miqdarda və müəyyən müddətdə qəbul edilməlidir. Məsələn, bəzi antibiotiklər minimal olaraq 5, digərləri 7, bəzən isə 10 gün qəbul olunmalıdır. Bundan qısa müddətdə və çox aşağı dozada qəbul olunarsa, bakteriyada antibiotikə rezistentlik yaranır, yəni növbəti dəfə ondan istifadə etdikdə antibiotik orqanizmə təsir etmir. Belə olanda daha güclü antibiotiklərdən istifadə etmək zərurəti yaranır. Antibiotiklərin digər bir yan təsiri allergik reaksiyalardır. Bu, özünü müxtəlif səpgilər, dodaqda, üzdə, ətraflarda şişkinliklər və anafilaktik şok şəklində özünü göstərə bilər. Ona görə antibiotik iynədən istifadə mütləq tibb müəssisəsində və həkim nəzarəti altında olmalıdır, çünki allergik reaksiyalar zamanı dərhal həkim müdaxiləsi olmalıdır".
Digər tərəfdən antibiotiklər bağırsaq mikroflorasını pozur, yəni bağırsaqlarda faydalı bakteriyaların olduğunu nəzərə alsaq, antibiotiklərdən yerli-yersiz istifadə həmin bakteriyaların məhv olmasına, ishal, göbələk infeksiyalarının aparıb çıxarır. Bu baxımdan antibiotiklərin yan təsirlərini nəzərə alaraq ondan yalnız həkim təyinatı zamanı istifadə edilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1022   Tarix: 14 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qaşların formalari gozel gorunmek qis geyimləri 2026 qadın alt paltarları baliq qulagi el isleri ədəbiyyat testləri meslehetler kosmetika salatlar xerçeng sağlıq uzeyir hacibeyli öpüşme